Ruhi rahatlıq əldə etməyin 6 yolu |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 15-05-2016, 21:50 | Şərh sayı: (0) | Baxılıb: 438
Ruhi rahatlıq əldə etməyin 6 yolu
Ruhi rahatlıq dedikdə, yəni fikrin və həyatın rahatlığı nəzərdə tutulur. İslam dininin nəzərinə görə, ruhi rahatlıq əldə oluna bilən bir həqiqətdir. Bunun bir neçə yolları vardır ki, onların bəzisinə işarə edək.
1. Allahla danışmaq, ünsiyyət saxlamaq.
İmam Əli (ə) oğlu İmam Həsənə (ə) yazdığı məktubda buyurur: “Qəm və qüssəni Allah dərgahında bəyan et ki, qəmlərini aradan qaldırsın. Çətinliklərdə sənə yardım etsin”.
Bizim Allahla söhbət etməyimiz üçün heç bir məhdudiyyət yoxdur, nə zaman və nə də məkan baxımından. Allah Təala - qüdrət sahibidir və bəndələrinin Onunla söhbət etməsini sevər. Ondan yardım istəməsini xoşlayar. Allah da özünün sonsuz qüdrəti ilə onlara yardım edər və qəm və qüssələrini aradan aparar. Onları ümidvar və şad edər.
2. Namaz qılmaq.
İmam Əli (ə) namazın qəm və qüsssəni aradan aparması haqda buyurur: “O şey ki, mənimlə Allah arasında rəva edilməyəndir, əgər yerinə yetirsəm, Allahdan afiyət istəmək üçün iki rükət namaz qılmaq möhlətim olsa, məni qəmgin etməz”.
Namaz qılmaq da Allahla söhbət etməyin bir növüdür. Bu söhbət zamanı deyəcəyimiz sözləri Allah təyin etidiyi üçün, daha yaxşı nəticə əldə etmiş olarıq. Namaz insanda özünükontrol hissini gücləndirər və şadlıq hiss etməyə bais olar.
3. Sileyi-rəhm.
Mübarək dinimiz sileyi-rəhmi – qohumlarla rabitəni yaşatmağı mühüm məsələlərdən hesab edir.
İmam Əli (ə) qohumlarla əlaqə saxlamaq haqqında buyurur: “İnsanın qohumları ən böyük qrupdur ki, onu himayə edərlər. İztirab və narahatlığını aradan apararlar. Müsibət baş verən zaman ona qarşı ən çox sevgi göstərən insanlardır”.
4. Hikmətli sözlər axtarışında olmaq.
İmam Əli (ə) buyurur: “Həqiqətən bu qəlblər bədənlər kimi qəmgin olar. Qəlbəri şad etmək üçün gözəl hikmətli sözlər axtarın”.
Həzrət (ə) başqa yerdə buyurur: “Alimlərin kəlamları əgər düzgün olarsa, dərmandır”.
Hikmətli sözlər insana unutduqlarını xatırladar. Həqiqətləri gözəl görmək üçün şərait yaradar. İnsan fitri cəhətdən həmişə gözəllik ardınca olur. Ona görə də gözəl hikmətli sözlər eşidən zaman sözsüz ki, sevinər və şad olacaqdır. Quran ən gözəl hikmətli sözlər toplusudur.
5. Əməl əhli olmaq.
İmam Əli (ə) buyurur: “O kəs ki, əməldə səhlənkarlıq edər, qəmə düçar olar”. İnsan istər maddi və istərsə də mənəvi hədəfinə çatmaq üçün xüsusi proqrama malik olmalı və ona əməl etməlidir. Əməl əhli olmaq insana xüsusi sevinc bəxş edər. İşsiz insanlar həmişə iztirab hiss edərlər. Onların izzəti nəfsi az olar. Bəzən əsəbi olarlar və bəzən də laqeyd.
6. Fürsətləri qənimət bilmək.
İmam Əli (ə) İmam Həsənə (ə) yazdığı məktubda buyurur: “Fürsət əldən getmımiş, qəm gətirməmiş, fürsətlərdən istifadə edin”.
İnsanın əməl proqramını həyata keçirtməsi bir növ fürsətləri dəyərləndirməsidir. İnsan vaxtından düzgün istifadə edərək, sevinc əldə edər. Fürsətləri əldən vermək insana qəm və qüssə gətirər.
Allah Təala bizləri vücudi şad olanlardan qərar versin!
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər