İmam Zamanla (ə.f) görüşənlər «İyirmi birinci görüş» |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 25-05-2016, 19:56 | Şərh sayı: (0) | Baxılıb: 355
İmam Zamanla (ə.f) görüşənlər «İyirmi birinci görüş»
Hacı Cavad Rəhimi başqa bir əhvalatda deyir:
Ayətullah Seyyid Hüseyn Qazi deyirdi ki, bir dəfə Həzrət Zəhranın (ə) təvəllüdü gecələrindən birində (20 Cəmadiüs-sani, 1348 hicri qəməri) Cəmkəran məscidində idim. Birdən gördüm ki, göydən yerə, xüsusilə də Cəmkəran məscidinin üzərinə qeyri-adi bir nur enir. (Hacı Cavad Rəhimi deyir:) Həmin gecə təsadüfən, mən də Cəmkəran məscidində idim. O nuru, demək olar, orada olan camaat da gördü. Sonradan həmin gecə haqda Hüseyn Qazinin e`timad etdiyi bir şəxs ona belə deyir: O gecə Tehranın Məsgərabad adlı məntəqəsində idim ki, ilahi övliyalardan biri məni təyyül-ərz ilə (bir göz qırpımında bir yerdən başqa yerə gediş) Cəmkəran Məscidinə gətirdi və onunla birlikdə orada təşkil olunan əza məclisinə getdik. Məclisin əvvəlindən fədası olduğumuz İmam Zaman (ə) da orada iştirak edirdi. Rövzəxan şe`rləri mərhum Seyyid Əli Rzainin "Ali Taha gülzarı” adlı kitabından oxuyurdu. İmam Zaman (ə) özü də ona qulaq asır və ağlayırdı. Məclis qurtardıqdan sonra İmam Zaman (ə) dua edib məclisdən getdi. Orada iştirak edən bir neçə nəfər İmam Zaman (ə)-a hamıdan yaxın olan şəxsə yaşınlaşaraq onun da dua etməsini israr etdilər. O isə boyun qaçıraraq dedi: Axı İmam Zaman (ə) dua etdi. Nəhayət, çox israr etdikdən sonra o da İmam Zaman (ə)-ın qiyamına dair dua edib məclisi tərk etdi.
Çox güman ki, dua edən şəxs mərhum Qazinin özü olmuş, amma adının çəkilməsini istəməmişdir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər