Əxlaqın dəyər və əhəmiyyəti |
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 18-12-2015, 08:56 | Şərh sayı: (0) | Baxılıb: 383
Əxlaqın dəyər və əhəmiyyəti
Hər bir millətin ictimai həyatı üçün lazım olan məsələlərdən biri də əxlaqdır. Əxlaq kəlməsi «xülq» sözünün cəmi və «xülq»də insanın daxili şəkli mənasındadır. Bunun müqabilində olan «xülq» sözü isə əşyanın zahiri mənasında işlədilmişdir. İnsanda olan daxili keyfiyyətlər əxlaqdır. İnsanlarda diqqət olunan hər bir əməl və rəftar da əxlaq və əxlaqi rəftar adlanır. Əxlaq, bəşərin ömrü ilə bərabər və onunla yaradılmışdır.
Əxlaqın dəyər və əhəmiyyəti barədə yalnız bunu demək kifayətdir ki, istər inkişaf etmiş olsun, istərsə geridə qalmış hər bir millət dəyərlərə böyük hörmətlə yanaşır.
İnsan yaşadığı həyatda bir sıra qanun-qaydalara tabe olub onlara riayət etməyi özü üçün lazım hesab edir. Məşhur ingilis alimi Samuil Smaylz deyir: «Əxlaq dünyanı hərəkət gətirən ən böyük qüvvədir. Əxlaq, insaniyyətin həqiqi tərifi olduğu üçün ən gözəl surətdə özünü büruzə verdikdə insanın təbiətini ən yüksək formada təcəssüm etdirir».
İnsan cəmiyyətdə özünə hörmət qazanmaq üçün gərək ictimada gözəl xüsusiyyətə və gözəl əxlaqi rəftara malik olsun. Onda həmin şəxs cəmiyyətdə və ictimada hörmət sahibi olar. İnsan həyatın bütün sahələrində uğur və müvəffəqiyyətə nail olmaq üçün gərək öz iradə qüvvəsini gücləndirsin, əxlaqın dəyər və əhəmiyyətinə nail olsun. Bunun üçün də insan heç nədə ifrata varmamalı və sərt davranışını gözəl ürəyəyatan əxlaqi dəyərlərlə əvəz etməlidir. Bu bir həqiqətdir ki, yüksək əxlaqi xüsusiyyətlərə malik olan insan gözəl davranışının tez bir vaxtda müsbət nəticəsini görəcək. Ancaq onun həqiqi müsbət nəticələrini Allahın müqabilində təslim və Onun əmrlərinə tabe olduqda görür. Hal-hazırda indiki zamanda insanların bir çoxu əxlaqi dəyərləri nəfsani istəklərə qurban verərək daim aldadıcı naz-nemətlər fikrində olurlar. Belə şəxslər nəfsani istəklərə tabe olduqları üçün əxlaqın keyfiyyətini və dəyərini unudurlar. Bunun üçün gərək insan nəfsani istəklərə tabe olmasın.
Həzrət Əli (ə)-da nəsin təlim və tərbiyəsində qətiyyətli olmağı xoşbəxtliyin açarı hesab edərək buyurur: «Fərz edək ki, əgər bizim behiştə getmək ümidimiz və cəhənnəm əzabından qorxumuz olmasaydı belə, yenə də əxlaqı saflaşdırma yolunu tutub, nəfsimizi çirkinliklərdən paklaşdırmağın yeri vardır. Çünki səadəti yalnız və yalnız bu yolla əldə etmək olar».
Psixoloqlardan biri deyir: «İnsanın hissiyyatları iki hissədən ibarətdir. Onun bir hissəsində təzyiqedici qüvvə, digər hissəsində isə müqavimət duyğuları özünə yer etmişdir. Müqavimət duyqularına güc gələ bilən hər bir qüvvə dərhal vücudumuza öz təsirini qoyur və bizi özünə tabe edir».
Daxili hisslərinə nəzarət edib istəklərini ağıl və məntiqlə ayaqlaşdırmağa nail olan şəxslər, qəlblə ağıl arasında sülh bərqərar etmiş olurlar. Buna nail olan insanlar təbii ki, xoşbəxtlik və səadət yolunu bir çox çətinliklər arasından süstlük göstərmədən azad iradə ilə qət tmişlər. Bəşər elm və texnikada ağlasızmaz nailiyyətlər əldə edib öz qüdrətini dənizin dərinliklərində də nümayiş etdirsə də amma müasir sivilizasiya çətinliklər müqabilində hələ də acizdir. Bu çətinliklər bəşəriyyəti hərc-mərcliyə, tamahkarlığa və nizamsızlığa sövq etmişdir. Bütün bunların ən başlıca səbəbi isə ruhi düşkünlük və əxlaqi dəyərlərdən uzaq olmaqdır. Jul Roman deyir: «Hal-hazırkı dövrdə elm çox inkişaf etmişdir, lakin daxili istəklərimiz hələ də özünün ibtidai mərhələsində dayanmışdır. Əgər onlar da elm və şüurumuzla çiyin-çiyinə irəliləsəydi, deyə bilərdik ki, fikir və iradədən meydana gələn mədəniyyət də inkişaf etmiş və tərəqqiyə nail olmuşdur.
Bu psixoloqun dediklərindən belə nəticə əldə edirik ki, əxlaqi dəyərlərə üstünlük verməyən mədəniyyət onun görüşlərinə birdəfəlik son qoymuş və nəticədə öz əli ilə özünə quyu qazmış olur. Cəmiyyətdə nöqsan və bədbəxtçiliklərin mövcud olması onun əxlaqi dəyərlərə ehtiyac duyduğundan xəbər verir. Əxlaq isə yorğun və heç bir taqəti olmayan mədəniyyətə yeni bir həyat bəxş edir. Şübhəsiz ki, bütün insanlar xoşbəxtliyi və əmin-amanlığı sevir və daim ona çatmaq arzusu ilə yaşayırlar. Bu böyük səadətə nail olmağın yolu nəfsin saflaşdırılması və tərbiyələndirilməsi, yəni rəzil əxlaqi sifətləri .gzündən uzaqlaşdırıb, bəyənilmiş keyfiyyətləri özündə cəm etməlidir. Allahın göndərdiyi peyğəmbər və övliyalar da bu yolla getmiş, haqsevərləri bu yola dəvət etmişlər. Quran həmin mövzuya açıq işarə edərək təkidlə buyurur: «And olsun Günəşə və onun işığına (Günəşin qalxdığı vaxta) nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır. Onu (günaha) batıran isə, əlbəttə, ziyana uğrayacaqdır». («Şəms» surəsi, ayələr 8-9)
Bu ayədən məlum olur ki, insan nə qədər ki, nəfsi istəklərə özünü qurban verərsə bir o qədər ziyana uğrayar. Buna görə də insanlar nəfsi istəklərə tabe olmasalar xoşbəxtlik və səadət yolu onların üzlərinə açıq olar.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər