İki qardaş imam ola bilərmi? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 19-01-2016, 21:21 | Şərh sayı: (0) | Baxılıb: 330
İki qardaş imam ola bilərmi?
Sual: İmam Həsən (ə) və İmam Hüseyndən (ə) sonra imamətin iki qardaşa ötürülməsi icazəlidirmi?
Cavab: Əhməd Katib deyir: “Həsən (ə) və Hüseyndən (ə) sonra imamətin iki qardaşa ötürülməsinin icazəli olması və onun (imamətin) övladlar vasitəsilə davam etməsinin vacibliyi barədə mülahizə zəifdir. Həmin vaxt bu barədə yekdillik olmamışdır…”
Hələ İmam Mehdi (ə.f) doğulmamışdan əvvəl on iki imamlı şiə camaatı arasında İmam Həsən (ə) və İmam Hüseyndən (ə) sonra imamətin iki qardaşa ötürülməsinə icazə verməyən fikir məşhur və mütəvatir idi.
İsmayıl ibn Əli Nobəxti deyir: “Doğrudanışan imamlardan nəql olunan mütəvatir hədislərdən bilgi alırıq ki, İmam Həsən (ə) və İmam Hüseyndən (ə) sonra imamət qohum və ya qardaşlarda deyil, yalnız İmam övladlarında olacaqdır”. [1]
Əşəri Qummi və Əli ibn Həsən Nobəxti də həmin etiqada malik olmuşlar. [2]
Bəzi rəvayətlərə nəzər salsaq, bu məsələni daha yaxşı anlaya bilərik:
Kuleyni İmam Sadiqdən (ə) səhih sənədlə Həzrətin (ə) belə buyurduğunu nəql edir:
لاتعودُ الإمامة فى الأخوين بعد الحسن والحسين أبداً
“Həsən və Hüseyndən sonra imamət heç vaxt iki qardaşda olmayacaqdır”.[3]
Yenə də başqa bir sənədlə İmam Sadiqin (ə) belə buyurduğunu nəql edir:
لاتجتمع الإمامة فى أخوين بعد الحسن والحسين إنّما هى فى الأعقاب وأعقاب الأعقاب
“Həsən və Hüseyndən sonra İmamət iki qardaşda cəm olmayacaqdır. İmamət yalnız nəsillər və nəsillərin nəsillərindədir”.[4]
Həmçinin İsmayıl ibn Bəzi nəql etmişdir ki, İmam Rzadan (ə) soruşuldu:
– İmamət əmi və ya dayıda qərarlaşırmı?
İmam (ə) dedi:
– Xeyr.
Dedim:
– Bəs qardaşda?
Dedi:
– Xeyr.[5]
[1] Kamalud-din, səh.92.
[2] Əl-məqalat vəl-fərq, səh.102; Fərquş-şiə, səh.110.
[3] Kafi, c.1, səh.285, hədis.1.
[4] Həmin mənbə, səh.286, hədis.4.
[5] Həmin mənbə, hədis.3
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər