İmam Əlinin (ə) üzüyünün üzərinə nə yazılmışdı? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 4-12-2015, 10:54 | Şərh sayı: (0) | Baxılıb: 423
İmam Əlinin (ə) üzüyünün üzərinə nə yazılmışdı?
10-cu İmam Həzrət Əliyyən-Nəqinin (ə) xadimi nəql edir: "İmamdan (ə) cəddi İmam Rzanı (ə) ziyarət etmək üçün izn istədim və mənə buyurdu: "Özünlə üzük apar ki, qaşı sarı əqiq olsun və üzərində bu sözlər yazılsın:
ماشاءاللّه لا قوّه الّا باللّه استغفراللّه
("Məşaallah lə quvvətə illə billəh. Əstəğfirullah").
Başqa bir üzüyün üstünə yazdır: "Muhəmməd (s) və Əli (ə)". Əgər bu üzükləri özünlə aparsan, yolkəsənlərdən amanda olarsan və dinini qoruyarsan". Xadim nəql edir ki, bazara getdim və Həzrətin (ə) buyurduğu üzükləri aldım. Qayıdan zaman mənə buyurdu: "Ey Safi! Gərək özünlə firuzə üzük də aparasan. Tusla Nişapurun arasında sizə bir şir rast gələcək və karvanı getməkdən saxlayacaqdır. Sən irəli get və üzüyü ona göstər. Ona de: "Mənim Mövlam deyir ki, yoldan uzaqlaşasan". Firuzənin bir tərəfinə اللّه الملك sözlərini yazdır və o biri tərəfinə də
الملك للّه الواحد القهار sözlərini yazdır".
İmam Əlinin (ə) üzüyünün üstündə اللّه الملك yazılmışdı. Xilafəti Həzrətə (ə) qaytaran zaman, o, üzüyünün üstünə bu sözləri yazdırır: الملك للّه الواحد القهار Qaşı firuzədən idi və bu üzük insana vəhşi heyvanlardan nicat verir və müharibədə zəfər çalmağa səbəb olur.
Safi nəql edir ki, ziyarətə getdim və İmamın (ə) buyurduğu yerdə bir şir bizə hücum etdi və mən İmamın (ə) buyurduğu kimi etdim və şir çıxıb getdi.
Ziyarətdən qayıdan zaman olanları Həzrətə (ə) danışdım və Həzrət (ə) mənə buyurdu: "Bir şey qaldı ki, onu demədin". Dedim: "Yəqin ki, unutmuşam". İmam (ə) buyurdu: "Tusda gecə vaxtı qəbrin kənarında olan zaman cinlər qəbri ziyarət etmək üçün gəlmişdilər. Sənin əlində olan üzüyü gördülər və üstündə olan sözləri oxudular. Onu sənin əlindən çıxartdılar və xəstələrinin yanına apardılar və o, şəfa tapdı. Üzüyü qaytardılar və sən onu sağ əlinə taxmışdın. Onlar sənin sol əlinə taxdılar. Sən bu işdən təəccübləndin və səbəbini bilmədin. Yanında bir yaqut gördün və onu götürdün, indi o, sənin yanındadır. Onu bazara apar və 80 əşrəfə sat. Bu yaqut həmin cinlərin hədiyyəsidir". Mən bu daşı bazar apardım və onu 80 əşrəfə satdım".
Deyerler
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər