İmam Zamanla (ə.f) görüşənlər «Qırx səkkizinci görüş» |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 10-07-2016, 10:17 | Şərh sayı: (0) | Baxılıb: 259
İmam Zamanla (ə.f) görüşənlər «Qırx səkkizinci görüş»
Mərhum Hacı Nuri "Nəcmus-Saqib” kitabında Mühyəddin Ərbilidən belə bir əhvalat nəql edir:
Bir gün atamla birgə bir yerdə əyləşmişdik və yanımızda oturan başqa bir şəxs isə divara söykənib mürgüləyirdi. Birdən onun başındakı əmmamə sürüşüb düşdükdə, başında bir neçə qılınc yarasının izlərini gördüm. Atam ondan təəccüblə soruşdu: Bunlar nədir belə? Dedi: Siffeyn döyüşündə başıma dəyən zərbələrdir. Atam daha da təəccüblənərək dedi: Siffeyn döyüşü Əli (ə)-ın zamanında baş vermişdir, sən isə o zaman yox idin! Dedi: Bir neçə il bundan qabaq Misirə gedirdim. Yolda "Qərrə” qəbiləsindən bir nəfərlə tanış oldum və yol boyu biri-birimizlə müxtəlif mövzular barədə söhbətimiz düşdü. Söhbət əsnasında Siffeyn döyüşünə də toxunduq. O dedi: Əgər Siffeyn döyüşündə olsaydım, qılıncımı Əli və tərəfdarlarının qanı ilə sirab edərdim. Dedim: Əgər mən də o zaman olsaydım, qılıncımı Müaviyə və tərəfdarlarının qanı ilə sirab edərdim. Belə isə mən Əli (ə)-mın, sən isə Müaviyənin səhabələrindənsən. Haydı, gəl döyüşək!
Bir sözlə, qılınclarımızı siyirib biri-birimizə zərbələr endirdik. Nəhayət, aldığım yaralardan huşumu itirib yerə yıxıldım. Bir azdan əlində nizə tutan bir şəxs məni silkələyib oyatdı. Gözümü açıb başım üzərində bir süvari gördüm. O, atdan düşüb mübarək əllərini bədənimdəki yaralara çəkdi və onlar dərhal sağaldı. Sonra buyurdu: Burda gözlə. Bunu deyib, dərhal gözdən itdi. Bir azdan sonra bir əlində həmin şəxsin başı, o biri əlində isə atının yüyəni ilə qayıtdı. Mənə buyurdu: Bu da düşməninin başı. Sən bizə kömək etdin, biz də sənə. Kim Allaha yardımçı olsa, Allah da ona yardım edər.
Onun kim olduğunu soruşduqda, buyurdu: Mən Höccət ibn Həsən, İmam Zamanam. Bundan sonra kim səndən başındakı yaralar barədə soruşsa, ona de ki, Siffeyn döyüşündən qalıb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər