Quranda Məhdəviyyət |
Müəllif: Admin | Bölmə: Qurani-Kərim | Vaxt: 28-07-2016, 13:58 | Şərh sayı: (0) | Baxılıb: 447
Quranda Məhdəviyyət
Quranda Məhdəviyyət üç cəhətdən işıqlandırılmışdır:
1.Salehlərin höküməti və yer üzündə varislik
Quranda bu haqda buyurulur:
وَلَقَدْ كَتَبْنَا فِي الزَّبُورِ مِن بَعْدِ الذِّكْرِ أَنَّ الْأَرْضَ يَرِثُهَا عِبَادِيَ الصَّالِحُونَ
“Biz kitabdan (Tövratdan, yaxud lövhi-məhfuzdan) sonra Zəburda da (cənnət torpağına, yer üzünə və ya müqəddəs) torpağa yalnız Mənim saleh bəndələrimin daxil olacağını yazmışdıq.” (“Ənbiya”, 105)
Allah-Taala bu ayədə təkidlə vəd verir ki, gələcəkdə salehlərin höküməti qurulacaq, Onun saleh və ləyaqətli bəndələri yer üzünün varisləri olacaqdır. İmam Məhəmməd Baqirdən (ə) nəql olunan rəvayətdə deyilir:
هم اصحاب المهدی - “Onlar Mehdinin səhabələridir.” (“Biharul-ənvar”, c.9, səh. 126)
2.Haqqın zühuru və dinin qələbəsi
Quranda bu haqda buyurulur:
هُوَ الَّذِي أَرْسَلَ رَسُولَهُ بِالْهُدَى وَدِينِ الْحَقِّ لِيُظْهِرَهُ عَلَى الدِّينِ كُلِّهِ وَلَوْ كَرِهَ الْمُشْرِكُونَ
“Müşriklərin xoşuna gəlməsə də, onu (islamı) bütün dinlərin fövqündə (bütün dinlərdən üstün) etmək üçün Öz Peyğəmbərini doğru yolla və haqq dinlə göndərən Odur!” (“Tövbə”, 33)
Allahın bu vədi İmam Mehdi hökümətinin qurulacağı zaman gerçəkləşəcəkdir. İmam Cəfər Sadiq buyurur:
وَاللَّه ما نزل تأویلها بعد، و لا ینزل تأویلها حتی یخرج القائم(عج) فاذا خرج القائم (عج) لم یبق کافر باللَّه العظیم و لا مشرک بالامام الاّ کره خروجه حتی لو کان کافرٌ او مشرک فی بطن صخرة قالت: یا مؤمن فی بطنی کافر فاکسرنی واقتله
“Allaha and olsun, bu ayənin təvili İmam Mehdinin zühurundan sonra hasil olacaqdır. İmam zühur etdiyi zaman nə bir kafir, nə də bir müşrik qalacaqdır.” (“Yənabiül-məvəddət”, Qunduzi Hənəfi, səh.423)
Fəxr Razi öz təfsirində “Sədi”dən belə nəql edir ki, bu ayə Mehdinin qiyamından sonraya aiddir və bu zamanda İslam dinini qəbul etməmiş bir nəfər də olsun belə, qalamyacaqdır. (“Təfsiri-Kəbir”, Fəxr Razi, c.16, s.40)
3.Yer üzündə xəlifəlik
“Nur” surəsinin 55-ci ayəsində belə buyurulur:
وَعَدَ اللَّهُ الَّذِینَ آمَنُوا مِنکُمْ وَعَمِلُوا الصَّالِحَاتِ لَیسْتَخْلِفَنَّهُم فِی الْأَرْضِ کَمَا اسْتَخْلَفَ الَّذِینَ مِن قَبْلِهِمْ وَلَیمَکِّنَنَّ لَهُمْ دِینَهُمُ الَّذِی ارْتَضَی لَهُمْ وَلَیبَدِّلَنَّهُم مِّن بَعْدِ خَوْفِهِمْ أَمْنًا یعْبُدُونَنِی لَا یشْرِکُونَ بِی شَیئًا
“Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə - yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar deyə - onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini, onlar (möminlər) üçün onların Allahın Özü bəyəndiyi dinini (islamı) möhkəmləndirəcəyini (hər tərəfə yayacağını) və onların qorxusunu sonra əmin-amanlıqla (arxayınçılıqla) əvəz edəcəyini vəd buyurmuşdur. Bundan sonra küfr edənlər, şübhəsiz ki, (Allahın itaətindən çıxmış) əsl fasiqlərdir!”
Təbərsinin də təfsirində dediyi kimi, Peyğəmbər Əhli-Beytindən rəvayət olunmuşdur ki, bu ayə Ali-Məhəmməddən olan Mehdi barəsindədir. (“Məcməül-bəyan”, Təbərsi, c.7, s.152)
İmam Səccad buyurub:
هم واللَّه شیعتنا اهل البیت؛ یفعل اللَّه ذلک بهم علی یدی رجل منا و هو مهدیّ هذه الامّة و هو الذی قال رسول اللَّه(ص) لو لم یبق من الدنیا إلّا یوم واحد لطول اللَّه ذلک الیوم حتی یلی رجل من عترتی، اسمه اسمی، یملأ الارض عدلاً و قسطاً کما ملئت ظلماً وجوراً
“And olsun Allaha, onlar biz Peyğəmbər Əhli-Beytinin tərəfdarlarıdır. Allah onların və bu ümmətinin Mehdisinin vasitəsilə bu vədəni reallaşdıracaqdır. Bu həmin Mehdidir ki, peyğəmbər onun barəsində demişdir: “Dünyanın sonuna bir gün qalmış olsa da, Allah həmin günü uzadar ki, itrətimdən və adı adımdan olan kişi gəlsin, yer üzünü zülm və sitəmlə dolduğu kimi ədalətlə doldursun.” (“Məcməul-bəyan”, c.7, s.152, “Əl-Burhan fi təfsiril-Quran”, c.7, s.123)
Sözün qısası budur ki, qeyd edilən bu üç istiqamət – yəni, dinin qələbəsi, yer üzündə varislik və xilafət məsələsi – hələ də kamil surətdə həyata keçməmişdir. Bunlar vəd olunmuş İmam Mehdinin höküməti zamanı gerləşəcəkdir. Bu Quran ayələri, İmam Mehdinin adını çəkmədən onun hökümət və zühuruna işarə edir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər