RSS
 

Login:
Şifrə:
» » İmam Əli (ə) ilə xanım Zəhranın evlənməsi

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






İmam Əli (ə) ilə xanım Zəhranın evlənməsi

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 1-12-2015, 23:10 | Şərh sayı: (0) | Baxılıb: 540

İmam Əli (ə) ilə xanım Zəhranın evlənməsi


İmam Əli (ə) ilə xanım Zəhranın evlənməsi


Zil-həccə ayının 1-ci günü (Sentyabr ayının 15-i) imam Əmirəlmöminin Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) evləndiyi gündür. Elə bu məqsədlə, onların evlənməsi ilə bağlı qısa mətni əziz oxucuların diqqətinə çatdırırıq:

İmam Əli (ə) Allahın əmri və İslamın gözəl qanunlarına əsasən, gəncliyinin tufanlı dövründə öz həyat gəmisinə sakitlik və aramlıq bəxş etmək qərarına gəlir. Amma onun kimi bir şəxsiyyət həyat yoldaşı seçərkən heç vaxt nisbi və müvəqqəti rahatlıqla kifayətlənib, həyatının digər üfüqlərini nəzərindən yayındıra bilməzdi. Buna görə də, elə bir həyat yoldaşı tapmaq istəyirdi ki, iman, təqva, elm, bilik, dünyagörüş, nəciblik və əsil-nəsəb baxımından misilsiz olsun. O həzrət üçün belə bir həyat yoldaşı anadan olduğu dövrdən o vaxta kimi bütün xüsusiyyətlərindən tam agah olduğu şəxsdən – Peyğəmbərin (s) qızı Fatimeyi-Zəhra (s)-dan başqa heç kəs ola bilməzdi.

XANIM ZƏHRANIN (S) ElÇİlƏRİ

İmam Əli (ə)-dan qabaq Əbu Bəkr və Ömər Peyğəmbər (s)-in qızı ilə evlənmək üçün elçilik etmiş, lakin hər ikisi Peyğəmbərdən (s) bu cavabı eşitmişdilər: “Zəhranı ərə vermək üçün ilahi vəhyi gözləyirəm.”

O iki nəfər həzrət Zəhra (ə) ilə evlənməkdən ümidsiz olduqda, Ovs qəbiləsinin rəisi Səd-Məaz ilə söhbət edərək anladılar ki, imam Əli (ə)-dan başqa, heç kim xanım Zəhra (ə) ilə evlənməyə layiq deyil, həm də Peyğəmbər (s)-in nəzərdə tutduğu şəxs ondan başqası deyil! Buna görə də, birlikdə Əlini (ə) axtarmağa başladılar və nəhayət, o həzrəti “ənsar” zümrəsindən bir nəfərin bağında tapdılar. Əli (ə) öz dəvəsi ilə xurma ağaclarını suvarırdı. Onlar Əliyə (ə) dedilər: “Qüreyşin əyan-əşrafı Peyğəmbər (s)-in qızına elçiliyə gediblər. Peyğəmbər (s) onlara cavab verib ki, Zəhranın evlənməsi Allahın iznindən asılıdır. Biz ümidvarıq ki, əgər sən Fatimə üçün elçilik etsən, münasib cavab eşidəcəksən. Əgər sənin evlənmək üçün mal-dövlətin az olarsa, biz sənə kömək etməyə hazırıq.

Bu sözləri eşidən Əli (ə)-ın gözləri sevinc yaşları ilə dolub deyir: “Mənim Peyğəmbər (s)-in qızına meyil və məhəbbətim var.”

Bunu deyib işindən əl çəkir və Peyğəmbərin (s) evinə tərəf yollanır. Evin qapısını döyəndə, Peyğəmbər (s) Ümmü-Sələməyə deyir: “Qalx ayağa və qapını aç. Bu, Allahın və Onun Rəsulunun sevdiyi bir şəxsdir.”

Ümmü-Sələmə deyir: “Peyğəmbər (s)-in təriflədiyi bu şəxsi görmək şövqü mənə elə təsir etmişdi ki, qapını açmaq istəyərkən az qaldı ki, ayaqlarım büdrəsin. Mən qapını açdım və Əli (ə) evə daxil olub Peyğəmbər (s)-in hüzurunda əyləşdi. Amma həyası və Peyğəmbərin məhzərinin əzəməti onun bir söz deməsinə mane oldu. Ona görə də, başını aşağı salmışdı. Otağa sükut çökmüşdü. Nəhayət, Peyğəmbər (s) sükutu pozub dedi: “Elə bil, bir iş üçün gəlmisən?”

Əli (ə) cavab verdi: “Mənim risalət ailəsi ilə qohumluğum, həmçinin bu din yolunda sabitqədəm olmağım, İslamın inkişaf üçün etdiyim cihad və səylərim sizə məlumdur.”

Peyğəmbər buyurdu: “Sənin məqamın deyilənlərdən də yüksəkdir.”

Əli (ə) dedi: “Məsləhət görürsünüzmü ki, Fatiməni mənimlə evləndirəsiniz?” Əli (ə) evlənmə təklifini irəli sürdükdə, öz təqvası və parlaq xidmətlərinə arxalanır və bu yolla hamıya öyrədir ki, üstünlük meyarı gözəllik, sərvət və mənsəb yox, yalnız təqvadır.

Peyğəmbəri-Əkrəm (s) qadının da azad şəkildə özünə həyat yoldaşı seçmə haqqını bəyan edərək Əliyə (ə) belə cavab verir: “Sizdən öncə başqaları da qızıma elçiliyə gəlmişdilər. Mən onların istəkləri barəsində qızımla məsləhətləşdim, amma qızımın üzündə onlara qarşı narazılıq hiss etdim. İndi istəyiniz barədə onunla məsləhətləşib, sonra nəticəni sizə xəbər verərəm.”

Peyğəmbər (s) Zəhranın (ə) otağına daxil olur. Zəhra (ə) ayağa qalxıb əbanı atasının çiynindən götürür və Peyğəmbərin ayaqqabılarını çıxarıb mübarək ayaqlarını yuyur. Sonra Peyğəmbər (s) öz qızı ilə söhbətə belə başlayır: “Əlinin (ə) İslamdakı fəzilət və məqamı bizə aydındır. Mən Allahdan istəmişdim ki, səni Öz məxluqunun içində ən yaxşı insana qismət etsin. Hal-hazırda o, sənə elçiliyə gəlib. Bu barədə nə deyirsən?”

Zəhra (ə) dərin sükuta dalır, amma üzünü Peyğəmbər (s)-dən döndərmir və hətta azacıq narazılıq belə onun üzündən görünmür. Rəsuli-Əkrəm (s) ayağa qalxıb buyurur: “Allahu-əkbər! Qızımın sükutu onun razılıq əlamətidir.”

İZDİVAC VƏ NİKAHIN XƏRCİ

O zaman Əli (ə)-ın varı-yoxu yalnız qılıncı və zirehli paltarı idi. Onunla Allah yolunda cihad edirdi. Bir dəvəsi də var idi ki, onunla Mədinə bağlarında işləyirdi. Elçilik və nikah mərasimindən sonra əziz həyat yoldaşı üçün zəruri mənzil avadanlığı təşkil etməyin və Peyğəmbərin qızı ilə müştərək həyata başlamağın yollarını araşdırdı. Peyğəmbər (s) razılaşdı ki, Əli (ə) öz zirehli paltarını satıb onun bir hissəsini Fatimənin (ə kəbin haqqı kimi Peyğəmbərin (s) ixtiyarında qoysun.

Zireh dörd yüz dirhəmə satılır. Peyğəmbər (s) onun bir qədərini Bilala verir ki, Zəhra (ə) üçün ətir alsın. Qalanını isə Əmmar Yasir və öz dostlarından bir neçəsinə verir ki, Əli (ə) və Zəhra (s) üçün ev əşyaları alsınlar.

Zəhranın (ə) cehizlərindən İslamın böyük qadınının həyat şəraitini yaxşıca dərk etmək olar. Peyğəmbər (s)-in göndərdiyi adamlar bazardan qayıdırlar.

İmam Əli (ə) ilə xanım Fatimənin (s) ailə həyatı olduqca sadə, dəbdəbəsiz başlayır. İslamın nümunə qadınının gəlinlik cehizinə bir nəzər salaq: Bir ədəd köynək, iki ədəd yaylıq, bir ədəd qətifə, xurma çubuğu və lifindən bir taxt, iki ədəd döşək (biri yun, biri xurma lifindən), ikisi yun, ikisi də xurma lifindən dörd balış, bir pərdə, bir həsir, bir əl daşı-dəyirmanı, dəri su tuluğu, süd üçün taxta kasa, dəri su qabı, bir küp, bir neçə kuzə, iki gümüş qolbağı, bir mis qab.

Peyğəmbərin (s) dostları aldıqları əşyaları gətirib təqdim etdikdə, o həzrət qızının ev vəsaitlərinə baxıb buyurur: "İlahi, qab-qacaqlarının çoxunu saxsı təşkil edənlərin həyatını mübarək et!"

Peyğəmbəri-Əkrəm (s)-in əziz qızının toy mərasimi çox sadə keçirilir. Nikahdan bir ay keçəndən sonra Peyğəmbərin (s) zövcələri həzrət Əliyə (ə) deyirlər: “Niyə həyat yoldaşını öz evinə aparmırsan?!”

Əli (ə) bu iş üçün hazırlaşdığını bildirir. Ümmü-Əymən Peyğəmbərin (s) hüzuruna gedib deyir: “Əgər Xədicə sağ olsaydı, qızı Fatimənin toy mərasimində çox sevinər, şad olardı.” Peyğəmbər (s) Xədicənin adını eşitdikdə kövrəlir, gözləri yaşla dolub buyurur: “Hamı məni təkzib edən bir vaxtda o məni təsdiq etdi, Allahın dinini yaymaqda mənə kömək etdi və öz mal-dövləti ilə İslamın genişlənməsinə yardımçı oldu.”

Ümmü-Əymən deyir: “Fatiməni bəxt evinə yola salmaqla hamını sevindirin!”

Rəsuli-Əkrəm (s) göstəriş verir ki, otaqlardan birini Zəhranın (s) toy gecəsi üçün hazırlayıb bəzəsinlər.

Gəlini bəy evinə aparmağın vaxtı gəlib çatır. Peyğəmbəri-Əkrəm (s) Zəhranı yanına çağırır. Həzrət Zəhra (ə) üzündən xəcalət təri axan bir halda atasının hüzuruna gəlir. Xəcalətin şiddətindən ayaqları əsir və az qalırdı ki, yerə yıxılsın. Bu vaxt Peyğəmbər (s) onun üçün belə dua edir: “Allah dünya və axirətdə səni xətalardan hifz etsin!”

Sonra Zəhranın (s) üzünü açaraq onun əlini həzrət Əlinin (ə) əlinə verib təbrik edir və buyurur: “Ey Əli, Allah sənin Rəsulullahın qızı ilə izdivacını mübarək etsin. Fatimə necə də yaxşı həyat yoldaşıdır!”

Sonra üzünü Fatiməyə tutub buyurur: “Əli çox gözəl həyat yoldaşıdır!”

Bunu deyib hər ikisinə göstəriş verir ki, Allah evinə tərəf yollansınlar. Ondan sonra bəylə-gəlin bəy otağına daxil olduqda, Peyğəmbər (s) də otağa daxil olur və əlində olan qabdakı sudan təbərrük olaraq qızının başına səpib hər ikisinə belə dua edir: “Pərvərdigara, bu mənim qızımdır və camaatın içində mənə ən sevimli olan kəsdir. Pərvərdigara, bu da mənim qardaşım və camaatın içində mənə ən əziz bir şəxsdir. İlahi, bunların məhəbbət tellərini daha da möhkəmləndir!”



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor