RSS
 

Login:
Şifrə:
» » Tövbə və istiğfar

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Tövbə və istiğfar

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 23-09-2015, 02:47 | Şərh sayı: (0) | Baxılıb: 931

Tövbə və istiğfar


Tövbə və istiğfar


1-İnsan qəflət və nadanlıq, habelə heyvani və nəfsani qüvvələrin coşması nəticəsində günaha batarsa, dərhal Allahın mərhəmətinə sığınıb, Ondan bağışlanmağını diləməli, tövbə və istiğfar suyu ilə qəlbini və ruhunu yuyub saflaşdırmalıdır.
2-Allah-taala Qurani-kərimdə buyurur: "Tövbə edib Rəbbinizə tərəf qayıdın. Əzab sizə gəlməmişdən əvvəl Ona təslim olun. Sonra sizə heç bir kömək olunmaz.”
3-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Günahdan peşmanlıq tövbədir.”
4-Allah-taala Qurani-kərimdə buyurmuşdur: "Hər kəs tövbə edib yaxşı işlər görsə, şübhəsiz ki, o, yaxşı bir dönüşlə Allaha tərəf dönər.”
5-Nəql olunmuşdur ki, həzrət Musa (ə)-ın dövründə bir cavan o qədər günah işlər görür ki, şəhərdən çıxarılmasına əmr olunur. Bu cavan məcbur olub şəhərdən çıxır. Əcəli yaxınlaşdıqca günahları yadına düşüb Allahdan xəcalət çəkir və tövbə edərək deyir: "Ey dünya və axirətin sahibi! Nə dünyası, nə də axirəti olmayan kəsə rəhm et!” Onun bu sözlərindən sonra Allah-taala onun tövbəsini qəbul edir, mələkləri ata-anası və qonşuları surətində onun başı üstünə göndərir. Vəfat etdikdən sonra həzrət Musa (ə)-a xitab olunur ki, yaxşı bəndələrdən biri dünyasını dəyişib, get onu dəfn et. Həzrət Musa (ə) gedib, şəhərdən qovulmuş cavanın öldüyünü görür və təəccüblə deyir: "İlahi, bu, həmin qovulmuş və günahkar cavandır, neçə oldu ki, Sənin yaxşı bəndən oldu?!” Xitab oldu: "Ey Musa! Bizim dərgahımız ümidsizlik dərgahı deyil. Nə qədər ki, günaha batırdı, pis idi, lakin günahlarını tövbə suyunda yuduqdan sonra, onu bağışladım və behişt əhli oldu.”
6-Tövbə edən şəxsin günahları bağışlanar və o, behiştə daxil olar. Allah-taala buyurur: "Ey iman gətirənlər! Allaha xaliscəsinə (səmimi-qəlbdən, bir daha günaha qayıtmamaq şərti ilə) tövbə edin. Ümid var ki, (bu əməlinizə görə) Rəbbiniz günahlarınızı bağışlayıb, sizi ağaclarının altından arxlar axan behişt bağlarına daxil etsin.”
7-Əbu Səbban Kinani adlı bir şəxs deyir: İmam Sadiq (ə)-dan "Ey iman gətirənlər! Xaliscəsinə tövbə edin, Allah dərgahına qayıdın!” – ayəsinin təfsirini soruşdum. O həzrət buyurdu: "Yəni bəndə günahdan tövbə edib, bir daha günaha batmasın.”
8-Məaz ibn Cəbəl həzrət Peyğəmbər (s)-dən soruşdu ki, ixlasla və səmimi qəlbdən tövbə etmək nədir? Həzrət buyurdu: "Səmimi qəlbdən olan tövbə, sağılmış südün bir daha öz (əvvəlki) yerinə qayıtmayacağı kimi, tövbə edən şəxsin də bir daha günaha tərəf dönməməsidir.”
9-İmam Əli (ə) "əstəğfirullah” (Allahdan bağışlanmaq diləyirəm) deyən şəxsə buyurdu: "Anan halına ağlasın! "Bilirsənmi "istiğfar” nədir? İstiğfar yüksək məqamlara malik olanların dərəcəsidir. O, bir kəlmədən ibarətdir, lakin altı şərti vardır:
a) Ötən əməllərdən peşman olmaq və təəssüflənmək.
b) Bir daha keçmiş günahlara qayıtmamaq barədə ciddi qərara gəlmək.
v) Allah-taalanın müqəddəs dərgahına qayıdarkən boynunda heç kəsin haqqı olmasın deyə, camaatın haqqını özlərinə qaytarmaq.
q) Yerinə yetirmədiyin vacib əməllərin qəzasını yerinə yetirmək.
d) Haramdan yaranmış ətləri qəm-qüssə (və peşmançılıqla) əritmək və (nəticədə) dəri sümüklərə yapışdıqdan sonra onların yenidən ətə gəlməsi.
s) Bədənə günahların ləzzətini dadızdırdığın kimi, ibadət və itaətin də çətinliyini dadızdırmaq. Bu mərhələləri yerinə yetirdikdən sonra "əstəğfirullah” de (və Allahdan bağışlanmağını istə).”
10-Tövbə insanın nicat tapmasına səbəb olur. Allah-taala buyurur: "Ey möminlər! Hamınız tövbə edin, Allah dərgahına qayıdın ki, bəlkə, nicat tapasınız.”
11-Tövbə insanın Allah yanında sevimli olmasına səbəb olur. Belə ki, Allah-taala buyurur: "Doğrudan da, Allah çox tövbə edənləri dost tutur.”
12-İmam Baqir (ə) buyurmuşdur: "Allah-taala Öz bəndəsinin tövbə etməsinə, gecə ikən səhrada miniyini azuqəsi ilə birgə itirib sonradan tapan adamdan artıq sevinir. Deməli, Allah-taala bəndəsinin tövbəsində itirdiyini yenidən tapan şəxsdən daha artıq şaddır.”
13-Tövbə insanın günahlarını savaba çevirir. Allah-taala buyurur: "Onlar Allahla yanaşı başqa bir məbuda ibadət etməz, Allahın haram buyurduğu (toxunulmaz) cana nahaq yerə qəsd etməz, zina etməzlər. Hər kəs bunu (bu işləri) etsə, cəzasını çəkər. Qiyamət günü onun əzabı qat-qat olar və o, əzab içində zəlil olub daim qalar. Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayan və mehribandır.”
14-İmam Sadiq (ə) buyurmuşdur: "Allahın Rəsulu (s) hər gün yüz dəfə tövbə edər və Allahdan bağışlanmaq istəyərdi, hansı ki, heç bir günaha sahib deyildi.”
15-Hədislərdə deyilir ki, Peyğəmbər (s) bir məclisdə (bir oturumda) iyirmi beş dəfə "əstəğfirullah” deyərdi.
16-Tövbə edən şəxs üçün mələklər də dua edir. Allah-taala bu barədə buyurur: "Ərşi daşıyan mələklər öz Rəbbini həmd-səna ilə təsdiq edir, Ona inanır və möminlərin bağışlanmasını diləyərək deyirlər: "Ey Rəbbimiz! Sənin rəhmət və elmin hər şeyi əhatə etmişdir. Tövbə edib Sənin yolunu tutanları bağışla və onları cəhənnəm əzabından qoru. Ey Rəbbimiz! Həm onları, həm də atalarından, zövcələrindən və nəsillərindən əməlisaleh olanları vəd etdiyin "Ədn” cənnətlərinə daxil et. Şübhəsiz ki, Sən yenilməz qüvvət və hikmət sahibisən. Onları pisliklərdən uzaq saxla. O gün (qiyamət günü) hər kimi pisliklərdən qorusan, şübhəsiz ki, ona rəhm etmiş olursan. Ən böyük uğur və qurtuluş budur!”
17-İmam Sadiq (ə) buyurmuşdur: "Əgər bir bəndə günaha batdıqdan sonra tövbə etsə, əməlləri yazan mələklərə əmr olunar ki, qiyamət günü onun günahlarına şahidlik etməsinlər. Üzərində günah etdiyi torpağa əmr olunar ki, bir daha onun günahına şəhadət verməsin. Şahidlər də İlahi əmrə görə şahidlik etməzlər.”
18-Tövbə insanın rifahda yaşamasına səbəb olur. Qurani-kərimdə buyurulur: "Rəbbinizdən bağışlanmağınızı diləyin, sonra tövbə edin ki, müəyyən bir müddət (ömrünüzün sonunadək) sizi yaxşı şeylərlə faydalandırar.”
19-Allah-taala tövbə edənlərin tövbəsini qəbul edər, belə ki, buyurur: "Bəndələrinin tövbəsini qəbul edən, günahlarını bağışlayan və sizin nə etdiyinizi bilən Odur!”
20-İmam Sadiq (ə) buyurmuşdur: "Allah-taala Davud (ə)-a buyurdu: "Ey Davud! Günahkarları müjdələ, pak insanları isə qorxut!” Soruşdu ki, günahkarları neçə müjdələyim və pak insanları neçə qorxudum? Buyurdu: "Günahkarları müjdələ ki, tövbələrini qəbul edib, günahlarından keçərəm. Pak insanları da qorxut ki, məbada öz işlərinə qürurlanıb, özlərini bəyənsinlər. Çünki hər kəsi hesaba çəksəm, həlak olar.”
21-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Həqiqətən Allah-taala hər gecənin son üçdə bir hissəsində, cümə gecəsi isə gecənin əvvəlində dünya asimanına bir mələk nazil edib əmr edir ki, nida edib belə desin: "Bir şey istəyən varmı ki, istədiyi şeyi əta edəm?! Bir tövbə edən varmı ki, Mən onun tövbəsini qəbul edəm?! Günahlarının bağışlanmasını istəyən bir şəxs varmı ki, Mən onun günahlarını bağışlayam?!”
22-Həqiqi tövbə etməklə bütün günahlar bağışlanır. Allah-taala buyurur: "(Ey Peyğəmbər!) De: "Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən O, bağışlayan və rəhm edəndir.”
23-İmam Sadiq (ə) buyurmuşdur: "Hər kim gündə yüz dəfə "Əstəğfirullah” deyərsə, Allah o gün onun yeddi yüz günahını bağışlayar.”
24-İmam Sadiq (ə) buyurmuşdur: "Hər kim gün ərzində yüz dəfə "əstəğfirullah” deyib yatarsa, günahları ağacın yarpaqları kimi tökülər və günahsız bir insan tək sübhə çıxar.”
25-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Tövbə edən şəxs günahı olmayan şəxs kimidir.”
26-İmam Baqir (ə) buyurmuşdur: "Etdiyi günahdan tövbə edən şəxs günahı olmayan şəxs kimidir.”
27-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər bir dərdin dərmanı vardır, günahların da dərmanı tövbə etməkdir.”
28-Allah-taala buyurur: "Rəbbiniz Özü-Özünə rəhmli olmağı yazmışdır (bəndələrinə qarşı rəhmli olmağı əzəldən Özü-Özü üçün müəyyən etmişdir) ki, sizlərdən hər kəs pis iş görsə, sonra da tövbə edib düzəlsə, (Allah onun günahından keçər). Şübhəsiz ki, Allah bağışlayan və rəhm edəndir.”
29-İmam Baqir (ə) buyurmuşdur: "İstiğfar etdiyi halda, (yenidən) günaha batan şəxs, özünü istehza edən şəxs kimidir.”
30-İmam Əli (ə) buyurmuşdur: "Tövbənin dörd əsası vardır: 1-Qəlbən peşmançılıq. 2-Dil ilə istiğfar etmək. 3-Bədən üzvləri ilə saleh əməl yerinə yetirmək. 4-Bir daha günaha qayıtmamaq barədə (ciddi) qərara gəlmək.”
31-Allah-taala buyurur: "Şübhəsiz ki, Mən həm tövbə edib iman gətirəni, həm də yaxşı işlər görüb, sonra da doğru yol tutanı çox bağışlayanam.”
32-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Həqiqətən, cəhənnəm əhlinin əksəriyyətinin nalələri tövbəni təxirə salmaqlarına görədir.”
33-İmam Əli (ə) buyurmuşdur: "Nə çox (tövbə) və yaxşı əməlləri təxirə salanlar olub ki, qəflətən əcəl onları haqlayıb.”
34-Günahından peşman olmayıb, tövbə etməyi təxirə salanları qarşıda acınacaqlı bir aqibət gözləyir. İmam Sadiq (ə)-dan belə bir hədis nəql olunmuşdur: "Atam (imam Baqir (ə)) dəfələrlə buyurardı: "Qəlb üçün günahdan da pis bir şey yoxdur; çünki qəlb günaha batıb, günahı təkrar etdikcə, günah qəlbə hakim kəsilər və onu xarabaya çevirər.” (Yəni təbii olaraq, əvvəldə üzü Allaha tərəf olan qəlbin qiyafəsi dəyişilir və qaralır, bir daha haqq sözü və nəsihəti eşitmir.)
35-Allah-taala buyurur: "Məgər onlar Allahın dərgahında tövbə edib Ondan bağışlanmalarını istəməyəcəklər?! Axı, Allah bağışlayan və rəhm edəndir!”
36-İmam Sadiq (ə) buyurmuşdur: "(Tövbə edib) çox-çox bağışlanmaq istəyən bəndənin əməl dəftəri parlaq halda yuxarı yüksələr.”
37-İmam Rza (ə) buyurmuşdur: "(Günahlardan) tövbə edib bağışlanmaq diləmək ağacın titrədikcə ardıcıl yerə tökülən yarpağına bənzəyir. Günahdan tövbə edib ondan əl çəkməyən və günaha batan şəxs öz Allahını məsxərə etmiş kimidir.”
38-Allah-taala bir hədisi-qüdsidə buyurur: "Mənim üçün tövbə edənlərin naləsi təsbih edənlərin təsbihindən əzizdir.”
39-Allah-taala buyurur: "Günah işlər görməkdə davam edərək ölüm yetişən anda: "Mən indi tövbə etdim” – deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Biz onlar üçün şiddətli bir əzab hazırlamışıq.”
40-Qurani-kərimdən aydın olduğu kimi, tövbə iki şərtlə qəbul olunur: İnsan günaha küfr üzündən deyil, özünün cəhalət və nadanlığı səbəbindən batmış olarsa və günaha batandan sonra dərhal peşman olub tövbə edərsə. Belə ki, Allah-taala buyurur: "Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunar ki, onlar nadanlıq ucbatından pis bir iş görər və dərhal tövbə edərlər. Allah belə şəxslərin tövbəsini qəbul edər! Həqiqətən Allah hər bir şeyi bilən və hikmət sahibidir.”



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor