İmam Hüseynin (ə) Əmir Kəbirə hədiyyəsinin səbəbi |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 15-05-2016, 18:14 | Şərh sayı: (0) | Baxılıb: 246
İmam Hüseynin (ə) Əmir Kəbirə hədiyyəsinin səbəbi
Ayətullahül-üzma Əraki (r.ə) cənabları nəql edir: “Bir gecə yuxuda Əmir Kəbiri gördüm. Çox fərqli bir yeri var idi. Soruşdum: "Şəhid olduğun və məzlum olduğun üçün bura sənə nəsib olmuşdur?" Gülərək dedi: "Yox".
Soruşdum: "Yəqin ki, bu qədər zalım insanı məhv etmisən, ona görə?".
Dedi: "Yox".
Təəcüblə soruşdum: "Bəs bu məqamın sirri nədir?"
Dedi: "Mövlam Hüseynin (ə) hədiyyəsidir".
Göz yaşları içində dedim: "Necə?"
Dedi: "Kaşanın hamamında iki əlimin damarlarını kəsdilər. Qan bədənimdən gedincə susuzlamağa başladım. Başımı çevirib su istəmək istədim və birdən dayanıb, öz-özümə dedim: "Ey Mirzə Təqi xan! 2-3 damarını kəsiblər bu qədər susuzlamısan, bəs Fatimənin (s.ə) oğlu gör nə çəkmişdir? O, başdan ayağa qədər yaranlanmışdı". Hüseynin (ə) susuzluğundan həya etdim və ağzımı su istəmək üçün açmadım. Gözlərimdə göz yaşları yığıldı. Üzümü torpağa qoyan zaman İmam Hüseyn (ə) gəldi və buyurdu: “Bizim susuzluğumuzu yada salıb, ədəb göstərdin və göz yaşı tökdün. Su içmədin və bu da bizim bərzəxdə sənə Qiyamətə qədər hədiyyəmiz olsun”.
Əmir Kəbir Nəsrəddin şahın dövründə yaşamış görkəmli siyasətçilərdən biri olmuşdur. Həmişə məzlum xalqın müdafiəçisi olaraq, zalımlara qarşı mübarizə aparmışdır. Ağaxan Nurinin böhtanı üzündən Nəsrəddin şah tərəfindən öldürülmüşdür.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər