Evlilikdən əvvəl düzgün seçim etmək lazimdir |
Müəllif: Hesen_Mucteba | Bölmə: Məqalələr | Vaxt: 12-09-2016, 22:22 | Şərh sayı: (0) | Baxılıb: 268
Evlilikdən əvvəl ən mühüm məsələ - həyat yoldaşını seçməyin meyarlarına diqqət etmək və onları tanımaqdır. Adətən ailə həyatında o zaman çətinliklər meydana gəlir ki, qadınla kişi özünə münasib həyat yoldaşını seçə bilmir.Bir neçə il bir yerdə yaşayandan sonra bu qənaətə gəlib çıxırlar ki, hər ikisi bir-birinə uyğun deyildir.
İslam dini həyatyoldaşı seçən vaxt müəyyən meyarlar müəyyən etmişdir ki,onlardan bəzisinə işarə edirik:
1. Ailənin nəcabəti:
Qadınla kişinin ailəsinin şərəf və nəcabəti İslamın nəzərinə görə mühüm meyarlardan biridir. Yəni, qadınla kişi elə ailədən olmalıdır ki, dərin köklərə malik olsun. Həyat yoldaşının ailəsini və aldığı tərbiyəni tanımaq hər ikisinin qarşılıqlı anlaşmasına müsbət təsir qoyar. İslamın bu barədə tövsiyəsi budur ki, imkan həddində həyat yoldaşının ailəsi pak və iffətli olmalıdır. Çünki ailənin əxlaq və rəftarı, etiqadi zəminələr gələcək nəslə təsir qoyacaqdır.
2. Gözəl əxlaq:
Ailə həyatının eniş və yoxuşları olar. Bu yolda düzgün irəliləmək üçün gözəl əxlaqa və güclü ruhiyyəyə ehtiyac vardır. Gözəl əxlaq dedikdə o nəzərdə tutulur ki, insanın adət və rəftarları bəyənilmiş olsun, əxlaqın rəzil sifətlərindən və ruhi xəstəliklərdən uzaq olsun.
Bir nəfər İmam Sadiqin (ə) yanına gəlir və deyir: “Ey Allahın Rəsulunun (s.a.v.v) oğlu! Gözəl əxlaqdan mənə xəbər ver”. Həzrət (ə.s) buyurur: Sənə zülm edənə güzəşt edib göz yumasan. Səninlə əlaqəsini kəsənlə əlaqə yaradasan, səni məhrum edənə əta edəsən, haqqı deyəsən - hətta əgər öz əleyhinə olsa belə.
Qurani-Kərim Peyğəmbər (s.a.v.v) haqqında belə buyurur: Həqiqətən də sən (insani əxlaq fəzilətlərinin cəm olduğu) böyük bir əxlaqa maliksən.(Qələm,ayə 4).
3. Təfəkkürün sağlam olması:
İslam dini bəzi irsi sifətlərin keçici olduğunu nəzərə alaraq, buyurur ki, bəzi evliliklər olmamalıdır.Belə ki, İslam dini ağılsız insanla ailə qurmağı bəyənmir.İmam Sadiq (ə.s) buyurur: Axmaqla evlənməkdən çəkinin.
4. Zahiri görkəm:
Həzrət Peyğəmbər (s.a.v.v) buyurur: Sizlərdən hər kim həyat yoldaşına malik olmaq istəsə,gərək soruşsun ki saçı necədir.Saç rəngini və necə uzandığını soruşsun. Çünki qadının saçı onun iki gözəlliyindən biridir.
5. İffət:
İslam dininin nəzərinə görə, bir ailənin möhkəm olmasına ən çox təsir edən amil - iffət amilidir. İslam dini şərab içən insanla ailə qurmağı bəyənmir. Belə ki, Allahın Peyğəmbəri (s.a.v.v) buyurur: "Şərabxor elçilik edərsə ona qız verilməz."
İmam Sadiq (ə.s) buyurur: “O kəs ki, qızını şərabxora verər, bu işi ilə qohumluq əlaqəsini kəsmiş olar”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər