İmam Zamanla (ə.f) görüşənlər «İyirmi doqquzuncu görüş» |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 8-06-2016, 19:50 | Şərh sayı: (0) | Baxılıb: 294
İmam Zamanla (ə.f) görüşənlər «İyirmi doqquzuncu görüş»

Ayətullah hacı seyyid Məhəmməd Rza Gülpayeqani buyurardı ki, Ayətullah Əbdülkərim Hairinin dövründə dörd yüz tələbə Qum hövzəsinə cəm olub onun tələbələr üçün təqaüd üzrə nümayəndəsi mərhum hacı şeyx Məhəmməd Təqidən qış əbası istəyirlər. Şeyx Bafiqi tələbələrin istəyini mərhum Əbdülkərim Hairiyə çatdırır. Əbdülkərim Hairi deyir: Dörd yüz ədəd əbanı haradan tapaq? Şeyx Bafiqi deyir: Fədası olduğumuz İmam Zaman (ə)-dan alarıq. Hacı şeyx Əbdülkərim Hairi deyir: Bu qədər şeyi o həzrətdən almaq üçün mənim heç bir yolum yoxdur. Şeyx Bafiqi deyir: İnşaallah, mən İmam Zaman (ə)-dan alaram.
O, cümə günü axşam Cəmkəran məscidinə gedib orada İmam Zamanla (ə) görüşür. Səhəri gün Şeyx Əbdülkərim Hairinin yanına gəlib deyir: İmam Zaman (ə) buyurdu ki, sabah sizə dörd yüz əba verəcəkdir.
Cümə günü səhər tacirlərdən bir nəfər dörd yüz əba gətirib hövzəyə təhvil verdi.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər