Öz halına ağla |
Müəllif: Eli Aşiqi | Bölmə: Məqalələr | Vaxt: 25-12-2015, 01:09 | Şərh sayı: (0) | Baxılıb: 474
Öz halına ağla
İnsan öz halına və öz yoxsulluğuna ağlamalıdır. Əgər yoxsulluğumuzu başa düşsək, naləmiz dünyanı doldurar. Nə üçün Allah övliyalarının nalələri dünyanı doldururdu? Çünki yoxsul və heç nəsiz olduqlarını bilirdilər. Biz görmürük, biz başa düşmürük.
Həzrət Rəsuli-əkrəm (s) buyurur:
الْفَقْرُ فَخْرِي وَ بِهِ أَفْتَخِرُ
"Fəqirlik mənim iftixarımdır və mən onunla fəxr edirəm". ("Bihar əl-ənvar", c. 69, səh. 30.)
Yəni mən vücudumun yoxsulluğuna baxıram. Bu Peyğəmbərin (s) iftixarıdır. Quran buyurur:
يا أَيُّهَا النَّاسُ أَنْتُمُ الْفُقَراءُ إِلَى اللَّه
"Ey insanlar! Siz Allaha möhtacsınız". ("Fatir" surəsi, ayə 15.)
Bu mövzunu dərk etmək insanı dəyişdirir. Ona görə də imam Səccad (ə) "Əbu Həmzə Somali" münacatında deyir:
أَعِنِّي بِالْبُكَاءِ عَلَى نَفْسِي
"(İlahi,) Mənə kömək et, öz halıma ağlayım". ("İqbal əl-əmal", c. 1, səh. 72.)
Kömək et, öz halıma növhə oxuyum! Niyə? Çünki:
فَقَدْ أَفْنَيْتُ بِالتَّسْوِيفِ وَ الْآمَالِ عُمُرِي
Ömür sərmayəm əlimdən getdi. İnsanın sərmayəsi onun ömrüdür.
Görürsən ki, ticarətdə zərər edən tacir nalə edir. Biz anlamırıq ki, bütün aləm zərərdədir. Əsas sərmayə insanın ömrüdür. Əgər ömrü sərf etməkdə bir şey əldə etsək, qazanmışıq. Quran buyurur:
تِجَارَةً لَنْ تَبُورَ
"Kasad olmayacaq bir ticarət". ("Fatir" surəsi, ayə 29.)
Amma Quran bir dəstə barədə buyurur:
أُولَٰئِكَ الَّذِينَ اشْتَرَوُا الضَّلَالَةَ بِالْهُدَىٰ فَمَا رَبِحَتْ تِجَارَتُهُمْ وَمَا كَانُوا مُهْتَدِينَ
"Onlar doğru yol əvəzində əyri yolu satın almış kəslərdir. Onların alveri xeyir gətirmədi və haqq yolu da tapmadılar". ("Bəqərə" surəsi, ayə 16.)
İnsan hidayətini satır, dinini, təqvasını, mənəviyyatını, insanlığını əyri yola satır. "Onların alveri xeyir gətirmədi", heç vaxt xeyir gətirməyən bir ticarət, üstəlik ziyana uğramaq, xəsarətə düşmək.
İmam Səccad (ə) duanın davamında deyir:
وَ قَدْ نَزَلْتُ مَنْزِلَةَ الْآيِسِينَ مِنْ خَيْرِي
(Məzmunu) Elə xarab etmişəm ki, hətta özümdən də məyus olmuşam. Məndə bir xeyir varmı?! Bütün həyatım şər oldu. Göz şər, qulaq şər, dil şər, hamısı günaha mürtəkib olmaqdır. Mən özümdən məyus olmuşam, nə edim?!
وَ مَا لِي لَا أَبْكِي
İlahi, elə isə nə üçün ağlamayım?!
أَبْكِي لِخُرُوجِ نَفْسِي
"Canımın çıxdığı ana ağlayıram!"
أَبْكِي لِظُلْمَةِ قَبْرِي أَبْكِي لِضِيقِ لَحْدِي أَبْكِي لِسُؤَالِ مُنْكَرٍ وَ نَكِيرٍ إِيَّايَ أَبْكِي لِخُرُوجِي مِنْ قَبْرِي عُرْيَاناً ذَلِيلًا حَامِلًا ثِقْلِي عَلَى ظَهْرِي
"Qəbrimin qaranlığına ağlayıram. Məzarımın darlığına ağlayıram! Münkər və Nəkir mələklərin məni sorğuya çəkəcəkləri anı düşünüb ağlayıram! Qəbrimdən çılpaq, zəlil və etdiklərimin ağır yükünü çiynimdə daşıdığım bir vəziyyətdə çıxacağım məqama ağlayıram!"
Dostlar! Bir damla göz yaşı çox işlər görür. Öz halına ağla, gözündən bir damla yaş üzünə axsa, özün də axacaqsan. Göz yaşı insanın üzünə axarsa, insanın adamlığı və insanlığı yerdən göyə qalxır. Göz yaşı yerə torpağa tərəf axır, insanın ürəyi yuxarıya doğru!
İmam Sadiq (ə) buyurur:
إِنَّ الرَّجُلَ لَيَكُونُ بَيْنَهُ وَ بَيْنَ الْجَنَّةِ أَكْثَرُ مِمَّا بَيْنَ الثَّرَى إِلَى الْعَرْشِ لِكَثْرَةِ ذُنُوبِهِ فَمَا هُوَ إِلَّا أَنْ يَبْكِيَ مِنْ خَشْيَةِ اللَّهِ عَزَّ وَ جَلَّ نَدَماً عَلَيْهَا حَتَّى يَصِيرَ بَيْنَهُ وَ بَيْنَهَا أَقْرَبُ مِنْ جَفْنِهِ إِلَى مُقْلَتِه"
Bəzən insanın günahının çoxluğu üzünədən onunla cənnət arasında yerdən göyə qədər fasilə yaranır (yerlə göyün arası sonsuzdur!). Amma o, (öz günahından) peşman olur və Allah qorxusundan ağlayır. Bununla da o, kipriklə gözün qarası arasındakı fasilə qədər cənnətə yaxınlaşır. ("Bihar əl-ənvar", c. 15, səh. 226.)
Elə ki, göz yaşı süzüldü, insan yüksəlir. Bir yerdə oxudum, yazılmışdı ki, maral ilan yeyir və susuzlayır, qaçır suya tərəf. Suya baxıb nərə çəkir. Bilir ki, əgər sudan içsə, öləcək. Suyun ətrafında o qədər fırlanıb nərə çəkir ki, axırda gözündən bir damla yaş axır. Bu bir damla yaş zəhərə qarşı dərmandır və zəhəri ondan xaric edir.
Bu göz yaşları da günahın zəhərini təmizləyir. Bəzən bir şer, bəzən bir münacat, bir ayə adamı dəyişdirir. Gör səni hala gətirə bilən, hüzünlü edən, yuxarı aləmə qovuşduran hansıdır?!
Hər anı qənimət bil. İlahi, öz halımıza ağlamaqda bizə yardım et! Məhəmməd və ali-Məhəmmədə salavatın bərəkəti ilə!
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər