Mal-dövlət, din, dünya və axirətin qorunması üçün namaz |
Müəllif: Admin | Bölmə: Namaz | Vaxt: 10-01-2016, 20:42 | Şərh sayı: (0) | Baxılıb: 548
Mal-dövlət, din, dünya və axirətin qorunması üçün namaz
Şeyx Kəfəmi (rəhmətullah əleyh) "Misbah" kitabının 180-cı səhifəsində rəvayət edib ki, Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Hər kəs cümə axşamı məğrib və işa namazları arasında iyirmi rukət namaz qılıb, hər rukətdə "Həmd" surəsindən sonra on bir dəfə "Tohid" surəsini oxuyarsa, Allah təala onun ailəsi, mal-dövəti, dini, dünyası və axirətini qoruyub saxlayar."
Qiyamət haqq-hesabından xilas olmaq üçün namaz
"Vəsailuş-şiə" kitabında Həzrət Peyğəmbər (s)-dan rəvayət olunmuşdur ki, buyurub: "Hər kəs cümə axşamı məğrib və işa namazları arasında on iki rukət (yəni altı ədəd iki rukətli) namaz qılıb, hər rukətində "Həmd" dən sonra qırx dəfə "İxlas" surəsini pxuyarsa, Mən qiyamət günü Sirat körpüsündən onunla görüşüb, Sirat üzərində görüşdüyüm hər bir şəxsi isə (Qiyamət hesabından) qurtaracağam."
Ayrı bir fəzilətli namaz
Bu namaz məhşur və tanınmış namazlardan biridir ki, Əllamə Məclisi (rəhmətullah əleyh), Şeyz Tusi (rəhmətullah əleyh) və Əllamə hilli (rəhmətullah əleyh) böyük alimlərimiz onu öz kitablarında nəql etmidir. Şeyx Tusi (rəhmətullah əleyh) Həzrət Peyğəmbər (s)-dan nəql etmişdir ki, buyurub: Hər kəs cümə axşamı, ya cümə günü, ya bazar ertəsi axşamı, ya Bazar ertəsi günü ya cümə axşamının və ya cümə axşamı günü dörd rukət (iki ədəd iki rukətli) namaz qılıb, hər rukətdə yeddi dəfə "həmd" surəsi və bir dəfə "Qədr" surəsini oxuyaraq, namazın salamından sonra yüz dəfə "Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd" və daha sonra yüz dəfə "Əllahummə səlli əla Cəbrail" deyərsə, Allah təala ona Cənnətə yetmiş min qəsr əta edər ki, hər qəsrdə yetmiş min ev və hər evdə min otaq, həmçinin, onların hər birində yetmiş min Cənnət xadiməsi vardır.
Qüvvət tapmaq üçün namaz
Bu namaz iki rukətdir ki, hər rukətdə "Həmd" surəsindən sonra " Amənər-Rəsul..." (Bəqərə" surəsinin son iki) ayəsini oxuyub və daha sonra əlini üzünə qoyub, dua edir və həzrət Peyğəmbəri (s) şəfaətçi gətirərək üç dəfə deyirsən: "Bismillah. Əhrəc ələykə ya vəcəu min əyni insin əv əyni cinnin əhrəc ələykəl-ləzi ittəxəzə İbrahimə xəlilən və kəlləmə Musa təklimən və xələqə İsa min ruhil-qudusi ləma hədatə və təfiət kəma təfiət narə İbrahimə biiznillah."
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər