Behiştin 8 Qapısının Uzərində Nə Yazılıb? |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 21-07-2014, 18:37 | Şərh sayı: (2) | Baxılıb: 3275
Behiştin 8 Qapısının Uzərində Nə Yazılıb?
Həzrət Peyğəmbərə (s) xəbər verirlər ki, Osman ibni Məzun övladının ölümündən sonra qəm və qüssyə düçar olmuş və özünü evdə məhbus etmişdir. Ancaq ibadətlə məşğul olur. Peyğəmbər (s) Osmanın yanına gəlir və buyurur: “Ey Osman! Behiştin 8 qapısı vardır, cəhənnəmin isə 7. Məgər səni xoşhal etməz ki, o zaman ki, bu qapıdan daxil olarsan, övladın yanında dayansın və ətəyindən tutub, sənin üçün Pərvərdigardan şəfaət istəsin?”. Bu hədisdən də göründüyü kimi, Allahın rəhməti həmişə qəzəbini üstələmişdir. Ona görə də behiştin səkkiz və cəhənnəmin yeddi qapısı vardır. (Erfan/Deyerler)
Həzrət Peyğəmbərin (s) bu haqda buyurduqlarına nəzər salmaq üçün hədislərin sorağına gedək. Belə ki, Həzrət (s) nəql edir: “Merac gecəsində məni səmaya aparan zaman mən behişti gördüm ki, 8 qapısı var idi. Hər bir qapısının üstündə dörd kəlmə yazılmışdı ki, hər bir kəlməni bilib əməl edən üçün bütün dünya və onda olanlardan daha yaxşıdır.
Birinci qapının üzərinə yazılmışdı:
“Yeganə Allahdan başqası yoxdur və Muhəmməd (s) - Onun rəsulu və Əli (ə) - Allahın yer üzündə olan vəlisidir. Hər bir şeyin yolu və çarəsi vardır. Rahatlığa çatmağın yolu - dörd sifətdir: qənaət, haqq toxumu səpmək, kini tərk etmək, xeyir əhli ilə yoldaş olmaq”.
Behiştin ikinci qapısının üzərində yazılmışdı:
“Yeganə Allahdan başqası yoxdur və Muhəmməd (s) - Onun rəsulu və Əli (ə) - Allahın yer üzündə olan vəlisidir. Hər bir şeyin yolu və çarəsi vardır. Axirət sevincinə çatmağın yolu - dörd sifətdir: yetimlərin başına əl çəkmək, dul qadınlara sevgi göstərmək, möminin ehtiyacını aradan qaldırmaq üçün çalışmaq, yoxsulları və miskinləri ziyarət etmək”.
Behiştin üçüncü qapısının üzərində yazılmışdı:
“Yeganə Allahdan başqası yoxdur və Muhəmməd (s) - Onun rəsulu və Əli (ə) - Allahın yer üzündə olan vəlisidir. Hər bir şeyin yolu və çarəsi vardır. Dünyada salamatlığa çatmağın yolu - dörd sifətdir: az danışmaq, az yatmaq, az yol getmək, az yemək”.
Behiştin dördüncü qapısının üzərində yazılmışdı:
“Yeganə Allahdan başqası yoxdur və Muhəmməd (s) - Onun rəsulu və Əli (ə) - Allahın yer üzündə olan vəlisidir. O kəsin ki, Allaha və Qiyamət gününə imanı vardır, gərək qonağını əziz tutsun. O kəsin ki, Allaha və Qiyamət gününə imanı vardır, gərək qonşusunu əziz tutsun. O kəsin ki, Allaha və Qiyamət gününə imanı vardır, gərək ata və anasına ehtiram etsin. O kəsin ki, Allaha və Qiyamət gününə imanı vardır, gərək ya yaxşı söz danışsın, ya da sussun”.
Behiştin beşinci qapısının üzərində yazılmışdı:
“Yeganə Allahdan başqası yoxdur və Muhəmməd (s) - Onun rəsulu və Əli (ə) - Allahın yer üzündə olan vəlisidir. O kəs ki, istəyir ki, ona zülm olunmasın, gərək özü zülm etməsin. O kəs ki, istəyir ona söyüş söyməsinlər, gərək özü söyüş söyməsin. O kəs ki, istəyir zəlil və alçaq olmasın, gərək heç kimi zəlil və alçaq etməsin. O kəs ki, dünya və axirətdə möhkəm dayağa çəng vurmaq istəyir, gərək desin: “Lə iləhə illəllah, Muhəmmədun Rəsulullah, Əliyyun Vəliyyullah”.
Behiştin altıncı qapısının üzərində yazılmışdı:
“Yeganə Allahdan başqası yoxdur və Muhəmməd (s) - Onun rəsulu və Əli (ə) - Allahın yer üzündə olan vəlisidir. O kəs ki, istəyir qəbri geniş olsun - məscid inşa etsin və o kəs ki, istəyir qurdlar onu torpağın altında yeməsinlər - məsciddə çox qalsın. O kəs ki, istəyir cəsədi pak və təzə qalsın - məscidi süpürsün. O kəs ki, yerini behiştdə görmək istəyir - məscidi xalça ilə döşəsin”.
Behiştin yeddinci qapısının üzərində yazılmışdı:
“Yeganə Allahdan başqası yoxdur və Muhəmməd (s) - Onun rəsulu və Əli (ə) - Allahın yer üzündə olan vəlisidir. Ürəyin ağlığı və aydınlığı dörd sifətdədir: xəstəni ziyarət etmək, cənazəni müşayiət etmək, özün üçün kəfən almaq, borcunu qaytarmaq”.
Behiştin səkkizinci qapısının üzərində yazılmışdı:
“Yeganə Allahdan başqası yoxdur və Muhəmməd (s) - Onun rəsulu və Əli (ə) - Allahın yer üzündə olan vəlisidir. O kəs ki, bu qapılardan behiştə daxil olmaq istəyir, gərək dörd sifətə söykənsin: səxavət, gözəl əxlaq, sədəqə vermək, özünü Allah bəndələrinə əziyyət verməkdən saxlamaq”.
Allah Təala bizləri bu qapılardan daxil olanlardan qərar versin.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər