RSS
 

Login:
Şifrə:
» » Gözəl xasiyyət dinin yarısıdır

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Gözəl xasiyyət dinin yarısıdır

 
Müəllif: Hesen_Mucteba | Bölmə: Məqalələr | Vaxt: 18-09-2016, 23:42 | Şərh sayı: (0) | Baxılıb: 386

Gözəl xasiyyət dinin yarısıdır
Əxlaq və mənəviyyat mövzusunda qələmə alınmış kitablarda gözəl xasiyyət (buna ”hüsni-xülq“ deyilir) müsəlman üçün ən mühüm keyfiyyətlərdən biri kimi xatırlanır.Hədislərdəki "hüsni-xülq" ifadəsində insanın başqaları ilə ünsiyyətcilliyi, mülayim xasiyyətə malik olması, ətrafdakılarla mehriban davranması, gülərüzlülüyü və sairə xüsusiyyətlər nəzərdə tutulur. Yəni dini mətnlərdə bütün bu gözəl keyfiyyətlər ümumilikdə əxlaqın gözəlliyi kimi dəyərləndirilir. Ona görə dini mətnlərdəki "pis əxlaq" ifadəsini də müasir anlamdakı əxlaqsızlıq, əxlaq pozğunluğu kimi deyil, kobudluq, qabalıq, başqalarını incitmək, ünsiyyətdən qaçmaq kimi qəbul etməliyik.

Maraqlıdır ki, hüsni-xülq bütün əxlaqi keyfiyyətlərin əsası sayılır. Qalan əxlaqi və mənəvi dəyərlər sanki bu xüsusiyyətin kölgəsində qalır. Çünki insan əgər başqaları ilə münasibətini mülayimlik əsasında qursa, bütün qalan xülqləri də özündə tərbiyə etməyə qadir olar. Təvazökarlıq, səbr, qəzəbi udmaq, doğruculluq, xeyirxahlıq, ədalət, qənaətcillik, həya və sairə kimi əxlaqi dəyərlərin hər birinin kökündə məhz yuxarıdakı mənada hüsni-xülq durur. Yaxşı xasiyyət sahibi həmişə hörmət və sayğı ilə əhatələnər, onun ailəsi möhkəm, dostları sədaqətli olar. Amma pis xasiyyət sahibi heç kim tərəfindən sevilməz, hətta ailə üzvləri və yaxınları belə, ondan uzaq qaçmağa çalışarlar.

Gözəl əxlaq o qədər böyük əhəmiyyətə malikdir ki, Islam Peyğəmbəri (s.a.v.v) onu dinin yarısı adlandırır və buyurur: İslam gözəl əxlaq deməkdir. İmam Əli (ə.s) möminin əməl dəftərinin sərlövhəsini gözəl xasiyyət hesab edirdi. İmanın kamil olmasının nişanəsi də xasiyyətin gözəlliyidir: Möminlər içində imanı kamil olan – əxlaqı ən gözəl olandır.
Muhamməd (s.a.v.v) məhz insanlardakı gözəl əxlaqi dəyərləri tamamlamağı özünün peyğəmbərliyə təyin olunmasının səbəblərindən biri kimi göstərirdi. Həmçinin o Həzrət (ə.s) buyururdu ki: Sizlərdən mənə ən çox bənzəyən – əxlaqı ən gözəl olandır.

Gözəl xasiyyət insana həm dünyada,həm də axirətdə fayda yetirər.Imam Əli (ə.s) buyururdu: Gözəl xasiyyət ruzini artırar və ünsiyyəti möhkəmlədər. İmam Cəfər Sadiq (ə.s) isə yaxşılığın və gözəl xasiyyətin ölkələri abad etdiyini,ömürləri uzatdığını bildirirdi. Allahın Peyğəmbəri (s.a.v.v): Qiyamət günü mizan tərəzisində heç bir əməl gözəl xasiyyətdən daha ağır olmayacaq.

Əksinə, pis xasiyyət insana hər iki dünyada zərər və xəcalət gətirər. Məşhur hədislərin birində deyilir ki, sirkə balı xarab etdiyi kimi pis əxlaq da əməlləri zay edər. Allahın Peyğəmbəri (s.a.v.v) buyurur: Bəndə öz əxlaqının pisliyi üzündən cəhənnəmin ən aşağı qatına yuvarlana bilər. İmam Əli (ə.s) yaxşı və pis xasiyyətin insan taleyinə təsiri barədə belə buyurur: Nə çoxdur elə izzət sahibləri ki,(pis) xasiyyət onları zillətə salıb. Nə çoxdur elə zəlillər ki,(yaxşı) xasiyyət onları izzətli edib.

Müsbət əxlaqi dəyərlər insanın batini aləminin gözəlliyi deməkdir. Əgər insanın zahiri görünüşü Allahın əlindədirsə, batini dünyasının vəziyyəti onun öz ixtiyarındadır. Peyğəmbər (s.a.v.v) səhabələrindən birinə buyurmuşdu: "Allah səni xilqətdə gözəl yaradıb, sən də öz əxlaqını gözəlləşdir." Insan özünü tərbiyə etməklə,pisliklərdən təmizlənməklə batini dünyasını saflaşdırmağa qadirdir. Bu məqama çatmış insanların barəsində deyilir, onların qəlbi Allahın təcəlli yerinə çevrilər.

Insanın dəyəri onun fərdi ibadətləri ilə deyil, əxlaqının gözəlliyi ilə ölçülür.Çünki əvvəla, ibadət Allahdan ötrü edilir və cəmiyyətə aidiyyatı az olur.Ikincisi ibadət riya niyyəti ilə də edilə bilər,bunu bilən yalnız Allahdır. Amma gözəl xasiyyət, insanlarla ünsiyyətdə ölçünü gözləmək birbaşa cəmiyyətdaxili münasibətlərə təsir göstərir. Bir gün Peyğəmbərə (s.a.v.v) dedilər ki, filan qadın gündüzlər oruc tutub gecələr namaz qılır,amma xasiyyəti pisdir və dili ilə qonşularını incidir. Həzrət Peyğəmbər (s.a.v.v) buyurdu: O qadında yaxşı bir xüsusiyyət yoxdur və o cəhənnəm əhlindəndir.

Müsbət xasiyyətlərin hər biri bəyənilən, arzuediləndir, özü də bunların istisnasız olaraq hər kəsdə olması tövsiyə edilir. Amma müəyyən xüsusiyyətlər məhz bəzi təbəqələrə mənsub şəxslərdə olanda daha üstün dəyər qazanır.Hz.Muhamməd (s.a.v.v) bu məsələyə işarə edərək buyurur: "Ədalət gözəl xüsusiyyətdir, amma hökmdarlarda olanda daha gözəldir. Səxavət gözəldir, amma sərvətlilərdə olsa, daha gözəl olar. (Günahlardan) çəkinmək yaxşıdır, amma alimlərdə bunun olması daha yaxşıdır.Səbr gözəl cəhətdir,amma kasıblarda daha gözəl görünür. Tövbə yaxşdır, amma cavanlarda olsa daha yaxşıdır.Həya gözəl xasiyyətdir amma qadın həyalı olanda daha gözəl olur."


Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor