İmam Zamanla (ə.f) görüşənlər «Əlli altıncı görüş» |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 14-07-2016, 18:20 | Şərh sayı: (0) | Baxılıb: 436
İmam Zamanla (ə.f) görüşənlər «Əlli altıncı görüş»
Əllamə Nuri "Nəcmus-saqib” kitabında yazır ki, bir çox kəramət sahibi olan Seyyid Baqir Qəzvininin oğlu seyyid Cə`fər deyir:
Bir vaxtlar atamla birlikdə Səhlə məscidinə get-gəl edirdik. Bir gün məscidə çatıb atamdan soruşdum: Camaat deyir ki, kim qırx cümə axşamı Səhlə məscidinə gedib orada ibadətlə məşğul olsa, İmam Zamanla (ə) görüşə bilər. Amma mə`lum deyil ki, bu sözlər nə qədər doğrudur! Atam qəzəblənərək dedi: Haradan deyirsən? Əgər sən bir şeyi görməmisənsə, deməli onun əsası yoxdur?! O, məni o qədər danladı ki, dediklərimə peşman oldum.
Bir azdan sonra məscidə daxil olduq və orada kimsə yox idi. Atam məscidin ortasında dayanıb "istiğasə” (imdad) namazını qılmaq istərkən, İmam Zaman (ə)-ın məqamı tərəfdən bir şəxs ona tərəf gəldi. Atam onunla salamlaşıb əl verərək görüşdü. Sonra mənə dedi: Bəs bu kimdir? Təəccüblə dedim: O, İmam Zamandırmı? Dedi: Bəs kimdir? Mən dərhal yerimdən qalxıb ona tərəf yüyürməyə başladım. Amma nə məscidin içində, nə də ki, çölündə kimsəni görmədim.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər