RSS
 

Login:
Şifrə:
» » Göz ən böyük ilahi nemətdir

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Göz ən böyük ilahi nemətdir

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 22-05-2016, 07:39 | Şərh sayı: (0) | Baxılıb: 764

Göz ən böyük ilahi nemətdir


Göz ən böyük ilahi nemətdirQurani-kərimin "Bələd” surəsinin 8-ci ayəsində buyurulur: "Məgər insan üçün iki göz qərar vermədik?!” (Ələm nəcəl ləhu əynəyn) Quran həyat kitabıdır. Bu kitab insanları düşünməyə çağırır. Quran insanları ilahi nemətlərlə tanış edir. Allahı tanımaqla insan öz həyatından daha çox bəhrələnə bilər. Təbii ki, Allahı tanımaqla yanaşı onun nemətlərini tanımaq lazım gəlir. Ayədə insana göz neməti xatırladılır. Sualın cavabı onun özündədir.

Bu günə qədər gözün necə böyük nemət olması barədə düşünmüşük? Göz beyindən sonar insan orqanizminin ən mürəkkəb üzvüdür. İnsan gözündə 2 milyondan artıq fəal və həssas nöqtə var. İnsan gözündə 120 milyon mikrolif və 70 milyon makrolif mövcuddur. İnsan gözü hər saatda 36 min bayt informasiya toplayır. Göz əldə olunan ümumi məlumatın 85 faizini insanın ixtiyarına verir. Bütün bu heyrətamizliklərə nəzər saldıqda ağıl əmr edir ki, deyək: "Pərvərdigara yoxdur Səndən başqa Məbud, Sən paksan, şübhəsiz mən zalımlardan oldum.” ("Ənbiya”, 87)


Göz neməti


Gözün funksyaları olduqca böyükdür, quruluşu mürəkkəbdir. İnsan öz gözünün quruluşunu və funksiyalarını lazımca bilsə bu onun Allah qarşısında baş əyməsi üçün bəs edir. Bu araşdırmalar bəşəriyyətin üzünə elm qapıları açır. Mömin insan mərifət gözünü açmaqla ibadətdən aldığı ləzzəti gücləndirir, Allaha bir aşiq olaraq pərəstiş edir. Gözlər hər bir insanın durumunu, daxili vəziyyətini bildirir. İnsanın daxili aləminə onun gözü ilə nüfuz etmək olar. İnsanın qorxusu, eşqi, başqa hisləri onun gözlərindən oxunur. İnsan xəstələndiyi zaman bu xəstəlik onun gözlərində özünü göstərir. Qan azlığı, böyrək çatışmazlığı kimi xəstəliklər göz vasitəsi ilə müəyyənləşdirilə bilər. İnsan gözləri yaranış hikməti və fitrəfə uyğun olaraq bəzi şeylərə maraqlıdır. O nəyisə sevir, nəyəsə nifrət edir. Bəzi görüntülər insan gözünü yorur, bəzi görüntülər onun yorğunluğunu aradan qaldırır. İnsanın dünya ilə rabitəsində göz ən güclü vasitədir. İnsan danışmadan gözü vasitəsi ilə rabitə yarada bilər. İnsan gözəlliyində də gözün xüsusi rolu var. Allah-taala behişt zövcələrini vəsf edərkən onların gözlərini yada salır. Elə həyatda da belədir. Bir insanın gözəlliyindən danışarkən onun gözlərindən başlayırıq. İri, qara nüfuzlu gözlər göz üçün bir tərifdir. Göz Qiyamət günü insan əməllərinə şəhadət verən orqanlardandır. (Bax: Fussilət surəsi, ayə 20) Bəli, göz bir nemətdir. Göz qiyamət günü bir kamera kimi çəkdiklərini ortaya qoyasıdır. Sevgi və nifrət gözdə özünü göstərir. Bir sözlə, göz insan həyatında baş verən hadisələrin əsas izləyicisidir.

İmam Sadiq (ə) Müfəzzələ xitabən buyurur: "Bax, gör insan gözləri minarə üzərində çıraqlar kimidir. Göz insanın baş hissəsində yerləşib ki, daha əhatəli görə bilsin.” ("Tövhidi-Müfəzzəl”, səh. 61)

İslam bir nemət olaraq gözü yüksək dəyərləndirir. Gözün insanın cism və ruhuna xüsusi təsiri var. "Nur” surəsində bu barədə buyurulur ki, möminlər (harama baxmaqdan) gözlərini yumsunlar; iman əhlinə de ki, nəfs istəklərinə gözlərini qapasınlar…(Bax: "Nur” surəsi, ayə 30, 31)

Aydın məsələdir ki, cismin sağlamlığı qida, halal ruzi, orqanizmin tələblərinə uyğun pak qidalanma ilə təmin olunur. Ruhun sağlamlığında da göz və qulağın xüsusi rolu var.

İnsan göz vasitəsi ilə elmi biliklərə yiyələnir, müxtəlif informasiyalar əldə edir. İslamda "hərim” adlandırılan bir anlayış var. Əslində bütün dünyada bu anlayış müxtəlif ifadələrlə öz əksini tapıb. Hərim dedikdə yalnız şəxsə məxsus olan fəza nəzərdə tutulur. Əslində hər bir mövcud üçün hədd-hüdud, hərim sərhədləri var. İslamda hərimə malik olan şeylərdən biri göz nemətidir. Bu nemət qarşısında hədlər gözlənildikdə onun dəyəri böyük olur.

Şair Cavad Mühəddisi yazır: Gözləri dəyərdən salan başqalarının həriminə münasibətdə həddi gözləməmək, başqalarına məxsus olan hərimə nüfuz etməkdir. Göz dəyərli gövhər, böyük ilahi nemətdir. Gözün dəyəri insanın bütün vücudunun dəyərinə bərabərdir. İslam şəriətində bir şəxsin iki gözü çıxarılarsa həmin şəxsə tam bir insanın diyəsi ödənilməlidir. ("Risaleyi-Novin”, c. 4, s. 285) Amma insan başqasının həriminə, evinə, namusuna oğurluq baxarsa və baxdığı zaman vurub onun gözünü çıxararlarsa bu gözün diyəsi yoxdur. Beləcə göz dəyərsiz də ola bilər. İcazəsiz, hədd gözləmədən, harama düçar olaraq başqasının həriminə yönələn göz günaha batır. ( Mühəddisi, "Əxlaqi-müaşirət”, s. 126)

Gözdən lazımınca faydalanmaq üçün, Zəhra Yusifinə nəzər salmaq ləyaqəti qazanmaq üçün, gözə nəzarətdə ilahi eşq, Əhli-beyt (ə) məhəbbətindən kömək almaq lazımdır.

İslamda gözün saflığı və sağlamlığı istedadların çiçəklənməsi səbəbi kimi göstərilir. Belə göz sayəsində ilahi hikmət və ilham əldə olunur. Xain, haram baxış insan gözünün saflığına təhlükə yaradır. Başqasının həriminə gizli baxmaq, şorgözlük, xalqın namusuna göz dikmək İslamda qadağandır. Bəs gözü necə qorumaq olar? Bunun yolu imanı gücləndirməkdir. Allah-taala öz bəndələri ilə rabitəsi haqqında buyurur: "Harada olsanız Allah sizinlədir, o bütün işlərinizi görür.” ("Hədid”, 4)

Həzrət Əlinin (ə) düşündürücü nurani kəlamlarının birində buyurulur: "Gözünü günahdan qoruyan insan cözəl xüsusiyyətlərə sahib olar.” ("Mizanul-Hikmə”, c. 10)

İslam peyğəmbəri xain baxış haqqında buyurur: "Pis baxış şeytanın zəhərli oxlarındandır.” ("Mizanul-Hikmə”, c. 10)

Qədim zamanlarda döyüşdə oxdan istifadə olunurdu. Çox vaxt oxun ucunu zəhərə batırırdılar ki, düşmən ox yarasından ölməsə də zəhərin təsirindən ölsün. İmam Sadiq (ə) buyurur: "Pis baxış şeytanın zəhərli oxlarındandır.” ("Mizanul-Hikmə”, c. 10) Bu qəbil rəvayətlərdə gözün təhlükəli enerjisindən, dalğalarından, şüalanmasından danışılır. Bu insanın həm ruhuna, həm də cisminə təsirlidir. İnsan gözünə nəzarət etməklə həm özünü, həm də başqalarını onun təhlükəsindən qoruya bilər.

Bir növ baxış da təhqiramiz baxışdır. Təhqiramiz baxış İslamda günah sayılır və haram kimi dəyərləndirilir. Məhəbbətli baxış insanın yüksək ruhiyyəsindən danışır. İslam insanda bu ruhiyyəni gücləndirmək yollarını göstərir. Təhqiramiz baxışlar qadağan olunmaqla yanaşı tövsiyə edilir ki, insan din qardaşlarına hörmətlə yanaşsın, onlarla mehriban davransın, xoş üz göstərsin. (Həzrət peyğəmbər buyurur: "Öz müsəlman qardaşını bir kəlmə sözlə əzizləyən insan, onun qəmini aradan qaldıran şəxs əzizlədiyi müddətdə Allahın mərhəməti sayəsindədir; "Əl-Kafi”, c. 2, s. 206) İslam tövsiyə edir ki, Allah bəndələrinə mehriban baxışla onlara sakitləşdirici enerji verin. İslamda haram edilən baxışlardan biri də eyb axtaran baxışlardır. İslamda istənilən bir şəkildə insanların eyblərini açmaq qadağan olunur. (Həzrət Peyğəmbər (s) buyurur: "Ey müsəlmanlar, ey dildə iman gətirib qəlbində həqiqi imanı yerləşdirməyənlər! Müsəlmanları məzəmmət etməyin, onların eyblərini açmayın. Kim müsəlmanın eybini açsa Allah da onun eybini açar.” "Əl-kafi”, c. 2, s. 182) Eləcə də əxlaqsız səhnələrə, filimlərə baxmaq İslamda məqbul sayılmır. Belə çirkaba batan gözlərdə İmam Mehdinin (ə) camalını seyr etmək ləyaqəti qalmır.

Xəcə Əbdullah Ənsari deyir: "Nə yolla olursa olsun insanların qəlbinə yol tap ki, bir şəxs olasan.” (Ənsari, minacat, məqalələr, s. 35) Bəli, İslamda vacib əmrlər və qadağalar əsasında gözə nəzarət etmək, onu tərbiyələndirmək müsəlmanın mühüm vəzifələrindəndir.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor