Ana atadan irəlidirmi? |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 17-01-2016, 22:13 | Şərh sayı: (0) | Baxılıb: 375
Ana atadan irəlidirmi?
Ananın hüquqları atanın hüquqlarından üstündür? Bu sualın cavabında qeyd etmək lazımdır ki, hüquq və vəzifələr qarşılıqlı və eyni ölçüdədir. Heç kəs "mənim hüququm var, amma xidmət etməyə vəzifəli deyiləm”, deyə iddia edə bilməz, həmçinin, bir kəs xidmət etməyə vəzifəli olub hüququ olmadığını iddia edə bilməz. Buna əsasən, ata-ananın övladın yolunda çəkdikləri sonsuz əzab-əziyyətlərini, zəhmətlərini və öhdəsinə aldıqları ağır məsuliyyətlərini ayrı-ayrılıqda nəzərə almaq, onları bir-biri ilə müqayisə edib hansısa mühakiməni yürütmək olmaz. Şəkksiz ata və ana hər ikisi övladlarının xoşbəxtliyini, əbədi səadətini istəyir, onların həmişə rifahda, səadətdə olmalarını arzulayırlar. Əksərən övladların mənafe və hüquqlarını özlərininkindən qabağa salırlar. Buna görə də özlərini bu yolda fəda etməyə hazırlayırlar. Bu cəhətdən görürük ki, Allah taala Qurani kərim ayələrində; məsum rəhbərlərimiz öz kəlamlarında valideynə ehtiram təbiri gətirir və onlardan birini digərindən üstün etmirlər. Bununla əlaqədar olaraq sünnü alimləri inanırlar ki, ata-anaya ehtiram hər ikisinə eyni səviyyədə lazım və vacibdir. Böyük şiə alimləri arasında bu məsələ təfsilatı ilə araşdırılmışdır. İsmətli və pak Əhli-beytin yol göstərmələrində, ananın təbii olaraq üzücü zəhmətləri və əzab-əziyyətləri səbəbi ilə onun hüququnu əxlaqi və atifə cəhətindən atadan irəli, üstün hesab etmişlər. Çünki ananın övladı böyüdüb boya-başa çatdırmaqdakı, tərbiyə etməkdəki çəkdiyi sonsuz və üzücü zəhmətlər atanın çəkdiyi əziyyətlərdən artıq olduğuna görə, təbiidir ki, onun da hüququ artıq olacaqdır. Doğrudur ki, ata övladın sağlamlığını, yeməklə, mənzillə, geyimlə təmin olunmasını və sair ehtiyaclarını təmin edir və vəzifəlidir ki, onların təlim-tərbiyəsində bacardığı qədər səy göstərsin. Amma 9 aylıq hamiləlik, habelə uşağın doğuş və südvermə mərhələlərindəki ağır zəhmətləri görən məhz anadır. Hətta bu mərhələdə müxtəlif əzab-əziyyətlərə qatlaşıqdan sonra gecələri oyaq qalaraq öz əziz və mehriban balasını nəvaziş edir, bacarıqsız və zəif olduğu vaxtlarda onu qoruyub saxlayır, onu təmizləyir. Buna əsasən, işin axırında valideynlərin hansının övlad yolunda çəkdiyi zəhmətləri daha çox olsa, onun hüququ digərindən daha üstün və çox olacaqdır. İndi isə bir neçə rəvayət və hədisi nəql edirik: İmam Sadiq (əleyhissalam) buyurur:
"Bir nəfər Peyğəmbərin hüzuruna gəlib dedi: Ey Peyğəmbər, kimə yaxşılıq edim? Peyğəmbər buyurdu: Anana. Bu sual-cavab 3 dəfə eynilə təkrar olundu və dördüncü dəfə Peyğəmbər buyurdu: Atana.”
Mülahizə etdiyiniz kimi, bu hədisdə Peyğəmbər 3 dəfə anasına hörmət etməyi tövsiyə etdikdən sonra yalnız dördüncü dəfədə atasına yaxşılıq etməyi tövsiyə edir. Bundan əlavə, hədisdəki "sümmə” kəlməsi ərəb dilində dərəcə etibarı ilə sonrakı mərhələdə yerləşdiyini göstərir. Bu hədisdən ananın övlad üzərindəki hüququnun atanın övlad üzərindəki hüququndan irəli olması məlum olur. İmam Baqir (əleyhissalam) buyurur:
"Həzrət Musa Allahla münacat edərkən Ondan mövizə etməsini istədi. Allah taala ona üç dəfə anası barəsində, dördüncü dəfə isə atası barəsində tövsiyə etdi.”
Bu iki hədisdən ananın hüququnun atanın hüququndan müqəddəm (irəli) olmasını anlayırıq. Bundan əlavə, 41-ci hədisdə qeyd olunduğu kimi, Həzrət Peyğəmbər o şəxsin günahlarının bağışlanması üçün buyurur: "Kaş onun anası sağ olaydı!” ki, bu xəta və günahlarının daha tez bağışlanmasına səbəb olardı. Hansı ki, atasına da yaxşılıq etmək günahlarının bağışlanması səbəbi kimi təqdim olunub. Sünnülərin böyük alimlərindən biri olan Müslüm yazır:
Bir nəfər Peyğəmbərdən soruşdu: "Hansı kəs müsahib (həmsöhbət) olmağa daha layiqlidir?” Həzrət buyurdu: "Anan.” Bu sual-cavab 3 dəfə eynilə təkrar olundu, yalnız dördüncü dəfə Həzrət buyurdu ki, atan. Bu hədislərdən nəticə alırıq ki, ananın hüquqları əxlaq, atifə və insani rəftar tərzi baxımından atanın hüquqlarından irəlidir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər