RSS
 

Login:
Şifrə:
» » Elçilik

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Elçilik

 
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 29-12-2015, 23:00 | Şərh sayı: (0) | Baxılıb: 632

Elçilik


Elçilik


Həqiqətən, evlənmək istədiyiniz zaman elçiliyə gedin!
Allah-Taala Qurani-Kərimdə buyurur:”Allah məxluqatı əvvəlcə (yoxdan) yaradır, (öləndən) sonra yenidən dirildir. Sonra da siz (Qiyamət günü) Onun hüzuruna qaytarılacaqsınız.”

Qadın və kişi bir-biri üçün yaradılmışdır. Nikah bağlamaq və müştərək ailə həyatı qurmaq insanda təbii, fitri bir istək, insani bir duyğu və ehtiyacdır. Kişi və qadının bir-birinə olan ehtiyacı və birgə yaşamaq istəyi Allah-Taalanın insanlara lütf etdiyi böyük neməti və həmçinin, ilahi nişanələrdəndir.
Əziz Peyğəmbərimiz (s) bu böyük nemətdən məhrum, tənha, eşqsiz, məşuqsuz və həyat şəriki olmadan yaşayan insanlar haqqında belə buyurur: “Arvadı olmayan kişi və əri olmayan qadın dövlətli olsalar da belə miskin və çarəsizdirlər.”

O Həzrət (s) başqa bir hədisdə belə buyurur: “Allah-Taalanın yanında nikah bağlayıb, ailə həyatı qurmaqdan sevimli və əziz bir iş yoxdur”.
Bu müqəddəs işin bünövrəsi elçilik ilə başlayır. Yəni Allah-Taalanın hikmətli tədbiri kişini istək, eşq, aşiqlik, təmənna simvolu, qadını isə camal, gözəllik və məşuqiyyət cilvəsi olaraq yaratmışdır. Əslində, bu hikmətli tədbir təkcə insanlara məxsus deyil, hətta heyvanlara da aiddir. Yəni heyvanlar aləmində də əvvəl erkək cins özünü dişi cinsə meyilli, rəğbətli göstərir və onun ardınca gedib öz istəyini bildirir. Bu vaxt dişi cins özünü "naza" qoyub gözəllik və camalını qarşı tərəfə nümayiş etdirir.

Bəli, bu təbiət və instinktivə əsasən, adətən, elçilik və xahiş-minnət kişi tərəfindən başlayır. Həmişə tarix boyunca kişi qadına eşq elan etmiş və onun elçiliyinə gedib ailə həyatı qurmağa dəvət etmişdir. Bu yolla da qadının həya və iffətinə sayğı və hörmət göstərmişdir.

Qadınlar isə tarix boyu bu işdə önə düşməkdən qorunaraq, kişidən elçilik və nikah bağlamaq üçün xahiş etməmiş və izzətini və hörmətini hifz edərək özünü bayağılıqdan saxlamışdır. Buna görə də elçilikdə əsas qayda budur ki, elçilik və istəmək kişi tərəfindən, qəbul və razılıq isə qadın tərəfindən olsun. Əlbəttə, qeyd etmək lazımdır ki, tarixdə bu adətin əksinə olan hallara da rast gəlmək olur. Misal olaraq bir hədisi sizin diqqətinizə çatdırırıq:
İmam Məhəmməd Baqir (ə) buyurmuşdur: “Bir qadın Peyğəmbərin (s) hüzuruna gəlib dedi: “Ey Allahın Rəsulu! Məni ərə ver.”
Həzrət Peyğəmbər (s) üzünü səhabələrinə tutub buyurdu ki, bu qadınla evlənməyə kim hazırdır?”

Bir kişi ayağa qalxıb dedi: "Mən..."
Amma daha gözəl, təbii budur ki, kişi qadından elçilik etsin, onu həyat yoldaşı, sevinc və qəmlərinə şərik, ürək dostu olmağa dəvət etsin. Bununla da qadının şəxsiyyət, kəramət, iffət, həya və ülviliyinə qiymət, ehtiram qoymuş olsun.
Buna görə də, elçiliyə gedən tərəf, yəni oğlan adamı, bu mühüm nöqtəyə xüsusi diqqət yetirməlidir. Elçilik adəti əslində qızın hörmət, həya, iffət, abır və ülviliyini hifz etmək üçündür. Məbada elə bir iş görsünlər ki, qızın hörmət, izzət və abrına az da olsa belə zərər dəysin. Bu məsələyə, xüsusilə də elçilik mərasimində, daha çox diqqət yetirmək vacibdir.

Bu mövzu ilə əlaqədar mənə ünvanlanan bir məktubu sizin diqqətinizə çatdırıram ki, burada bəzi elçilərin xoşagəlməyən rəftarlarına işarə olunubdur.
-"Salam... istəyirəm, bir məsələni sizə deyim. Deyəcəyim məsələ təkcə mənim deyil, bəlkə minlərlə qızın ürək sözü, qəm-qüssəsi, giley və şikayətidir. İstəyirəm ki, siz, biz qızların və ailələrimizin tərəfindən bütün ailələrə və oğlanlara çatdırasınız ki, nə üçün əvvəl nəcabət, iman, iffət, namus-qeyrət, eşq və əhdə vəfadan dəm vururlar, amma iş görüb qabağa çıxmaq vaxtı çatanda hər şeyi unudaraq maddiyyatı, pulu, mal-dövləti sərlövhə edib cehiz və buna oxşar məsələləri önə çəkib sövdələşməni pozaraq, aradan çıxmaq üçün bəhanə düzəldirlər?! Nə üçün yalandan bu qədər elçiliyə gedib hörmətli, abırlı ailələri zəhmətə salırlar?!

Görəsən, bu düz işdir? Neçə dəfə yalandan elçilik edərək, bu yolla kimlərəsə zəhmət verib, narahat etmək olar?
Bu dəfə ağsaqqal gətirir, gələn dəfə ağbirçək. Bir dəfə bibiylə gəlir, gələn dəfə xalayla, daha sonra qoca nənəsini gətirir. Bir kitablıq söhbət edib, məhəlləyə hay-həşir salıb, ailəni həyəcan, iztirab və narahatçılıqda qoyub gedirlər. Gün keçir, ay dolanır, qızın ailəsi intizarda qalır, amma elçilərdən bir xəbər yoxdur.
Bunlar bir yana qalsın, hələ çox vaxtlar qıza və ailəsinə yersiz iradlar tutub, üstlərinə marka da vururlar.
Sizdən xahiş edirəm ki, xalqımızla bu barədə söhbət edin və biz qızların bu bildirişini bütün ailələrə və elçilik etmək istəyənlərə çatdırın”...
-"Mən bir ruhani olaraq, müsəlman bacı və qardaşları, əziz həmvətənlərimi, həmçinin, əziz və hörmətli ailələri aşağıdakı tövsiyələrə əməl etməyə dəvət edirəm:

1. Əgər siz elçiliyin mənasında diqqət etsəniz, heç vaxt bu cür xoşa gəlməyən, düzgün olmayan və narahatedici hallara rast gəlmərik.
Elçilik, yəni tələb, sevgi və istəyin ən şiddətli, yuxarı və son dərəcəsi.
Elçi, yəni həqiqətən istəyən və tələb edən.
Buna əsasən də, hər hansı ailə əgər hər hansı bir qızın elçiliyinə gedirsə, gərək qızın və onun ailəsinin hörmət, izzət, iffət, abır-həyasına ehtiram edib onların hüzurunda təvazökarlıqla, mehribançılıqla rəftar etsinlər. Bununla da hər bir ailənin və hər bir iffətli, həyalı qızın ülviliyinə, ülvi duyğularına ehtiram göstərsinlər. Lovğalıq edib, minnət qoymasınlar. Həqiqətən oğlanlarını həmin qızla evləndirmək istəyirlərsə, elçiliyə gedib qohum olmaq istədiklərini təvazökarlıqla elan etsinlər.

2. Elçiliyin ədəbi budur ki, elçilər gül dəstəsi ilə öz məhəbbət və xoş duyğularını aşkar etsinlər. Məbada, özləri ilə əzab-əziyyət tikanı, qəm zəhəri hədiyyə aparıb, zəhmət və əziyyət çoxaldıb, iztirab, qorxu, həyəcan yaratsınlar.
Sevimli Peyğəmbərimiz (s) buyurub: “Hər kəs mömin bir bəndəyə əziyyət etsə, onu qəmləndirsə və sonra üzr istəyib özünü bağışlatdırmaq üçün dünyanı belə ona versə, bu bağışlanmaq onun bu xoşagəlməz, bəyənilməmiş və düzgün olmayan işinin üstünü örtməyəcək və o, savab qazanmayacaqdır”.
İmam Əli (ə) buyurub: “Bir müsəlmanın başqa bir müsəlmanı qorxu, iztirab və həyəcana salması yaxşı və rəva deyildir”.

3. Belə xoşagəlməz halların qarşısını almaq, yəni başqalarını zəhmət, əziyyət, həyəcan və qorxuya salmamaq üçün, rəsmi surətdə elçilik etməmişdən qabaq elçiliyinə gediləcək tərəfin ailəsi haqqında ətraflı axtarış aparıb, yaxınlarınızla məsləhətləşib bir nəticəyə gəldikdən və bəyəndiyinizə əmin olduqdan sonra rəsmi surətdə elçilik etmək lazımdır. Əlbəttə, bu axtarış və yoxlanış mümkün qədər gizli surətdə olmalıdır.

4. Heç vaxt qabaqcadan ünsiyyətdə olmamış, tanışlıq etməmiş, xəbərsiz, həmçinin, inanılmış və ağıllı vasitəçinin hüzuru olmadan bir kimsənin qapısına elçiliyə getməyin.

5. Elçiliyin axırıncı mərhələsində, yəni qızla oğlan həqiqətən evlənmək istədikdə və qohum olmaq istəyən tərəflər razılığa gəldikdən sonra şəriət hökmlərinə əsasən qızla oğlan görüşüb söhbət edə bilərlər ki, bu görüşə aşağıdakı şərtlərlə icazə verilir:
1.Bu görüş və söhbətləşmə zərurət olmadığı halda bir dəfədən artıq olmasın.
2.Bu görüş yalnız daha çox tanışlıq və tərəflərin bir-birinə öz xüsusiyyət və şərtlərini anlatmaq məqsədi ilə olmalıdır ki, gələcəkdə problemləri olmasın.
3.Bu görüşdə özlərini ehtiraslandırıcı söz və hərəkətlərdən qorumalı, bir- birinə ləzzət və şəhvət gözüylə baxmamalıdırlar.
4.Bu görüş hər hansısa tərəfin qorxu, həyəcan, əziyyət və zəhmətə düşməsinə səbəb olmamalıdır.
5.Bir-birinin xüsusi sirləri haqqında söhbət etməməli və heç bir tərəf bu barədə qarşı tərəfdən soruşmamalıdır.
6.Tərəflər bir-birinə qarşı qeyri-mümkün və çətin tələblər irəli sürməməlidirlər.


6. Axırıncı sifarış və tövsiyəm budur ki, elçiliyə gedən və elçiliyi olunan tərəflər məsləhət və məşvərətlə bir-birlərinin haqqında axtarışları tamamladıqdan sonra bir-birlərini cavab intizarında qoymasınlar. Özlərinin müsbət, ya mənfi cavablarını ehtiram və hörmətlə qarşı tərəfə bildirsinlər, təhqir və tənqidə yol verməsinlər. Dünya malı, var-dövlət və yoxsulluğa görə bir-birlərini qiymətləndirib nəzər verməkdən çəkinsinlər. Daha yaxşı olar ki, iman, iffət, abır-həya və səxavət kimi insani keyfiyyətləri və səciyyəvi xüsusiyyətləri nəzərə alıb qohum olmaq və ya olmamaq haqqında qərar qəbul etsinlər.

Allahın Rəsulu (s) buyurub: "Hər kəs bir mömini yoxsul və kasıb olduğu üçün qiymətsiz hesab edib, təhqir etsə, Allah-Taala Qiyamət günü onu hamının qarşısında rüsvay və biabır edəcəkdir”.

Allah-Taaladan istəyim budur ki, qəlblərimizi iman nuru və ilahi ədəblə işıqlandırıb abır-həya, imanımızı dünya və axirətdə hifz edib həyatda bizlərə dostluq, rəhimlilik, səfa, dinclik, əmin-amanlıq bəxş etsin.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor