Tövbə ardınca tövbə |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 2-09-2015, 02:21 | Şərh sayı: (0) | Baxılıb: 523
Tövbə ardınca tövbə
Əttar "Məntiqüt-təyr” kitabında belə rəvayət edir: Bir şəxs xeyli günah etdikdən sonra tövbə qılmağa müvəffəq olur. Amma nəfsinin istəkləri yenidən onu günaha sövq edir. Bununla belə Allahın yardımı ilə yenidən tövbə edir. Amma yenə də tövbəsini pozub günaha batır. Nəhayət, anlayır ki, günah içində keçirdiyi ömrünü başa vurmaqdadır. Lakin yenidən tövbə etməyə üzü gəlmir. Tavada qovrulan buğda dənəsi tək yanıb-yaxılır. Xoşbəxt bir səhər çağı qulağına qeybdən səs gəlir: "Ey günahkar, mehriban Allah buyurur ki, sən təkrar-təkrar tövbələrini pozduğun zaman intiqam ala biləcəyim təqdirdə səni bağışlayıb möhlət verdim. Əgər yenə tövbə etmək istəyirsənsə yubanma. Bil ki, tövbəni qəbul edərəm.”
Azğının duasına cavab
Eyni mənbədə başqa bir rəvayətdə nəql olunur:
Bir gecə «Sidrətül-müntəha» da olan Ruhul-Əmin Allahın "ləbbeyk” nidasını eşidir. O, Allahın cavab verdiyi şəxsi tanımaq istəsə də göydə və yerdə bir kəsi tapa bilmir. Nə qədər axtarırsa, layiqli bir bəndə görə bilməyib, belə ərz edir: "İlahi! Məni cavab verdiyin bəndəyə yönəlt.” Xitab olunur ki, Rum torpağına nəzər sal. İntizarda olan mələk nəzər salıb görür ki, bir bütpərəst öz bütünü çağırır. Ruhul-Əmin, yəni mələk Cəbrayıl (ə) gördüyü mənzərədən heyrətə gəlib Allaha ərz edir: "İlahi, qarşımdan hicabı qaldır. Necə ola bilər ki, bütü çağıran bütpərəstə cavab verirsən?” Xitab olunur: "Bəndəmin qəlbi qaraldığından doğru yolu itirib. Amma çağırışındakı səmimiyyət o qədər xoş oldu ki, ona "ləbbeyk” deyə cavab verdim. Bu cavab onun doğru yolu tapıb Mənə üz tutmasına səbəb oldu.”
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər