İmam Zamanla (ə.f) görüşənlər «Əlli ikinci görüş» |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 11-07-2016, 18:32 | Şərh sayı: (0) | Baxılıb: 293
İmam Zamanla (ə.f) görüşənlər «Əlli ikinci görüş»
"Vəsailüş-şiə"nin müəllifi böyük alim Şeyx Hürr Amuli "İsbatül-hüda” kitabında yazır:
On yaşım olardı. Çox ağır xəstəliyə düçar olmuşdum. Belə ki, həkimlər məni müalicə edə bilmədilər. Qohum-əqrabam öləcəyimi zənn edib başımın üstə dayanıb ağlayırdılar. Həmin gecə yuxuda gördüm ki, Peyğəmbər (s) və mə`sum imamlar ətrafıma toplaşıblar. Onlara salam verib hər biri ilə ayrı-ayrılıqda söhbət etdim. İmam Sadiq (ə)-la mənim aramda müzakirə oldu, amma nəyi müzakirə etdiyimiz dəqiq yadımda deyil. Yadımda qalan budur ki, o həzrət mənim üçün dua etdi. Fədası olduğumuz İmam Zamanla (ə) söhbət etdiyim zaman ağlayıb dedim: Ey mənim ağam! Ey mənim sərvərim! Qorxuram bu xəstəlik ömrümə son qoya və mən təhsil alıb xeyirxah işlər görə bilməyəm. Buyurdu: Qorxma, sən bu xəstəliklə ölməyəcək və Allahın yaxşı bir bəndəsinin vasitəsilə şəfa tapıb, uzun müddət yaşayacaqsan. Sonra mənə bir qab dolu su verdi və mən həmin sudan içən kimi sağaldım.
Xəstəliyim birdəfəlik məndən dəf oldu. Qohum-əqrabam və bizi tanıyanların hamısı heyrətə gəlmişdilər. Bir neçə gündən sonra onlar da nə baş verdiyindən agah oldular.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər