Gözəl əxlaq sahibləri həmişə namaz qılırlar |
Müəllif: Eli Aşiqi | Bölmə: Namaz | Vaxt: 19-02-2015, 22:04 | Şərh sayı: (0) | Baxılıb: 731
Gözəl əxlaq sahibləri həmişə namaz qılırlar
Allah-taala Qurani-kərimdə insanın həris və eyni zmanda ona edilən bəzi pisliklərin qarşısında dözümsüz olduğunu və nəyəsə malik olduğu zaman ondan digərlərinin istifadə etməsinə mane olmasını xatırladır:
إِنَّ الْإِنسَانَ خُلِقَ هَلُوعًا .إِذَا مَسَّهُ الشَّرُّ جَزُوعًا. وَإِذَا مَسَّهُ الْخَيْرُ مَنُوعًا
"Şübhəsiz, insan həris və dözümsüz yaradılmışdır. Ona pislik edildikdə taqətsiz olur. Lakin, ona xeyir çatdıqda digərlərinə mane olur (paxıllıq edir)”("Maric” , 19-20-21-ci ayələr.).
Paxılların tezliklə öz cəzalarına çatacaqları haqqında isə oxuyuruq:
وَلاَ يَحْسَبَنَّ الَّذِينَ يَبْخَلُونَ بِمَا آتَاهُمُ اللّهُ مِن فَضْلِهِ هُوَ خَيْرًا لَّهُمْ بَلْ هُوَ شَرٌّ لَّهُمْ سَيُطَوَّقُونَ مَا بَخِلُواْ بِهِ يَوْمَ الْقِيَامَةِ وَلِلّهِ مِيرَاثُ السَّمَاوَاتِ وَالأَرْضِ وَاللّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ
"Allah tərəfindən bəxş olunmuş mal-dövləti sərf etməyə xəsislik edənlər heç də bunu özləri üçün xeyirli hesab etməsinlər. Xeyr, bu onlar üçün zərərlidir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur. Allah hər bir əməlinizdən xəbərdardır!” ("Ali-imran”, 180.)
Həzrət Əli (ə) paxılların hərəkətindən təəccüb edərək buyurur:
عجبت للبخيل يستعجل الفقر الذي منه هرب و يفوته الغني الذي اياه طلب فيعيش في الدنيا عيش الفقراء و يحاسب الا غنياء
"Paxıla təəccüb edirəm. O, qaçdığı kasıbçılığa giriftar olmuş və ehtiyaclıdır. O, dünyada yoxsullar kimi yaşasa da, axirətdə varlılar kimi hesab çəkiləcəkdir”("Nəhcul-bəlağə”, səh. 491.).
Lakin Allah-taala namaz qılan şəxslərin belə rəzil əxlaqi keyfiyyətdən uzaq olmalarını, onların həmişə namaz qılmalarını, öz mallarından kasıblara bağışlamalarını, Cəza gününə iman gətirmələrini, Allahın əzabından qorxmalarını, bu əzabdan amanda qalmaları üçün Ona pənah aparmalı olduqlarını xatırladır:
إِلَّا الْمُصَلِّين الَّذِينَ هُمْ عَلَى صَلَاتِهِمْ دَائِمُونَ وَالَّذِينَ فِي أَمْوَالِهِمْ حَقٌّ مَّعْلُومٌ لِّلسَّائِلِ وَالْمَحْرُومِ وَالَّذِينَ يُصَدِّقُونَ بِيَوْمِ الدِّينِ وَالَّذِينَ هُم مِّنْ عَذَابِ رَبِّهِم مُّشْفِقُونَ
"Namaz qılanlardan başqa. Onlar həmişə namaz qılırlar. Hansılar ki, mallarında məlum haqq var. İstəyənlər və kasiblar üçün. Onlar cəza gününə inanırlar. Hansılar ki, Allahın əzabından qorxurlar”("Məaric”: 22-27-ci ayələr.).
Məlum ayədə "həmişə namaz qılırlar” ibarəsində məqsəd hər bir işi kənara atıb, bütün günü rükuda, səcdədə olmaq yox, əksinə yalnız müəyyən edilmiş vaxtlarda (5 dəfə zöhr, əsr, məğrib, işa, sübh) namaz qılmaqdır. Müstəhəb olan digər namazları da, xüsusi ilə gecə namazını bu ibadətlər cərgəsinə daxil etmək olar.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər