RSS
 

Login:
Şifrə:
» » Niyə bəzi qəlblər daşdan da bərk olur?

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Niyə bəzi qəlblər daşdan da bərk olur?

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 15-05-2016, 18:50 | Şərh sayı: (0) | Baxılıb: 383

Niyə bəzi qəlblər daşdan da bərk olur?


Niyə bəzi qəlblər daşdan da bərk olur?Allah insanı gildən xəlq etmiş və ruhuna da Öz ruhundan üfürmüşdür. İnsanın ruh və cismini təkamülə çatmaq üçün bir vasitə qərar vermişdir. Bu ikisi bir-birindən ayrılmadan hidayət yolunu gedə bilər. Quşların iki qanadına bənzəyir ki, biri olmasa, uça bilməz. Ona görə də insanın həm cismi və həm də ruhu öz həqiqi inkişafına çatmalıdır. Hər biri inkişafdan qalsa, təkamül naqis olacaqdır. Qurani-Kərim insanın ruh və canından bəhs edən zaman qəlbinə işarə edir.
Ürək, qəlb elə bir bədən üzvüdür ki, bədənə qan ötürmə və bədəni qanla təmin etmə vəzifəsi onun üzərinə qoyulmuşdur. Onun əsl işi bədəni qanla təhciz etməkdir. Əgər bu üzv dayanarsa, insan həyatı təhlükəyə düşər.
Ancaq Quranda qəlb belə bir üzv kimi – ürək kimi tanıdılmamışdır. Quran qəlbdən söz açan zaman insanın can və ruhunu nəzərdə tutmuşdur. İnsan qəlbi kimi, ruhu da üç halda ola bilər: sağlam, xəstə və ölü.

Qəlbin əhəmiyyəti
Qəlb insanı ya hidayət edər, ya da yolundan azdırar. Həqiqətdə insanın varlığını təşkil edər. O, insanın Haqqın lütfündən bəhrələnməsi və ya məhrum olmasında aparıcı rol oynayır. Bu qəlbdir ki, bədənə hökm edir, bütün pislikləri və yaxşılıqları kəsb edir.
“Allah sizi bihudə və boş yerə içdiyiniz andlara görə cəzalandırmayacaqdır. Lakin qəlblərinizin kəsb etdiyinə (həqiqi and içmək niyyətində olduğunuz şeyə) görə cəzalandıracaqdır. Allah çox bağışlayan və həlimdir”. (“Bəqərə” 225).
Başqa sözlə desək, insanın bütün işləri qəlbindən asılıdır. Nə hökm verərsə, onu da edər. Bütün əməl və rəftarlarımız qəlbimizin halından xəbər verir, onun diri və ya ölü olmasını büruzə edər. Bu ikitərəfli bir məsələdir. Bir tərəfdən qəlbimiz fikir və əməllərimizə təsir qoyur. Həmin əməldən hasil olan nur və ya zülmət də qayıdıb qəlbə təsir qoyar. Onu nurani və ya qaranlıq edər.
Qəlb haqla batili ayırar. Əgər bu üzv günaha batıbsa, işdən düşər və düzgün işləməz.
“De: «Sizi yoxdan yaradan və sizə eşitmək qüvvəsi, gözlər və ürəklər verən Odur. Lakin siz az şükür edirsiniz!»”. (“Mulk” 23).
Qəlb ona görə əhəmiyyətlidir ki, insanın hidayət və zəlalət yolunu təyin edər. Bu da qəlbin dünyadakı mərifəti kəsb etməyindən asılıdır.
İnsanın həqiqi həyatı ruhundan asılıdır. İnsan bədəni bir neçə on ildən sonra aradan gedər, ancaq ruhu cavidan qalar. Çünki ruh Allaha məxsusdur. Qiyamət günü ruhumuz mükafatlandırılar və ya cəzalandırılar.

Qəlblər xəstələnir
İnsan bədəni zəhərli maddələr qəbul edən zaman xəstələnər. Ruh da şəkk, şübhə, riya, dünya sevgisi ilə xəstələnər. İnsan qəlbində olan şəkk və şübhə, iman nurunu aradan aparar. Hər nə qədər şəkki artarsa, xəstəliyi də artar. Nəhayət bu nur sönər və qəlb ölər.
“Onların qəlblərində xəstəlik (küfr, şəkk və nifaq xəstəliyi) vardır, Allah da xəstəliklərini artırmış və artırmaqdadır və danışdıqları yalanın müqabilində onlar üçün ağrılı bir əzab vardır”. (“Bəqərə” 10).

Qəlb daşdan da möhkəm olar
Qəsavət - qəlb xəsətliklərindən biridir. Bu xəstəlik İlahi ayələrə diqqət etməməkdən əmələ gələr. Yerdə və göydə olanların hamısı Allahdandır. Hər şey Onun qarşısında baş əyir. Hətta daşlar belə Allaha itaət edərlər. Ancaq insan qəlbi itaətsizlikdən o qədər sərtləşər ki, Allah qorxusu onu hürkütməz.
“Sonra, onun (möcüzələrin) ardınca sizin qəlbləriniz sərtləşdi, daş parçaları kimi və ya ondan da bərk oldu”. (“Bəqərə” 74).

Qəlblər ölə bilir
İmam Əli (ə) buyurur: “Ey insanlar! Ölülərlə oturub-durmayın”. Bu hədisin şərhində buyurur ki, ölülər dedikdə o kəslər nəzərdə tutulur ki, ruhları Allaha itaətsizlikdən, vacibatları yerinə yetirməməyə və günaha görə ölmüşdür. Onlar Yer üzündə gəzən diri ölülərdir. Onlar həyatdan həqiqi bəhrə almazlar.
“Həqiqətən (sənin dəvətinə) yalnız (kəlamı idrak və düşüncə ilə) eşidənlər (müsbət) cavab verərlər. (Bu üz döndərənlər isə ölüdürlər) və ölüləri Allah (Qiyamətdə) dirildəcək, sonra onlar (hesab aparılmaq üçün) Allah(ın hüzurun)a tərəf qaytarılacaqlar”. (“Ənam” 36).

Səlim qəlb
Səlim qəlb - o qəlbdir ki, hər cür xəstəlikdən uzaqdır. İmam Sadiq (ə) buyurur: “O qəlbdə ki, şirk və şəkk olar, süqut edər, dəyərsiz olar”.
Səlim qəlb o qəlbdir ki, dünya məhəbbətindən uzaq olar. İmam Sadiq (ə) “Şuəra” surəsinin 89-cu ayəsini təfsirində buyurur: “Bu, o qəlbdir ki, dünya sevgisindən amanda qalmışdır”.
Səlim qəlb - o qəlbdir ki, Allahdan başqa orada heç kəs olmaz. İmam (ə) başqa yerdə buyurur: “Səlim qəlb - o qəlbdir ki, Allahla görüşər, o halda ki, Ondan başqa orada heç kəs olmaz”.
«O gün ki, malın və oğulların bir faydası olmayacaq». «Yalnız (fəsadlı əqidələrdən və əxlaqdan) salamat (sağlam) bir qəlblə Allahın hüzuruna gələn kimsədən başqa!». (“Şüəra” 88-89).
Beləliklə, deyə bilərik ki, qəlbimiz bədənimiz üçün əhəmiyyətli olduğu kimi, ruhumuz və canımız üçün də çox əhəmiyyətli bir üzvdür. Qəlbimizi təmiz və pak saxlayıb, xəstələnməyə qoymayaq. Əks halda bizi cəhənnəmə apara bilər.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor