Allah qorxusundan və İmam Hüseynin (ə) məzlumiyyətinə ağlamaq |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 29-05-2016, 18:22 | Şərh sayı: (0) | Baxılıb: 329
Allah qorxusundan və İmam Hüseynin (ə) məzlumiyyətinə ağlamaq
İnsan ağladığı zaman gözündən yaş gələn yeganə varlıqdır. Göz yaşı xüsusi bir maddədir. İnsanın nə üçün ağlaması göz yaşının tərkibinə təsirlidir. Məsələn, qadınların göz yaşı ilə kişilərin göz yaşının tərkibi arasında fərq var.
İnsan müxtəlif səbəblərdən ağlaya bilər. İnsan ağlamasına sevinc, ayrılıq, təəssüf, peşmançılıq, qəzəb, intizar, eşq, yaxınlardan ayrılıq, bəzən də soğan soymaq səbəb ola bilər. Bütün bu göz yaşlarının tərkibi fərqlidir. İslamda göz yaşı ilahi rəhmət nişanəsi kimi tanıtdırılır. Həzrəti Peyğəmbər buyurur: "Allah öz bəndələrinin qəlbinə mərhəmət vermişdir. Eyni zamanda Allah mərhəmətli bəndələrinə rəhm edir.” ("Sonuncu Peyğəmbər”, c. 6, s. 34)
Göz yaşları arasında ən dəyərli göz yaşı Allah qorxusundan ağladığın zaman gələn göz yaşıdır. Ən ağır göz yaşı fəzilətlərdən məhrum olmaq səbəbindən peşmançılıq çəkəç insanın göz yaşıdır. Ən dəyərli göz yaşı şəhidlər ağası İmam Hüseyn (ə) üçün ağlayarkən gələn göz yaşıdır.
Araşdırmalar göstərir ki, yerində ağlaya bilən insanlarda mədə və on iki barmaq bağırsaq yarası xəstəliyi nadir hallarda müşahidə edilir. Asanlıqla ağlayan insanların ürəyində problem olmur, ruhları təravətli olur. Digər tərəfdən insan ağladığı zaman onun bədənindəki zəhərli maddələr xaric olur. Bu zaman zərərli baxışlarda, enerjilərdə aradan qalxır. Buna görə də daş qəlbli insanların gözündə mənfi enerji güclü olur. Demək, İmam Hüseynə (ə) ağlamaqla gözümüzü zəhərli enerjilərdən xilas edə bilərik.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər