İmam Zamanla (ə.f) görüşənlər «Otuzuncu görüş» |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 8-06-2016, 20:01 | Şərh sayı: (0) | Baxılıb: 367
İmam Zamanla (ə.f) görüşənlər «Otuzuncu görüş»
Şeyx Mehdi Muəzzi buyurur: Mərhum Şeyx Mürtəza Tehranın zahid və təqvalı alimlərindən olmuşdur. O, belə bir əhvalat nəql edir:
Mərhum seyyid Əbdülkərim Mahmudi cümə axşamları İmam Zamanla (ə) görüşərdi. O, deyir: Bir cümə axşamı Reydə həzrət Əbdüləzimin ziyarətgahında fədası olduğum İmam Zamanla (ə) görüşdüm. Mənə dedi: Seyyid, gəl birlikdə cəddim Əli ibn Musa Rza (ə)-ın ziyarətinə gedək. Dedim: İxtiyarınızdayam, hara istəyirsinizsə gedək. Birlikdə bir neçə addım atdıqdan sonra gördüm ki, artıq İmam Zaman (ə)-ın ziyarətgahına çatmışıq. Birlikdə ziyarət edib yenidən həmin qaydada geri qayıdıb, bir anın içində Tehranda olduq. Yenə İmam Zaman (ə) buyurdu: İndi də gəl, hacı seyyid Əli Müfəssirin ziyarətinə gedək (onun qəbri imamzadə Abdullanın ziyarətgahının içindədir). İmam Zamanla (ə) qəbirə yaxınlaşdıqda, gördüm ki, mərhumun ruhu qəbirin kənarında dayanıb həzrətə öz ehtiramını bildirir. Sonra Seyyid Əli mənə dedi: Seyyid! Hacı şeyx Mürtəzaya mənim salamımı çatdır və de ki, nə üçün dostluğa riayət etmir və bizi görməyə gəlmir? Niyə bizi unudub?
İmam Zaman (ə), Seyyid Əliyə dedi: Hacı şeyx Mürtəzanı üzürlü hesab et, başı bərk qarışıqdı. Onun yerinə özüm gələcəyəm.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər