Müaviyə mənə hörmət edib, dinin həqqini rədd etdi |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 6-09-2015, 18:36 | Şərh sayı: (0) | Baxılıb: 428
Müaviyə mənə hörmət edib, dinin həqqini rədd etdi
Bir gün Əqil (imam Əli (ə)-ın böyük qardaşı) həzrəti Əli (ə)-ın xidmətinə gəlib belə deyir:
Ya Əli (ə) ailəmi dolandırmaq üçün imkanım yoxdur mənə "beytul-maldan" həqqimdən (payımdan) bir az çox ver. (Bunu da deyim ki, Əqilin gözləri kor olub.)
Həzrət Əli (ə) buyurur:
Bir az səbr et "beytul-malı" ümumi bölüşdürəndə gəlib haqqını alarsan. Əqil çox ağlayıb-sızıldayır, amma bu sızıltı həzrətə təsir etmir. Həzrət orda olan bir şəxsə belə buyurur:
Əqilin əlindən tutub apar bazara, bir dükanın açarın sındır, dükanın içində hər nə varsa yığıb ver Əqilə.
Əqil deyir: Qadaş istəyirsən camaat məni oğru kimi tutub həbs etsinlər?
Həzrət belə buyurur: Sən də istəyirsən camaatın haqqından artıq sənə verim, özüm isə Allahın cəzasını çəkim?
Belə olduqda Əqil deyir: Onda Müaviyənin yanına gedib ondan kömək istəyəcəm. Kömək almaq niyyəti ilə Müaviyənin yanına gəlib dərdini ona deyir, Müaviyə heç bir etiraz etmədən yüz min dirhəm verib belə deyir:
Əqil camaatın qarşısına çıxıb Əlinin (ə) səninlə etdiyi kobud rəftarın bəyan edib mənim isə sənə qarşı etdiyim yaxşılığı nalayiq sözlərlə bəyan et.
Əqil bir dəstə camaatın qarşısında durub Allaha həmd-səna oxuyub Peyğəmbərə salavat-salam deyəndən onra belə deyir:
Ay camaat pula ehtiyacım olduğundan Əlinin xidmətinə gedib haqqımdan yəni dinin təyin etdiyi miqdardan artıq istədim, amma Əli (ə) dinin haqqını hifz edib məni rədd etdi, amma Müaviyə mənə hörmət edib dinin həqqini rədd etdi.
Ay camaat! Müaviyə mənə təkid edir ki, haqq sahibi olan Əliyə (ə) qarşı ləyaqətsiz sözlər deyim, amma mən isə sizlərə deyirəm. Bütün ləyaqətsiz sözlərə Müaviyə özü layiqdir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər