Vilayət və vilayət əhli |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 21-05-2016, 18:58 | Şərh sayı: (0) | Baxılıb: 312
Vilayət və vilayət əhli
Allahın vilayəti nədir? Vilayət əhlinin arasında olanların hansı xüsusiyyətləri olur? hansı insanlar geniş məhəbbətə ümidvardırlar? Vilayət və ilahi məhəbbət arasında hansı əlaqələr mövcuddur? Bütün bu suallarla bağlı geniş mövzularda söz açılmalıdır. İndi isə bu haqda geniş söz açmağa imkan yoxdur.
Təfsirçilər vilayət kəlməsinin təfsiri i lə bağlı geniş söz açmışlar. Bu kəlməyə daha yaxın məfhum rabitə və əlaqə məfhumudur. Yəni, bəzən iki mövcud yanaşı olur, bir-birlərinə təsir edirlər. Bu növ əlaqə, təsir və qarşılıqlı təsirə ərəb dilində "vilayət” deyilir. Bəzən bu məfhumu qarşılıqlı nəzərdə tuturlar. Tərəflərin biri təsir edir, o biri isə təsirlənir. Necə ki, Allah insanın vəlisidir. Lakin heç kəs Allaha təsir edə bilməz. Qurani-kərimdə bəziləri Allahın vəlisi kimi tanıtdırılır: "Bilin ki, Allah övliyaları üçün heç bir qorxu və kədər yoxdur.” 75 Biz vilayətə şəhadət verərkən belə deyirik: "Şəhadət verirəm ki, Əli Allahın vəlisidir.” Demək, həm Allah Əlinin vəlisi, həm də Əli Allahın vəlisidir. Burada rabitə qarşılıqlıdır. Lakin yalnız Allah-təala təsir edir.
Əlbəttə, bəzən rabitə bir tərəfli olur. Məsələn, ata uşağın vəlisi olur. Lakin uşaq atanın vəlisi olmur. Yəni ata uşağa təsir edir, uşaq isə ataya təsir etmir. Yaxud İslam rəhbəri ilahi göstərişləri çatdırmaqda müsəlmanların vəlisidir. Lakin bu işdə müsəlmanlar onun vəlisi deyil. (Yəni, İslam rəhbəri müsəlmanlara nəzarət edir, müsəlmanlar isə ona nəzarət etmir.) Lakin müsəlmanlar bir-birlərinin vəlisidirlər. Onlar bir-birlərinin işlərinə
nəzarət edirlər. Yaxşılığa dəvət edir, pisliklərdən çəkindirirlər və bir-birlərinə təsir edirlər. Onlar bir bədənin üzvləri olduqlarını anlayırlar və bir-birlərinin məsləhətlərini, tövsiyələrini qəbul edirlər. Necə ki, göz ələ və ayağa yol göstərir. Yol getdikdə ayaq gözə təşəkkür etməlidir. Yol getməyin gözə heç bir dəxli olmadığını düşünməməliyik.
Demək, möminlərin bir-birləri ilə əlaqələri vardır. Quran buyurur: "Bəzi mömin kişilər və möminə qadınlar bir-birinə vəlidirlər.”
Mələklər də insanın övliyasıdır. Onlarla insan arasında qarşılıqlı əlaqə mövcuddur. Quranda mələklərin dilindən buyurulur: "Biz dünyada da, axirətdə də sizin vəlinizik.” Cinlər və şeytanlar bəzi insanların vəlisi ola bilər. Allah-təala buyurur: "Şeytanın hakimiyyəti yalnız onu özlərinə vəli seçənlərin üzərindədir!” Tağutlar, zalım hakimiyyətlər kafirlərin övliyalarıdır: "Kafirlərin vəlisi tağutlardır.”
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər