İmam Zamanla (ə.f) görüşənlər « Səkkizinci görüş » |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 15-05-2016, 19:48 | Şərh sayı: (0) | Baxılıb: 337
İmam Zamanla (ə.f) görüşənlər « Səkkizinci görüş »
Daha çox Nəcəf-Əşrəfdə məşhur olan bu əhvalatı mərhum Məclisi "Biharül-ənvar” və Hacı Nuri "Nəcmus-Saqib”də yazmışdır. Mərhum Məclisi yazır ki, bunu mən e`tibarlı bildiyim bir şəxsdən eşitmişəm. O, əhvalatı mənə belə söyləyib:
"İndi yaşadığım köhnə ev əvvəllər Həsən Müdəllil adlı xeyirxah və əməlisaleh bir şəxsin olub. O, mö`minlərin əmiri Əli (ə)-ın ziyarətgahına yaxın məhəllədə yaşayırdı. Böyük külfət sahibi olan bu şəxs neçə il idi ki, iflic olduğundan ayağa qalxıb hərəkət edə bilmirdi. Hətta ayaqyoluna belə getmək istədikdə, əhli-əyalı ona köməklik edirdi. Xəstəliyi uzun çəkdiyindən ailəsi yoxsulluqla üzləşmişdi.
Bir dəfə (720-ci hicri qəməri ili) gecə yarısı uşaqları yuxudan oyanıb görürlər ki, evin üstündən qəribə bir işıq saçır. İşıq o qədər qeyri-adi olur ki, insanın gözlərini qamaşdırır. Onlar Hüseyn Müdəllilin yanına gəlib ondan soruşurlar: O işıq nədir elə? Nə olub, nə baş verir? O deyir: Elə indicə fədası olduğum İmam Zaman (ə) mənim yanıma təşrif gətirmişdi. Mənə dedi: Ey Hüseyn! Qalx yerindən! Dedim: Ey mənim ağam. Ey mənim sərvərim! Görürsən ki, mən yerimdən ayağa qalxa bilmirəm, bədənim iflic olub. Həzrət əlimdən tutub ayağa qaldırdı və elə həmin andan özümü tamamilə sağlam hiss etməyə başladım. Sonra mənə dedi: Bu dalan mənim Əmirəlmö`minin Əli (ə)-ın ziyarətgahına keçib getdiyim yoldur. Hər axşam onun qapısını bağlayın. Dedim: Baş üstə, dediyiniz kimi də edərəm. Sonra İmam Zaman (ə) ayağa qalxıb elə həmin yerdən Əli ibn Əbu Talibin ziyarətinə getdi. Və bu işıq onun ayaq izlərinin nişanələridir.”
Mərhum Hacı Nuri deyir: O dalan indinin özünədək Hüseyn Müdəllil dalanı kimi məşhurdur. Camaat o dalana nəzirlər edir və həzrət Sahibəzzamanın bərəkətilə öz diləklərinə nail olurlar.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər