Əxlaq və ədəb-ərkan |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 5-09-2015, 01:32 | Şərh sayı: (1) | Baxılıb: 3151
Əxlaq və ədəb-ərkan
Əxlaqsız, mənəviyyatsız insan heç bir vaxt edə bilməz xalqı səadətə aparıb çıxartsın. İmam Əmirəl-möminin (ə) buyurub.:
"Əgər nə Behiştə getmək, nə də Cəhənnəmin qorxusundan, nə də savab və əzab olmasına əqidəmiz olmasa da, (həqiqətdə ki, əqidəmiz var) yenə də ləyaqəti var yaxşı, gözəl əxlaq öyrənib ona əməl edək, ona görə ki, yaxşı əxlaq həyatda bizləri düz yola hidayət edir."
Başqa yerdə belə buyurur:
"Yaxşı dost, yaxşı əxlaq, gözəl xasiyyət insanın ən gözəl və vəfalı yaxın dostudur."
İmam Sadiq (ə) belə buyurub:
"Əgər sizə xəbər verələr ki, ömrünüzdən iki gün qalıb. İki günlük ömrünüzün birinci gününü ədəb-ərkan, əxlaq öyrənməkliyə çalışın ki, ölən gününüzdə ondan sizə xeyir gəlib sizə kömək olsun."
İmam Rza (ə) ədəb barədə belə buyuyrub:
"Ədəbi-ərkanı əzab-əziyyətlə əldə etmək olar. Hər bir şəxs ədəbli olmaq üçün əzab-əziyyətlərə (cismani, ruhani, ictimai...) qatlaşıb dözsə onu əldə edə bilər."
Allah-təala "Qurani-kərim"də möminlərə öz yaşayışlarında və hər bir həyat tərzlərində kimlərdən təqlid etmələrini belə bəyan edərək buyurur:
"İbrahim və onunla birlikdə olanlar möminlər sizin üçün gözəl ülkü və örnəkdir."
(Yəni bütün yaxşı əməllərdə İbrahim peyğəmbər (ə) və ona iman gətirənlərin əməllərinə uyğun əməl etməyimiz lazımdır.)
Başqa yerdə belə buyurur:
"Həqiqətən Allahın Rəsulunun yaşayış tərzi (bütün hərəkəti, davranışı, əxlaqı...) sizlər üçün gözəl nümunədir."
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər