Gözdəymə sözü ilə tanışlıq |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 23-05-2016, 18:40 | Şərh sayı: (0) | Baxılıb: 284
Gözdəymə sözü ilə tanışlıq
Məhəmməd Hüseyn ibni Xələf Təbrizinin "Bürhan” kitabında göz dəymə barədə deyilir: "Gözdəymə insanlarda bir şeyi görüb tərifləməklə ona zərər, nöqsan gətirilməsidir”
Gözdəymə hadisəsi insanların baxışından sonra ortaya çıxan hadisədir. Bu metafiziki bir hadisə sayılır. Kimsə onu qəbul edir, kimisə rədd edir.
Gözdəyməyə verilən bütün təriflərdə əsas mövzu zərər, dağıdıcılıq, nöqsan yetirilməsidir. Fars dili ensiklopediyasında deyilir: "Kimin gözündə belə bir təsir olduğu ehtimal edilirsə ona bəd nəzər deyirlər.” (Fars dili ensiklopediyasi, c. 4)
Nəticə bu olur ki, nüfuzlu baxışlarla qarşı tərəfə zərər yetirilməsi göz dəymədir, və baxan şəxsə bəd nəzər deyirlər.
Kimin gözü dəyir?
Gözü dəyən insanlar haqqında çox danışılır. Bəziləri iddia edir ki, paxıl insanların gözündə belə təsir var. Onlar bir şeyi görüb xoşladıqda həsrət çəkirlər və xayınlıq hissi yaşayırlar. Bəziləri isə iddia edir ki, gözündə belə təsir olan insanların düşmən olması zəruri deyil. Dostlarda, yaxın insanlarda, rasltaşdığın insanlarda belə təsir ola bilər. Bu insanların həsəd aparması zəruri deyil. Onlar bir şeyə sevgi ilə baxdıqları zaman həmin şey təsirə məruz qala bilər.
Bəziləri bir qədər də ifrata vararaq deyirlər ki, ana övladını çox sevdiyindən ona gözü dəyə bilər.
Ayə və rəvayətlərdə nə deyilir?
İslam gözdəyməni nəinki, xurafat saymır, hətta Qurani-Məciddə bunun həqiqət olduğu bildirilir. Bir çox rəvayətlərdə də gözdəymənin təsiri məqbul sayılır. Hətta deyə bilərik ki, bütün insanların gözündə belə təsir var. Əsas məsələ odur ki, insanlar bir şeyə diqqətlə baxsınlar. Bu da bir həqiqətdir ki, bəzi insanların baxışında daha böyük enerji var. Dini mətnlərdən belə bir qənaətə gələ bilərik ki, gözün təsiri insanın pis olması ilə əlaqəli deyil. Bizim hər birimizin gözündə belə bir təsir var.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər