DUA |
Müəllif: Eli Aşiqi | Bölmə: Dualar | Vaxt: 14-03-2015, 14:56 | Şərh sayı: (1) | Baxılıb: 3685
DUA
1-İnsanın çətinliklərinin həll olunması üçün öz Rəbbini çağırıb Ondan kömək diləməsinə “dua” deyilir. Dua həm Allah-taalanın Qurani-kərimdə, həm də on dörd məsumun çoxlu tövsiyə etdikləri ən gözəl əməllərdən biridir.
2-Allah-taala Qurani-kərimdə buyurmuşdur: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim!”[465]
3-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Dua möminin silahı, dinin sütunu, yer və göylərin nurudur.”[466]
4-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Ən fəzilətli ibadət duadır.”[467]
5-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Yer üzündə Allah üçün təqdim olunan ən sevimli əməl – duadır.”[468]
6-İmam Əli (ə) buyurmuşdur: “Allah-taala yanında, yer üzündə əməllərin ən sevimlisi dua, ibadətlərin ən yaxşısı isə iffətdir.”[469]
7-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Dua xoşagəlməz hadisələri və bəlanı dəf edir.”[470]
8-İmam Sadiq (ə) buyurmuşdur: “Öz xəstələrinizi sədəqə verməklə müalicə edin, bəlaları dua ilə dəf edin.”[471]
9-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Dua hər bir dərdin dərmanıdır.”[472]
10-İmam Əli (ə) buyurmuşdur: “Beş yerdə dua etməyi qənimət sayın: 1-Quran oxunanda. 2-Azan vaxtı. 3-Yağış yağan vaxt. 4-Cihad cərgələrində şəhadətə hazırlaşan vaxt. 5-Məzlumun dua etdiyi vaxt; çünki onun duasının tez qəbul olması üçün ərşin altında heç bir pərdə (maneə) yoxdur.”[473]
11-İmam Əli (ə) buyurmuşdur: “Hər kəsə dörd şey əta olunsa, dörd şeydən məhrum olmaz: 1-Hər kəsə dua etmək (qüdrəti) əta olunsa, onun qəbul olunmasından məhrum olmaz; 2-Hər kəsə tövbə etmək əta olunsa, (tövbənin) qəbul olunmasından məhrum edilməz; 3-Hər kəsə istiğfar etmək əta olunsa, məğfirətdən məhrum olmaz; 4-Hər kəsə şükür etmək nəsib olarsa, nemət bolluğundan məhrum edilməz.”[474]
12-İmam Sadiq (ə) uzun bir məktubda öz şiələrinə buyurur: “Allah-taala möminlərin (bu dünyada) etdikləri duaları qiyamətdə onların yaxşı əməllərinə çevirər və bununla da behiştdə onlara daha yaxşı yerlər verər.”[475]
13-İmam Sadiq (ə) buyurmuşdur: “Əsla duadan qafil olmayın (amandır, duanı unutmayın); çünki heç bir şey sizi Allah dərgahına dua kimi yaxınlaşdıra bilməz.”[476]
14-İmam Əli (ə) buyurmuşdur: “Çox hallarda ola bilsin ki, sən (Allahdan) bir şey istəyəsən, Allah da onu sənə verməsin, amma əvəzində ondan yaxşı bir şey nəsib etsin.”[477]
Hədislərə əsasən, duanın şərtləri və qaydaları:
15-Təharətli olmaq və ətir iyləmək.
16-Səmimi qəlbdən istəmək və Allah-taala barəsində hüsnü-zənn etmək.
17-Duadan qabaq sədəqə vermək.
18-Allahdan haram bir şey istəməmək (o cümlədən, Allahdan qohumluq əlaqəsini kəsməməsini istəməmək) və öz istəyini Allahdan israrla tələb etmək.
19-Dua zamanı hacətləri dilə gətirmək və Allahla məxfi şəkildə raz-niyaz etmək.
20-Başqaları üçün dua etmək.
21-Hamının istəyi olan bir hacəti Allahdan hamılıqla istəmək.
22-Allahın müqabilində xüşu və zəlillik göstərmək, duanın əvvəlində və axırında Allaha həmd-səna etmək.
23-Duanı Peyğəmbər (s) və onun Əhli-beytinə salavatla başlayıb, salavatla qurtarmaq.
24-Allahı Peyğəmbər və Ali-Peyğəmbərə and vermək.
25-Duanı həzin səslə oxumaq və dua vaxtı ahu-fəğan etmək.
26-Duadan əvvəl özü ilə Allah arasında olan günahları iqrar və çirkin əməllərinə nifrət etmək.
27-Bütün vücudu ilə Allaha diqqət yetirmək, həmişə naz-nemət içində olan vaxt, bəlalara düçar olmamışdan əvvəl (“Təvəssül” duası vasitəsilə) Allahla əlaqə yaratmaq.
28-Əvvəlcə özü üçün deyil, başqalarını dua etmək və başqalarından onun dua etmələrini yalvarmaq.
29-Dua vaxtı əlləri göyə qaldırmaq.
30-Duanı müntəzəm şəkildə təkrarlamaq və duanı qurtardıqdan sonra “Maşaəllahu la quvvətə illa billah” – deyib, əlləri üzə və sinəyə çəkmək.
31-Allahın haram etdiklərini tərk etmək, günahlardan uzaq olmaq və camaatdan halallıq almaq.
32-Dua vaxtı əqiq, yaxud firuzə üzük taxmaq.
Hədislərə əsasən, duaları qəbul olunmayan şəxslər:
33-Evlərində oturub Allahdan ruzi tələb edən; çünki Allah-taala buyurmuşdur ki, güzəranı keçirmək üçün çalışın.
34-Həyat yoldaşına qarşı qarğış edən.
35-Haqqını inkar edən bir şəxs barəsində dua edən.
36-Allahın verdiyi çoxlu nemətləri zay edib, yenidən Ondan əta etməsini istəyən şəxs.
37-Öz qonşusunun əleyhinə qarğış edən.
38-Allah bəndələrinə zülm edən və günahı davam etdirməkdə israr edən.
39-Haram yeyən (həmçinin, zülmkarlar, hətta bir yerdə, hamılıqla dua etsələr də, onlara lənət olunar).
40-İmam Sadiq (ə) buyurmuşdur: “Böyük Allah qafil qəlbdən gələn duanı qəbul etməz. Hər vaxt dua etmək istəsən, əvvəlcə qəlbən Allaha diqqət yetir, sonra bil ki, Allah sənin duanı qəbul edəcək.”
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər