Evlənmək vacibdir |
Müəllif: Eli Aşiqi | Bölmə: Məqalələr | Vaxt: 21-03-2015, 01:18 | Şərh sayı: (1) | Baxılıb: 1418
Evlənmək vacibdir
İslam, insanları günaha düşməsindən çəkindirmək üçün evlənməyə imkanı olub, evlənməyənləri məzəmmət edir. Nümunə üçün aşağıdakı mətləbə diqqət edin:
Əkaf adlı bir kişi İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm)-nin hüzuruna gəlir. Həzrət ondan soruşur: Evlənmisənmi? Ərz edir: Xeyr! Ya Rəsulallah! Həzrət buyurur: Bədənin sağlam, mal-dövlətin varmı? Cavab verir: Bəli! Həzrət müxtəlif ifadələrlə onu evlənməyə təşviq edir və bu işi tərk etməsini tapşırır!
O cümlədən buyurur: "Ey Əkaf! Vay olsun sənə! Evlən! Evlən ki, sən indi xətakarlardansan! Evlən! Yoxsa, günahkarların sırasında durarsan. Evlən! Yoxsa, Xaçpərəst rahiblərdən hesab olunarsan. Evlən! Yoxsa, Şeytanın qardaşlarından hesab olunarsan.”
Başqa bir rəvayətdə evlənməyi tərk etməklə, Allaha daha yaxın olmaq istəyən qadını, İmam bu işdən çəkindirir. İmam Rza (əleyhissalam) buyurur: "Qadınlardan birisi İmam Baqir (əleyhissalam)-dan soruşur: Mən mütəbəttiləyəm. Həzrət buyurur: Təbəttül olmaqdan məqsədin nədir?
Qadın cavab verir: Qərara almışam ki, ömrümün axırına qədər ərə getməyim! Həzrət buyurdu: Nəyə görə? Dedi: Fəzilət və kamala yetişməkdən ötrü. Həzrət buyurdu: Bu fikrindən dön! Əgər ailə həyatı qurmamaq fəzilət olsaydı, Zəhra (salamullahi əleyha) bu fəziləti ələ gətirməkdə səndən layiqdir. Halbuki, fəzilətdə birisi ona çata bilməz.
Bu iki hədisdən aydın olur ki, İslam övliyaları kişi və qadınları, subay qalmalarından çəkindirmişlər. Bəlkə də, onları müxtəlif ifadələrlə evlənməyə təşviq etmişdir. Bununla da, günaha düşməkdən özlərini qorusunlar.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər