RSS
 

Login:
Şifrə:
» » Həzrət Əlinin (ə) şəhadəti

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Həzrət Əlinin (ə) şəhadəti

 
Müəllif: Admin | Bölmə: Əhli Beyt (ə.s.) | Vaxt: 24-09-2015, 23:51 | Şərh sayı: (0) | Baxılıb: 1974

Həzrət Əlinin (ə) şəhadəti


Həzrət Əlinin (ə) şəhadəti


Həzrət Əlinin (ə) şəhadəti Mübarək Ramazan ayının 19-cu gecəsi Həzrət Əli (ə) Ibn Mülcəm (l)-in əli ilə zərbətləndi. Hicrətin 40-cı ilində bir sıra xəvaric Məkkədə öz aralarında qərar qoydular ki, Ramazan ayının 19-cu gecəsi Misirdə Əmr ibn Ası, Şamda Müaviyəni, Kufədə isə Imam Əlini (ə) sübh namazında öldürsünlər. Onlar üç nəfəri öz aralarında təyin etdilər. Əmr ibn Ası öldürməyi Bəkr ibn Əmr, Müaviyəni öldürməyi Abdullah ibn Həccac, Əlini (ə) öldürməyi isə Əbdürrəhman ibn Mülcəm (l) boynuna götürdü. Ibn Mülcəm bu məqsədlə Kufəyə gəldi. Lakin öz gəlişinin məqsədini heç kəsə bildirmədi. O, Kufədə Quttamə adlı gözəl bir qızın evində qaldı. Onun gözü Quttaməyə düşdü və onunla evlənməyi qərara aldı. Ibn Mülcəm ona öz fikrini bildirdikdə Quttamə üç şərt əsasında razılaşaraq dedi: "Əgər mənimlə evlənmək istəyirsənsə, mənim mehriyyəm 3000 dirhəm pul, bir kəniz və Əlinin qanıdır.” Əli (ə) onun atası və qardaşlarını Nəhrəvan müharibəsində öldürdüyü üçün kin-küdurəti qəlbində coşub daşmışdı. Ona görə də Əlini (ə) öldürmək istəyirdi. Ibn Mülcəm onunla razılaşdı və Kufəyə gəlməkdən məqsədini ona bildirdi ki, mən Kufəyə yalnız Əlini öldürmək üçün gəlmişəm. Nəhayət, Ramazan ayının 19-cu gecəsi gəlib çatdı. O gecə Əli (ə) səhərə qədər Allaha ibadət edir və dua edirdi. O Həzrətin qızı Ümmü Gülsüm deyir: Həmin gecə atam iftara bizə gəlmişdi. Mən onun üçün duz, çörək və süddən ibarət olan bir iftar süfrəsi düzəltdim. Atam süfrəyə baxıb gözləri yaşardı və mənə buyurdu: Qızım, sən heç indiyə qədər görmüsənmi atan çörəklə iki cür yemək yesin? Bunlardan birini süfrədən götür. Mən südü götürdüm. Atam bir neçə tikə düz çörəklə iftar etdi. Lakin həmin gecə atamın halı çox fərqli idi. O gecə atam səhərə qədər Allaha ibadət edir və belə dua edirdi: "Ilahi, ölümü mənə mübarək et!” Imam o gecə tez-tez həyətə düşüb göyə baxır və bu sözləri təkrar edirdi. "And olsun Allaha ki, nə mən yalan deyirəm, nə də mənə deyilən sözlər yalandır. Bu gecə həmin və‟də verilmiş gecədir.” Nəhayət sübh namazının vaxtı yetişdi. Həzrət namaz qılmaq üçün evdən çıxdı. Həyətdə olan ördəklər Imamın ətəyindən tutub, o həzrətin məscidə getməsinə mane olurdular. Sanki ördəklər də Imamın ölməyini istəmirdilər. Imam qapıdan çölə çıxarkən əbası qapının cəftəsinə ilişdi. O gecə sanki, qapı da Imamın məscidə getməsini istəmirdi. Nəhayət, Imam Kufə məscidinə daxil oldu. Ibn Mülcəm məsciddə üzü üstə yatmışdı. Həzrət Əli (ə) onu yuxudan oyadıb buyurdu: "Ibn Mülcəm, üzü üstə yatma. Çünki, bədbəxt adamlar həmişə üzü üstə yatar.” Sonra Imam sübh namazını qılmaq üçün ibadət mehrabına keçdi. Namazı başlandı. Imam başını səcdədən qaldıran kimi, Ibn Mülcəm zəhərli qılıncı Həzrətin mübarək başına endirdi. Imam Əli (ə) buyurdu: "And olsun Kə‟bənin Rəbbinə, azad oldum!” Məscidin mehrabı al qana boyandı. Əli şəqqül-qəmər mehrab tilitqan, Qulaq ver, məscid oxşar, mənbər ağlar. Yazanda Ali Taha nohəsin mən, Qələm gördüm sızıldar, dəftər ağlar. Əlidən Şəhriyar, sən bir işarə, Qucaqlar qəbrin Malik Əştər ağlar.” Həzrət Əli (ə) Ramazan ayının 21-ci gecəsində şəhadətə çatdı. Bu hadisə bütün müsəlmanların ürəklərini kədərləndirir. Bu gecə qəm və qüssə gecəsidir. Həzrət Əlinin(ə) şəhid olub dünyadan getməsinə görə müsəlmanlar kədərli və hüzünlüdür. Lakin bundan daha kədərli olan hadisə budur ki, düşmən müsəlmanlar arasında elə bir vəziyyət yaratdı ki, müsəlmanların öz əli ilə Peyğəmbərin vəsisini məsciddə namaz qılarkən şəhadətə yetirdilər. Bəlkə də Qədr gecəsi ilə həzrət Əlinin(ə) şəhadəti bir-birinə aid olan məsələlərdir. Yəni Allah-təala insanlardan istəmişdir ki, Qədr gecəsində Imam Əlinin vilayəti ilə ünsiyyət tapsınlar. Və bu gecə Allaha dua edərkən Ona Əlinin (ə) adına and verib öz istəklərini diləsinlər. Allah-təala Imam Əlinin (ə) çox sevir və biz dua edərkən Allaha Əlinin (ə) adına and verib öz istəklərimizi diləsək, Allah-təala o Həzrətin hörmət və fəziləti xatirinə bizi bağışlayıb qəbul edər. Qeyd etmək lazımdır ki, yalnız biz yox, bəlkə bizdən əvvəlki ümmətlər və Islam Peyğəmbərindən (s) əvvəlki peyğəmbərlər belə həzrət Əlinin (ə) Allah yanında hörmət və fəzilətli bir şəxs olduğunu dərk etmişlər. Yer üzündə birinci yaranan insan Adəm (ə) olmuşdur. Biz də onun övladlarıyıq. Allah-təala Adəm (ə) peyğəmbəri yaratdıqdan sonra onu cənnətdə məskunlaşdırdı və onun bütün ne‟mətlərindən istifadə etməsinə icazə verdi. Lakin ona buğdadan yeməyi qadağan etdi. Şeytan hiylə işlədib Adəmi (ə) yoldan çıxartdı və Adəm Allahın ona qadağan etdiyi bu ne‟mətdən yedi. Allah-təalanın onun bu hərəkətindən xoşu gəlmədi və cəzalandırmaq üçün yer üzünə göndərdi. Adəmin (ə) Cənnətdən qovulub yer üzünə gəlməsinə "Hübut” hadisəsi deyilir. Hübut hadisəsindən sonra Adəm (ə) böyük səhv iş gördüyünü başa düşüb peşman oldu. O, tutduğu bu işə görə tövbə etmək istədi. Lakin tövbə etməyin yolunu bilmirdi. Bilmirdi necə tövbə etsin ki, Allah onun bu günahını bağışlasın. Allahın mələyi həzrət Cəbrail (ə) onun yanına gəlib dedi: "Ey Adəm! Istəyirsənmi Allah sənin tövbəni qəbul etsin?” Adəm dedi: "Bəli.” Həzrət Cəbrail(ə) dedi: "Elə isə göyə bax!” Adəm(ə) göyə baxdıqda səmada beş nəfərin adının yazıldığını gördü. O beş nəfər bunlar idi: Məhəmməd (s), Əli (ə), Fatimə (s.ə), Həsən (ə) və Hüseyn (ə). Cəbrayıldan (ə) soruşdu: "Bunlar kimlərdir?” Cəbrail (ə) dedi: "Bunlar Allahın ən yaxın dostlarıdır. Onlar hələ yaranmayıblar. Lakin Allah-təala onların nurlarını yaratmışdır. Onu da bil ki, Allah-təala səni də, bütün aləmləri də bu beş nəfərin xatirinə yaratmışdır. Əgər tövbə etmək istəyirsənsə, Allaha bir-bir bu adları and versən, Allah mütləq sənin tövbəni qəbul edər”. Adəmin (ə) bu adlar vasitəsilə tövbə etməsini Allah-təala Bəqərə surəsində belə buyurur:
"Adəm Rəbbindən (bə‟zi xüsusi) kəlmələr öyrənərək (həvva ilə birlikdə o kəlmələr vasitəsilə) tövbə etdi. Doğrudan da, O (Allah) tövbələri qəbul edəndir, mərhəmətlidir.” Bu ayə barədə olan bir çox hədislərdə qeyd olunmuşdur ki, Allah-təalanın Adəmə (ə) öyrətdiyi o kəlmələr bu beş nəfərin adı idi: Məhəmməd (s), Əli (ə), Fatimə (ə), Həsən (ə) və Hüseyn (ə). Adəm (ə) bu beş nəfəri bir-bir çağırıb Allaha and verdi. Allah da onun tövbəsini qəbul etdi. Yusif (ə) peyğəmbəri qardaşları quyuya atıb getdilər. Həzrət Yusif (ə) çox çalışdı, lakin quyudan çıxış yolu tapa bilmədi. Həzrət Cəbrail (ə) onun yanına gəlib eynilə Adəmə (ə) söylədiyi sözləri ona da dedi, beş nəfər müqəddəs şəxsin adını çəkməsini və quyudan nicat tapması yolunu anlatdı. Həzrət Yusif (ə) o beş nəfərə and verib, quyudan nicat tapmasını Allahdan istədi. Allah-təala bir karvanın əli ilə ona quyudan nicat verdi. Buna görə, Allah-təala bu beş nəfərə xatir bütün insanları bağışlayır və onların dualarını qəbul edir. Xüsusən, bu gecə Həzrət Əlinin(ə) şəhadət gecəsidir. Bu gecə biz məscidlərə yığışıb və ya evlərimizdə səhərə qədər oyaq qalıb əhya saxlayır və Əlinin(ə) məzlumcasına şəhid olmağına görə əzadarlıq edirik. Bu gecə biz Əlinin (ə) adına and verib, Allahdan öz istəklərimizi diləsək, mütləq Allah bizim dualarımızı qəbul edər. Çünki Allah-təala Əlini (ə) çox istəyir. Ola bilməz ki, Allah onun adına and verənləri naümid geri qaytarsın. Allah-təala Peyğəmbər (s) və onun Əhli-beytini (ə) sevir və bütün insanları da onların xatirinə bağışlayır. Allah-təala hədisi-qüdsidə Peyğəmbər (s)-ə buyurur:
("Ya Peyğəmbər!) Sən olmasaydın, fələkləri yaratmazdım. Əli olmasaydı, səni yaratmazdım. Əgər Fatimə olmasaydı, Əlini yaratmazdım.” Məhəmməd Fizuli Allah-təalanın peyğəmbərə buyurduğu bu sözü ərəb dilində iki beyt şe‟rlə qələmə almışdır:
"Ey O kəs ki, Səndən qeyrisi Sənə pənah gətirər. Xoş o kəsin halına ki, Sənin rizayətinlə hidayət olub. Kamalda Sənin dəlilin kifayətdir, əgər olmasaydın, Aləm dövran etməzdi.” Məhəmməd Fizuli bu iki beyt şe‟rlə bildirmək istəyir: insanda o ləyaqət vardır ki, Allah bütün aləmləri ona görə yaratsın. Allah-təala insana kamillik mərhələsinin ən yüksək zirvəsinə çatmağa və Xəlifətullah olmağa qabiliyyət vermişdir. Bu sözün sübutu da Allahın Peyğəmbərə (s) buyurduğu, azaca irəlidə hədisi-qüdsidən qeyd etdiyimiz həmin hədisdir.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor