İmam Zamanla (ə.f) görüşənlər «Əlli beşinci görüş» |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 11-07-2016, 21:07 | Şərh sayı: (0) | Baxılıb: 377
İmam Zamanla (ə.f) görüşənlər «Əlli beşinci görüş»

Bu sözləri eşitcək məni ağlamaq tutdu və öz-özümə dedim: Gör biz nə qədər İmam Zaman (ə)-dan qafilik, o isə bizi nə qədər fikirləşir. Özü də mənim kimi günah içində qərq olan səlahiyyətsiz bir şəxsi. Bir sözlə həmin gecə nigarançılığım birdəfəlik aradan qalxdı. Qalxmaya da bilməzdi. Çünki o gün mənim nigarançılığımdan Allah və İmam Zamandan başqa kimsənin xəbəri yox idi və Xadimi telefonda mənə elə sözlər dedi ki, nigarançılığa heç bir yer qalmadı. Əgər imanım güclü olsaydı, gərək bundan əvvəl də bu qədər nigarançılıq hissi keçirməyəydim. Dostuma dedim: Sizin bu zənginizlə nigarançılığım tamamilə aradan getdi. İndi ki, ağamız bu qədər bizim fikrimizi çəkir, lap şirin ağzına girməyə belə hazıram. Amma əgər siz Məşhədə İmam Əli ibn Musa Rza (ə)-ın ziyarətinə gəlsəydiniz, bizə də o vaxt çox sevinərdik. Buyurdu: Xeyr, mənim üzərimə düşən vəzifə elə bundan ibarət idi. Bu xəbərlə mənim özümün də İmam Zaman (ə)-a olan inam və bağlılığım daha da artdı.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər