İmam Zamanla (ə.f) görüşənlər «İyirmi altıncı görüş» |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 8-06-2016, 18:18 | Şərh sayı: (0) | Baxılıb: 333
İmam Zamanla (ə.f) görüşənlər «İyirmi altıncı görüş»

Bir gün cümə axşamı gecə saat 12 radələrində Məşhəddə Gövhərşad məscidinin həyətində, açıq səma altında bu duanı oxumaqla məşğul idim. Deyə bilərəm ki, həmin vaxt məsciddə məndən savay kimsə yox idi və məscidin həyətini yalnız bir neçə çıraq işıqlandırırdı. O vaxtlar mən İmama "istiğasə” (köməyə çağırma) namazından sonra həmin ziyarəti oxuyurdum. Duadakı «Ya mövlayə! Ya Sahibəzzəman, yəbnə Rəsulillah! Hacəti ru`yətukə və suhbətukə.» "Ey sərvərim! Ey Sahibəzzaman! Ey Peyğəmbər övladı! İstəyim səni görmək və səninlə söhbət etməkdir.” – ibarəsinə çatdıqda, birdən gördüm ki, günbəzin kənarındakı "qiblə” qapısından məscidə elm əhlinə bənzər nurani və yaraşıqlı bir seyyid daxil oldu. Onu görcək, fədası olduğumuz İmam Zaman (ə) olduğuna yəqin etdim. Bunun üçün də tam yəqinliklə ziyarətimi kəsib ona tərəf yaxınlaşdım. O da sanki, məni görmürmüş kimi, başını aşağı salıb ziyarətgaha tərəf gedirdi. Heybət və alicənablığı mənə onunla kəlmə kəsməyə mane olurdu. Mən də onun ardınca ziyarətgaha daxil oldum və öz-özümə dedim: Hardan bilim ki, o fədası olduğumuz İmam Zaman (ə)-ın özüdür? Nəhayət, qarşısında dayanıb ziyarətnaməni oxumağa başladım. Lakin, bir anlıq fikrim ondan yayındı və gördüm ki, artıq o yoxdur.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər