İmam Rza (ə) |
Müəllif: Admin | Bölmə: Əhli Beyt (ə.s.) | Vaxt: 8-09-2015, 16:14 | Şərh sayı: (0) | Baxılıb: 2488
İmam Rza (ə)
O Həzrətin imaməti
529. Əbdürrəhman ibn Həccac:«Əbülhəsən Musa ibn Cəfər (ə) öz oğlu Əlini (ə) öz canişini təyin etdi, onun üçün vəsiyyətnamə yazdı və Mədinənin tanınmış şəxsiyyətlərindən altmış nəfəri şahid tutdu.»
150.İmamın vəli-əhdiliyi qəbul etməyə məcbur edilməsi
530.Əbasəlt Hərəvi:«Məmun imam Rzaya (ə) dedi:«Ey Allahın Peyğəmbərinin oğlu!. . . Mən belə məsləhət gördüm ki, özümü xilafətdən kənara çəkim, onu sənə tapşırım və səninlə bey‘ət edim.» Həzrət Rza (ə) buyurdu:«Əgər bu xilafət sənindirsə və onu sənə Allah veribsə Allahın sənin əyninə geyindirdiyi libası çıxarıb başqasına verməyin rəva deyil və əgər xilafət sənin deyilsə, sənin olmayan şeyi mənə vermək haqqın yoxdur.» Məmun dedi:«Ey Allahın Peyğəmbərinin övladı! Sən bu işi qəbul etməlisən.» İmam buyurdu:«Mən öz razılığımla bu işi heç vaxt qəbul etməyəcəyəm..... Sən istəyirsən ki, bu işin ilə camaat «Əli ibn Musa dünyaya arxa çevirməmişdi, əksinə dünya ona arxa çevirmişdi, məgər görmürsünüz ki, xilafət tamahı ilə vəli-əhdliyi necə qəbul etdi?!» desin. Məmun əsəbləşdi və dedi:«. . And olsun Allaha, əgər vəli-əhdliyi qəbul etməsən onu sənə məcbur qəbul etdirəcəyəm. Əgər onu qəbul etsən, heç, yoxsa boynunu vurduracağam.»
151.İmam Rzanın (ə)fəzilətləri
531.Hərəvi: «Darus-Sərəxs»in giriş qapısına, Həzrət Rzanın zindana salınmış olduğu və zəncirlə bağlandığı yerə getdim. Zindanın gözətçisindən o Həzrətin hüzuruna getmək üçün icazə istədim. O dedi:«Onunla görüşə bilməzsiniz.» Soruşdum ki:«Nə üçün?» Dedi: «Çünki o, bəzən gecə-gündüz ərzində min rəkət namaz qılır. Yalnız günün əvvəlində, günortadan qabaq və gün batana yaxın bir müddət namaz qılmır. Həmin vaxt da öz səccadəsində oturub Allahı ilə razü-niyaz edir.» Hərəvi deyir: «Zindanın gözətçisinə dedim:«Ondan xahiş et, həmin vaxtlarda görüşünə getməyimə icazə versin. O mənim üçün icazə aldı və mən o Həzrətin hüzuruna getdim. Gördüm ki, öz səccadəsində oturub fikirləşir.»
532.İbrahim ibn Abbas:«Mən imam Rzanın (ə) heç vaxt kiməsə acı bir söz deməsini və ya kiminsə sözü qurtarmamış sözünü kəsməsini görmədim. Əgər kiminsə istəyini yerinə yetirmək imkanı olsaydı heç vaxt onu əli boş qaytarmazdı. Heç vaxt kiminsə yanında ayağını uzatmazdı. Yanında adam olanda söykənməzdi. Heç vaxt qulam və xidmətçilərindən birinə xoşagəlməz bir söz deməsini eşitmədim. Heç vaxt tüfürməsini və ya güləndə qəhqəhə çəkdiyini görmədim, gülüşü təbəssüm idi. Süfrəsini açanda qulam və xidmətçilərini, hətta qapıçı (və) mehtərini özü ilə süfrəyə əyləşdirərdi.»
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər