Hürr Kim Idi? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 2-11-2014, 00:52 | Şərh sayı: (0) | Baxılıb: 2024
Hürr Kim Idi?
Hürr böyük bir qəbilədən olub, adlı-sanlı bir insan idi. Çox güclü dəstə basçılarından biri idi. Onun adı Hürr ibn Yəzid ibn Nəciyeyi Riyahi idi. O, Riyah
qəbiləsindən olduğu üçün ona Hürri Riyahi deyirdilər. Übeydulla ibn Ziyad Kufənin valisi idi. O, Ibn Nümeyri Kufəyə və Kufə ətrafında
olan ərazilərə təhlükəsizlik isləri üzrə nümayəndə təyin etmisdi. Ibn Nümeyr ibn Ziyadla birgə məsləhətləĢərək min nəfərdən ibarət olan bir qoĢunu Hürrün ixtiyarına verərək, Imam Hüseynin(ə) qarsısını almağı ona tapsırmısdılar. Çünki onlar esitmisdilər ki, Imam Hüseynin(ə) karvanı Məkkədən çıxıb Kufəyə doğru hərəkət edir və bir neçə günə gəlib çatacaq. Buna görə də Hürrə tapĢırıq vermisdilər ki, Imamın(ə) qarsısını alıb məqsədinə çatmağa qoymasın.
Hürr öz qosunu ilə gəlib həmin yerdə Imamın(ə) karvanını gözləyirdi. Imamın(ə) karvanı ora yetisəndə gördülər ki, Hürr də öz qosunu ilə orada dayanıb. Imamın(ə) karvanı orada miniklərindən düsüb, yüklərini boĢaldıb çadırlarını qurdular. Hürr də öz qosununa göstəriĢ verdi ki, cərgəyə düzlənsinlər. Havanın həddindən artıq isti olmasına görə Həzrət(ə) gördü ki, Hürrün adamları da, atları da çox susuzdurlar. Bir neçə nəfərə buyurdu ki, özləri ilə gətirdikləri sulardan həm onların özlərinə versinlər, həm də heyvanlarını suvarsınlar. Onlar da gətirdikləri sulardan Hürrün adamlarına və heyvanlarına verdilər. Amma heç kəs bir söz danısmırdı. Nə Imam Hüseyn(ə), nə də Hürr bir kəlmə də olsun söhbət etmirdi. Onlar suyu içib qurtarandan sonra zöhr namazının vaxtı oldu. Imam Həccac ibn Məsruqa azan vermək üçün isarə etdi.
Həccac azanı deyib qurtarandan sonra Həzrət(ə) namaz qılmaq üçün ayağa qalxdı.
Namaza baslamazdan öncə üzünü Hürrə və onun qosununa tutaraq Peyğəmbər və Əhli-beytinə salam-salavatdan sonra buyurdu:
- Camaat! Mən istəyirəm sizinlə höccəti tamamlayım. Elə basa düsməyin ki, mən
özbaĢıma bura gəlmisəm. Sizin yazdığınız məktublar və göndərdiyiniz qasidlərin
sözlərinə əsasən bura gəlmisəm. Siz özünüz mənə yazmısdınız ki, bizim Kufədə rəhbərimiz yoxdur, bəlkə sənin vasitənlə Allah bizi hidayət edər və bizə vəhdət, birlik
bəxs edər. Əgər yenə də həmin fikirdəsinizsə, mən gəlmisəm. Mən sizə inanıb, etibar
edim və siz də verdiyiniz vədlərə vəfalı olun. Yox, əgər fikrinizdən dasınmısınızsa, o
zaman mən də gəldiyim yerə qayıdım. Həzrət(ə) sözlərini qurtarandan sonra Həccaca buyurdu ki, iqaməni desin. Həccac iqaməni oxuyanda Həzrət(ə) üzünü Hürrə tutaraq buyurdu: Biz namaz qılmaq istəyirik, əgər sən də namaz qılmaq istəyirsənsə, öz qoĢununla qıl. Hürr dedi: Mən
sənə iqtida edəcəyəm. Heç vaxt ola bilməz ki, sən camaat namazı qılasan, mən də gedib özüm üçün camaat namazı təĢkil edim. Həm mən, həm də hamımız birlikdə namazda sənə iqtida edəcəyik. Hürr burada Imam Hüseynə(ə) qarsı öz ədəbini göstərdi. Camaat namazı qılınıb qurtardıqdan sonra hərəsi öz yerinə çəkildi. Imam(ə) və onunla gələnlər öz çadırlarına çəkilib bir az istirahət edəndən sonra Həzrət(ə) göstəris verdi ki, qalxın, əsr namazını da qılaq, sonra öz yolumuza davam edək. Hamı qalxıb namaza hazırlasdı. Həzrət(ə) müəzzinə azan verməyi göstəris verdi. Sonra
hamı birlikdə Həzrətin (ə) imamətilə əsr namazına baĢladılar. Namaz qurtaran kimi
Həzrət(ə) ayağa qalxıb üzünü camaata tutaraq, yenə də salam-salavatdan sonra kiçik
bir xütbə oxudu: - Camaat! Əgər siz təqvalı olsanız, əgər siz Allahın əmrini yerinə yetirsəniz, haqq və haqq əhlini tanısanız, bu, Allahın razılığına səbəb olar. Biz Məhəmmədin(s) Əhlibeytiyik. Bəni- Üməyyə zülm və cinayət əhlidir. Siz bunları bilirsiniz. Əgər siz bunları qəbul eləmirsinizsə, bizim haqqımızı danırsınızsa, məktublarda mənə yazdığınız fikirlərdən daĢınmısınızsa, fikriniz dəyisibsə, eybi yoxdur, mən sizdən
ayrılıb gəldiyim yerə qayıdaram.Imamın(ə) bu xütbəsindən sonra Hürr irəli gəlib dedi:“Mənim məktublardan xəbərim yoxdur və özüm də sənə məktub yazmamısam”. Həzrət(ə) göstəris verdi ki, çantanı gətirsinlər. Həzrət(ə) çantanı açıb məktubları yerə boĢaltdı. Hürr baxıb gördü ki, məktubların sayı min, iki min deyil, həddindən artıq çoxdur. Hürr məktublara
baxandan sonra Həzrətə(ə) dedi: “Hər halda mən sənə məktub yazmamıĢam. Mənə əmr olunub ki, səni Übeydulla ibn Ziyadın yanına aparım”. Imam Hüseyn(ə) Hürrə
buyurdu: “Ölüm sənə bu fikirdən yaxĢıdır”.
Sonra Həzrət(ə) öz karvanına hərəkət etməyi göstəris verdi. Elə bu vaxt Hürr öz
qoĢunu ilə gəlib yolun ağzında dayanaraq Imamın(ə) yolunu kəsdi və dedi: “Mən qoymayacağam ki, hərəkət edəsiniz”. Imam Hüseyn(ə) buyurdu:
- Anan sənin matəmində otursun, nə istəyirsən?
Hürr burada da Həzrətə(ə) qarĢı ədəbli olub dedi: Əgər səndən basqa bu sözü
kimsə mənə desəydi, mütləq onun cavabını qaytarardım. Amma bu sözü indi mənə elə bir insan deyir ki, Fatimeyi-Zəhranın balasıdır. Buna görə də o xanımın adını
ehtiram və hörmətdən baĢqa heç cür dilə gətirmək olmaz. Həzrət(ə) buyurdu: “Bəs
sən nə istəyirsən?” Hürr dedi: Mən səni Ibn Ziyadın yanına aparacağam. Həzrət(ə) buyurdu:“Mən səninlə getməyəcəyəm”.
Orada söz-söhbət uzandı və axırda Hürr dedi: Səninlə müharibə etməyə mənim
icazəm yoxdur. Amma mənə tapĢırılıb ki, səndən ayrılmayım. Indi ki, mənimlə
getmirsən və sən getdiyin yerə də mən qoymuram gedəsən. Elə isə bu iki yerdən
baĢqa hansı tərəfə gedirsən get. ġəraf elə bir yer idi ki, oradan bir yol Kufəyə, bir yol
isə Mədinəyə gedirdi. Hürr istəyirdi ki, Imamı(ə) Kufəyə aparsın. Həzrət(ə) buna razı
olmadı. Həmçinin Imamın(ə) bir yolu da Mədinəyə olduğu üçün Hürr onu ora da getməyə qoymadı. Həzrət(ə) karvanı səhralığa tərəf yönəltdi. Karvan Kərbəlaya yetisdi. Hürr və qoĢunu da Imamın(ə) karvanından ayrılmadı. Elə oradaca bir atlı Imamın(ə) qarĢısından keçib Hürrə bir məktub verdi. Hürr məktubu açıb oxuyandan sonra Imamın(ə) məhzərinə gəlib, məktubu verərək dedi: Ibn Ziyad mənə məktub
göndərib, siz də məktubu oxuya bilərsiniz. Həzrət(ə) məktuba baxıb gördü ki, Ibn Ziyad orada belə yazıb: ”Yolların hamısını Hüseynin üzünə bağla və onu yaĢıllıq olmayan susuz bir yerə apar. Bu iĢi görəndən sonra tez mənə məlumat göndər”.
Həzrət(ə) Hürrə buyurdu: “Bu yaxınlarda kəndlər var, sən bizə mane olma, imkan ver biz o kəndlərin birinə gedək”. Hürr dedi: Bu məktuba əsasən mənim buna ixtiyarım yoxdur. Buradan baĢqa heç yerə qoymaram gedəsən. Züheyr Imamın(ə) məhzərinə gəlib dedi: Ağa, əvvəl-axır bizim isimiz bunlarla
müharibə ilə nəticələnəcək. Icazə ver, bunlarla döyüĢə baĢlayaq. Bunların sayı az olduğundan bizim üçün asan olar. Sonraya qalsa bunlara köməkçi qosunlar gələcək və isimiz ağırlasacaq. Həzrət(ə) buyurdu: “Heç vaxt mən birinci müharibəyə baslamaram”.
Elə oradaca çadırları qurub məskunlasdılar. Hürr vəziyyəti məktubda yazıb Ibn Ziyada göndərdi. Lakin məktubun axırında yenə də öz ədəbini göstərərək istefa yazdı. Bu Hürrün üçüncü müsbət əməli idi. YazmıĢdı ki, Ibn Ziyad, bu məsələni həll edəcəksənsə tez həll et. Əgər sənin bu islərinin axırı Hüseyn ibn Əli(ə) ilə müharibə ilə nəticələnəcəksə, o zaman mən bu döyüĢdə iĢtirak etməyəcəyəm və əvvəlcədən bu isdən istefa verirəm. Mən heç vaxt razı olmaram ki, əllərim Zəhranın(s.ə) balasının qanına boyansın.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər