İmam Zamanla (ə.f) görüşənlər «On altıncı görüş» |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 19-05-2016, 19:18 | Şərh sayı: (0) | Baxılıb: 312
İmam Zamanla (ə.f) görüşənlər «On altıncı görüş»
Seyyid Həsən Əbtəhi deyir: Məşhəddə "Sahibəzzəman” məscidində, adətən, şam namazını qılandan sonra minbərə qalxıb Qur`anın əxlaqi, əqidəvi ayələri və bu məzmunda nəql olmuş hədislər barədə söhbət edərdim.
Bir gecə əxlaqi və mə`nəvi mövzuda söz düşmüşdü. Başım söhbətə qarışmış ikən, birdən adını çəkməyə razı olmayan bir şəxs minbərə yaxınlaşıb uca səslə dedi: Ağa hara getdi? Minbərdə oturduğumdan başqalarından çox hamını mən yaxşı görürdüm və əgər kimsə eşiyə çıxmış olsaydı, onu əvvəlcə mən görərdim. Bunun üçün də dedim: Kimsə məsciddən eşiyə çıxmamışdır, siz kimi deyirsiz getdi?
Yanındakı yeri göstərib dedi: Elə indicə burda idi, amma indi yoxdu. Dedim: Deyə bilərsinizmi nə baş verir? Dedi: Mən "İmam Zaman” məscidindən uzaq bir məhəllədə yaşayıram və bu vaxta qədər bu məscidə gəlməmişdim. Üç ildir ki, əlacı olmayan ağır ürək xəstəliyinə düçar olmuşam. Bu gün işimlə əlaqədar bu məhəlləyə gəlmişdim. Axşam azan səsini eşidib öz-özümə dedim: Yaxşı olar ki, namazın fəzilətli vaxtını buraxmayıb şam və xiftən namazlarını elə bu məsciddə qılım. Sizi də tanıdığım üçün camaat namazında iştirak etmək qərarına gəldim. Lakin xiftən namazının salamını verib qurtardıqdan sonra yanımda əyləşən şəxs mənə hamıdan tez salam verdi. Mən də ona salamının cavabını verdim. Sonra o məndən soruşdu: Ürəyinin ağrısı yaxşı oldu, ya yox? Əvvəl elə bildim, o bizim məhəllənin sakinlərindəndir, bunun üçün də əziyyət çəkdiyim xəstəlikdən xəbərdardır. Amma baxıb gördüm ki, mən onu tanımıram. Qorxdum ki, əgər söhbətinizi kəssəm, sizə qarşı ədəbsizlik etmiş olaram. Bunun üçün də sizə qulaq asa-asa yavaşca ondan burada nə etdiyini soruşdum. O da dedi: Məgər bura "Sahibəzzaman” məscidi deyilmi? Dedim: Niyə, elədir. Dedi: Elə isə bura mənə məxsusdur. Onun nə demək istədiyini başa düşmədim və eləcə oturub sizə qulaq asırdım. Amma birdən onun əziyyət çəkdiyim xəstəlikdən xəbərdar olması və "elə isə bura məxsusdur” – deməsi yadıma düşdü və tez yanıma baxıb gördüm ki, artıq yoxdur. Bundan sonra başa düşdüm ki, o, İmam Zaman (ə) imiş.
Həmin şəxs sonralar bizimlə tanış oldu və şükür Allaha ki, uzun illər keçməsinə baxmayaraq onda əziyyət çəkdiyi ürək ağrısından heç bir əsər-əlamət qalmadı.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər