İmam Zamanla (ə.f) görüşənlər « Doqquzuncu görüş» |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 15-05-2016, 21:05 | Şərh sayı: (0) | Baxılıb: 449
İmam Zamanla (ə.f) görüşənlər « Doqquzuncu görüş»
Mərhum Hacı Nuri "Nəcmus-Saqib” kitabında böyük arif Seyyid Bəhrul-Ülumun şagirdi Molla Zeynəlabidin Səlmasidən belə nəql edir:
"Bir gün Seyyid Bəhrul-Ülumla birlikdə Samirrada İmam Hadi (ə) və İmam Həsən Əsgəri (ə)-ın ziyarətinə getdik. Biz bir neçə nəfər idik. Ziyarətgaha daxil olub birlikdə camaat namazı qılmaq istədik. İkinci rükətdə təşəhhüddən sonra üçüncü rükətə qalxmaq istərkən ona nəsə oldu və bir qədər dayandıqdan sonra ayağa qalxdı.
Namazdan sonra onun nə üçün dayandığından təəccüblənsək də, kimsə ondan nə üçün namazın ortasında dayandığını soruşmağa cür`ət etmirdi. Evinə qayıtdıqdan sonra süfrə arxasında oturduq. Seyyidlərdən biri mənə işarə etdi ki, Seyyid Bəhrul-Ülumdan namaz əsnasında dayanmasının səbəbini soruşum. Dedim: Sən ona məndən daha yaxınsan. Seyyid Bəhrul-Ülum bizim pıçıltımızı başa düşüb dedi: Biri-birinizlə nə danışırsınız? Onunla aramız açıq olduğundan cür`ətə gəlib dedim: Sizin namazın ikinci rükətindən sonra nə üçün dayandığınızı bilmək istəyir. Buyurdu: Namaz qılarkən gördüm ki, fədası olduğum İmam Zaman (ə) ziyarətgaha daxil olub atasının ziyarətinə gəlir. Onu görcək, özümü itirdim və sizin dediyiniz həmin vaxt onun müqəddəs vücuduna nəzər salırdım, ta o vaxta qədər ki, ziyarətini bitirib ziyarətgahdan xaric oldu.”
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər