İkinci vasitə əxlaqi keyfiyyətlərin və insani səciyyələrin çiçəkləndirilməsi |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 29-05-2015, 01:38 | Şərh sayı: (0) | Baxılıb: 505
İkinci vasitə əxlaqi keyfiyyətlərin və insani səciyyələrin çiçəkləndirilməsi
Nəfsin tərbiyə olunub təkmilləşdirilməsi, seyri-süluk və Allah dərgahına yaxınlaşmağın yollarından biri də insanın özündə əxlaqi keyfiyyətləri və insani səciyyələri çiçəkləndirməsidir ki, bunların da kökü insanda qoyulmuşdur. Gözəl əxlaq insanın mələkuti ruhi ilə tam münasib və uyğun olan dəyərlərdən ibarətdir. Onların tərbiyələndirilməsi, pərvəriş edilməsi ilə insanın insaniyyəti daha kamilləşir və nəhayət Allah dərgahına yaxın bir məqama çatır. Mütəal Allahın müqəddəs Zatı bütün kamalların mənşəyidir. İnsan yüksək aləmdən gəldiyindən pak və aludə olmamış fitrəti ilə yuxarı aləmlə münasib olan insani kamalları tanıyır və təbiidir ki, onlara meyl göstərir. Buna görə də bütün dövrlərdə olan insanlar yaxşı əxlaqın o cümlədən ədalət, fədakarlıq, düzlük, əmanətdarlıq, yaxşılıq, şücaət, səbr, dözümlülük, elm, xeyirxahlıq, məhrumları müdafiə etmək, ne’mətlər qarşısında şükr etmək, səxavətli olmaq, əhdə vəfalı qalmaq, Allaha təvəkkül etmək, təvazökarlıq etmək, əfv edib güzəştə getmək, mülayim rəftar etmək, insanlara xidmət etmək və s. kimi xüsusiyyətlərin gözəlliyini dərk etmişlər.
Allah Qur’anda buyurur: "And olsun nəfsə və onu yaradana, günah və savab işləri ona ilham edib öyrədənə ki, həqiqətən öz nəfsini aludəliklərdən paklayan kəslər nicat tapar, onu xarab edənlər isə ziyankar olar.”
Əxlaqi işlər təkrar olunduğu zaman nəfsə nüfuz edir və vərdiş halına çevrilərək insan vücudunun bir hissəsinə çevrilir. O, insan ruhunun quruculuğunda, necə olmasında, hətta nə olmasında belə tə’sir göstərir. Məhz buna görə də islam dini əxlaqi məsələlərə xüsusi diqqət yetirmişdir. Əxlaq məsələləri islam dininin böyük bir qismini təşkil edir. Əxlaq barəsində yüzlərlə, minlərlə ayə və hədis deyilmişdir. Qur’an ayələrinin əksəriyyəti əxlaqi göstərişlərdir. Hətta, Qur’anda qeyd olunan hadisələrin və hekayələrin əksəriyyəti əxlaqi səciyyəyə malikdir. Belə ki, Qur’anı əxlaqi bir kitab kimi də nəzərdən keçirmək olar.
Ümumiyyətlə, böyük ilahi peyğəmbərlərin əsas hədəflərindən biri insan nəfslərinin və ruhlarının paklaşdırılması, onlarda gözəl əxlaqi keyfiyyətlərin çiçəkləndirilməsidir. İslam Peyğəmbəri (s.ə.v.v) də öz be”sətinin əsas hədəfini insani kamalların və əxlaqın təkmilləşdirilməsi kimi təqdim edərək buyurur: "Mən Allah tərəfindən əxlaqi gözəllikləri tamamlamaqdan ötrü göndərilmişəm.”
Peyğəmbəri-Əkrəm (s.ə.v.v) bütün insanlara xitabən buyurur: "Sizə gözəl əxlaqı tövsiyə edirəm, çünki Sübhan Allah məni həmin məqsədlə məb”us etmişdir.”
O Həzrət (s.ə.v.v) yenə buyurur: "Qiyamətdə insanların əməl tərəzisinə gözəl əxlaqdan da fəzilətli olacaq bir şey qoyulmayacaqdır.”
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər