RSS
 

Login:
Şifrə:
» » Övladlarınızı evləndirin

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Övladlarınızı evləndirin

 
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 30-01-2017, 19:50 | Şərh sayı: (0) | Baxılıb: 341

Övladlarınızı evləndirin


Övladlarınızı evləndirinValideynlərin övladın üzərində haqqı olduğu kimi, övladların da valideynlərin üzərində haqqı vardır. İslam Peyğəmbəri (s) bu hüquqların ən önəmlisini üç cümlədə bəyan etmişdir ki, onlardan biri də övladın evləndirilməsidir. («Biharul-ənvar», Əllamə Məclisi, 74/8.)

Yəni atanın övladı qarşısında vəzifəsi budur ki, övlad yetkinlik həddinə çatdıqdan sonra onu evləndirsin. Əgər imkanı olduğu halda övladını evləndirməyən valideyn Allah yanında günahkar hesab olunur və əgər bunun nəticəsində övlad günaha düşərsə, həmin günah atanın da əməl dəftərinə yazılacaqdır.

İndi isə diqqətinizi bir məktubun suallarına yönəldirəm və xahiş edirəm ki, bu məktubdakı sualları və verilən cavabları diqqətlə mütaliə edib düşünəsiniz:

* "...Bu məktubu yazmaqda hədəfim suallarıma düzgün cavab alıb atama göstərmək və onu doğru addım atmağa vadar etməkdir...

1. Ata-ananın övladlarının evlənməsinə qarışmaq hüququ var, ya yox?

2. Mən otuz yaşına dolmuş bir gəncəm, amma atam hələ də məni evləndirmək istəmir və deyir ki, qocalsan da, mən deyən qızı almasan, səni evləndirməyəcəyəm!

Amma mən həmin qızı istəmirəm. Sizin fikrinizcə, mənim istədiyim qızla evlənəmək haqqım yoxdur və əgər haqqım varsa, hansı haqla mənə mane olurlar? Mənim vəzifəm nədir?

3. Bu camaatdan heç soruşmurlar ki, nə üçün elçilərdən həddən artıq çox, güc çatılmayan başlıqlar istəyirlər? Bununla bais olurlar ki, qızları ərə getməyib 30-35 yaşlarına qədər evdə otursunlar və onları alan olmasın.

4. Axı, nə üçün elçilik, toy mərasimlərində həddindən artıq ifrata yol verib yersiz, lazımsız xərclər çəkir, guya, cah-cəlallı toy keçirtmək istəyirlər? Amma əslində bunlar səbəb olur ki, gənclər evlənmək fikrindən vaz keçsin və ya toydan illər sonar da borc və kredit ödəsinlər. Görəsən, ağıl və məntiqə uyğundur ki, bir günlük gəlin-bəy paltarı və gəlinin bərbəzəyindən ötrü külli miqdarda pul xərcləyib kirayə paltar və qızıllarla bəy-gəlin kürsüsündə oturasan?... Bir yaxşı-yaxşı düşünüb-daşının..."

Övlad ata-ananın qəlbinin meyvəsi və həyatının ən şirin məhsuludur. Ata-ana övladlarını öz varlıqları hesab edir və öz canlarından artıq sevirlər. Amma bütün valideynlər mühüm bir nöqtəyə diqqət etməlidirlər. O nöqtə budur ki, onlar övladlarına olan eşq və məhəbbətlərilə övladlarının müstəqil təfəkkür tərzini, mənlik və şəxsiyyətlərini itirməyə bais olmasınlar. Yəni valideynlər imkan verməlidirlər ki, gənc övladları həyatın enişli-yoxuşlu və keşməkeşli yollarında müstəqil addımlamağa adət etsinlər və həmişə ata-anaya bağlı olmasınlar. Valideynlər övladlarını sorğu-sualsız surətdə öz əmrlərinə tabe olmağa məcbur etməməlidirlər. Onlara azad düşüncə yürütməyə, müstəqil addım atmağa şərait yaratmalı və həmçinin onlara bu yolda kömək edib istiqamətləndirməlidirlər.

Evlənmək məsələsi də bu cür olmalıdır. Yəni övladın evlənməsində ata-ananın öhdəsinə düşən vəzifə budur ki, bu işdə onlara yol göstərib, öz məsləhətləri ilə kömək etsinlər. Əlbəttə, məsləhət və tövsiyələr icbar həddində olmamalıdır ki, gənclər özləri müstəqil, azad bir fikir və rəyə gələ bilsin.

Bu məsələdə övladın öhdəsinə düşən vəzifə isə ata-anaya təşəkkür etmək, ehtiram və xeyirxahlıq göstərməkdir. Onlar böyüklərin məsləhət və tövsiyələrini diqqətlə dinləməli, ağılla düşünüb-daşınmalı, keçici və ehtiraslı hisslərə qapılmamalı, çalışıb ən doğru seçimi etməlidirlər.

Valideynlər övladlarını məcburi surətdə öz seçdikləri qızla ailə həyatı qurmağa məcbur etməməlidirlər.

Sevimli Peyğəmbərimizin (s) sünnəsinə baxın və görün ki, qızına elçi gəldiyi zaman onunla necə rəftar edir və onun razılığını necə alır?

İmam Əli (ə) buyurmuşdur: “Mən Peyğəmbərin (s) qızı həzrət Zəhranın (s.ə.) elçiliyinə getdiyim zaman o həzrət mənə buyurdu: “Ya Əli (ə), bundan əvvəl də onun elçiliyinə gələnlər olub, lakin mən bu barədə ondan soruşduqda onun çöhrəsində narazılıq ifadələrini müşahidə etmişəm. Buna görə də, sən indi burada otur və bir az gözlə, mən isə gedib bu barədə ondan soruşum.”

Peyğəmbər (s) həzrət Fatimənin (s.ə.) yanına gedir və mənim elçiliyimi ona xəbər verib deyir: “Əli (ə) sənin barəndə söhbət açmışdır, fikrin nədir?”

Həzrət Fatimə (s.ə.) xoşhallıqla başını aşağı salıb sükut edir və əvvəlki elçilərdə olduğu kimi, mübarək üzündə tutqunluq və narazılıq əlamətləri görünmür.

Peyğəmbər (s) ayağa qalxıb təkbir deyir və buyurur: “Onun bu gülərüzlü sükutu razılıq əlamətidir.” («Vəsailuş-şiə», Hürr Amuli, 14/206-220.)

Buna əsasən, valideynlər gənc oğul və qızlarını özlərinin razılığı olmadan kiminləsə evlənməyə məcbur etməməlidirlər.

İmam Sadiqin (ə) gənc səhabələrindən biri ona deyir: “Bir qadınla evlənmək istəyirəm, lakin valideynlərim məni başqa birisilə evləndirməkdə israrlıdırlar. Mənim vəzifəm nədir, mən hansı ilə evlənməliyəm?"

İmam Sadiq (ə) buyurdu: “Öz istədiyin qadınla evlən, valideynlərinin dediyi qadını alma!” («Vəsailuş-şiə», Hürr Amuli, 14/206-220.)

Beləliklə, gənc qız və oğlanların vəzifəsi budur ki, evlənmələri haqqında ata-anaları ilə məsləhətləşməli, evlənmək istədikləri şəxslə valideynlərini tanış etməlidirlər. Əgər həqiqətən də öz seçimlərində yanılmayıblarsa, valideynlərinin razılığını almağa çalışmalı, bu mümkün olmadıqda da, yenə onlarla mehriban davranmalı və istədiyi ilə evlənib tənhalıq əzabından xilas olmalıdırlar. («Əxlaq dər xanevade», Seyid Əliəkbər Hüseyni.)

Mirməhəmməd Bəşir



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor