Qəzəb və əsəbilik |
Müəllif: Eli Aşiqi | Bölmə: Məqalələr | Vaxt: 27-02-2015, 22:22 | Şərh sayı: (0) | Baxılıb: 726
Qəzəb və Əsəbilik
İmamlarımız (ə) müxtəlif söhbətlərində bizi qəzəb və əsəbilikdən uzaqlaşdırıblar. O cümlədən: İmam Baqir (ə) buyurub: "Kim öz qəzəbini büruzə verə bildiyi halda onu boğarsa Allah taala qiyamət günü onun ürəyini aramlıq və imanla doldurar". Eyni zamanda İmam Sadiqdən (ə) nəql edilmiş kəlamda buyurulur: "Qəzəb hər bir pisliyin (mənfi xüsusiyyətin, o cümlədən xəstəliyin) açarıdır."
Qəzəb və mədə yarası
Doktor şəhid Pak Nijad qəzəblənməyi, əsəbləşməyi və ruhi narahatlıqları mədədə yara əmələ gəlməsinin amillərindən biri bilir. O, deyir: "qəzəb zamanı mədə cəngavərcəsinə coşaraq qırmızı alov rənginə düşür. Bu vaxt turşu ifraz olunur. Deyilənə görə elə həmin turşu mədə yarası əmələ gətirir.
Amerkalı həkim Uilyam Biyumant apardığı təcrübə əsasında belə bir nəticəyə çatıb ki, əsəbilik və ruh düşgünlüyü turşu ifraz etməklə mədə pozuntusuna gətirib çıxardır. Bu zaman mədə öz işini mükəmməl şəkildə görə bilmir. Halbuki, insan şadlanarkən yemək yaxşı həzm olunur.
Qəzəb və sair xəstəliklər
Əsəb sıxıntıları müdafiə reaksiyası olaraq bəzən insanları ölümdən qurtarır. Adernalin kimi maddələrin azad olması potensial təhlükə ilə üzləşdikdə insanın reaksiyasıni onun qarşısında şiddətləndirir. Amma əsəb sıxıntıları həddini aşarsa onların dağıdıcı təsirləri bədəndə yığışaraq insanı müxtəlif xəstəliklərə və hadisələrə məruz qoyur. Belə nəticə çıxarmaq olar ki, 65 yaşından qabaq xəstəliklər və ölümün üçdə ikisi əsəbdəndir.
Gərgin həyat sizin bədəninizi viran edərək onu müxtəlif xəstəliklərə o cümlədən: ürək xəstəliklərinə, beynə qan sızma, mədə və on iki barmaq bağırsaq yaralarına, astmaya, mədə şişməsinə, menstruasiya pozuntularına, kolit (yoğun bağırsağın iltihabı) xəstəliyinə, ürək anginasına, bağırsaqların qızışdırıcı apterik qan təzyiqinin artmasına, beyin, ürək və böyrək damarlarında qan azlığına və baş ağrılarına məruz qoyur.
Tədqiqatçılar belə nəticəyə gəliblər ki, bədənin immun sistemi, beyin və sair kimi hissələrin bir-birilə müxtəlif yollarla əlaqəsi var. İnsan həyəcanlanarkən, beyin bir sıra maddələr buraxaraq immun sisteminə və bədənin sair üzvülərinə təsir qoyur. Bədənin müxtəlif hissələridə maddələrin sızılması yolu ilə beyinə təsir qoyur. Belə ki, mənfi fikir, düşüncələr və həyacan bədənin sağlamlığını pozur. Stress yaradan səbəbləri aradan qaldırmağı bacarsanız öz cismi sağlamlığınıza kömək etmiş olarsınız.
Düşmənçilik və əsəbilik, əsəb sıxıntılarının qan qardaşlarıdır. Müvəqqəti əsəbiliyin özü də təhlükəli olmasına və ölüm vəziyyəti yarada bilməsinə baxmayaraq, uzun və xroniki tərzdə əsəbilikdən düşmənçilik yaradan rəftarlardan pis ola bilməz.
Tədqiqatçılar deyir: "Bizi incidən şəxsə qarşı qəzəbinizi boğa bilsəniz ruhi və cismi sağlamlığınızda təsirli rolu olar".
Qəzəb və quduzluq
Tez qəzəblənən insanların quduzluq xəstəliyinə oxşar bir xəstəliyə düçar olması məşhurdur. Əgər əsəbi halda bir nəfəri dişləyərlərsə, dişlənilən şəxs ağrılı bir ölümə düçar olar. Buradan aydın olur ki, qəzəbli insanların ağız suyu təkcə özləri üçün deyil, digərləri üçün də zəhərdir (Bəlkə də o məşhur söz bu qədər kəskin deyil. Amma heç olmasa əsəbilik və qəzəbin qorxulu olmasını çatdırır).
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər