İnternetin faydaları və zərərləri |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 12-12-2015, 14:30 | Şərh sayı: (0) | Baxılıb: 2282
İnternetin faydaları və zərərləri
İternet texnologiya və insan ailəsinə daxil olmuş yeni bir kəşfdir. Bu texnologiyanın təqribən 40 yaşı var. Yeni olmasına baxmayaraq bütün dünyaya səs salmağa, məşhurlaşmağa və ailələrə daxil olmağa tez bir zamanda nail oldu. Dünyada təxminən 1,8 milyard insan internetdən istifadə edir. Hər 10 asiyalıdan biri internetdən istifadə edir. Son 12 ildə isə dünyada internet istifadəçilərinin sayı təxminən 12 dəfə artıb.
Öz aldadıcı deyək yoxsa həqiqi gözəlliyi ilə deyək, insanları özünə cəzb etməyə bacardı. İnsanları o qədər özünə cəzb etdi ki, hətta bəziləri ən sevimli yaxınları haqda dedikləri sözü onun haqqında dedilər: “Getmə gözümdən gedərəm özümdən”. Təbii ki, bu cümlə bəzi ailələrdə çox böyük narahatçılıqlara səbəb oldu. Hətta ailələrin dağılmasına belə gətirib çıxardı. Bu isə cəmiyyətdə çox böyük bəladır.
İnternet aləmi virtual bir dünyadır. Bu dünyanın nə hədd-hüdudu nə də sərhəddi var, sərhədsiz bir dünyadır. Amma bununla belə danılmaz bir həqiqətdir. İnternet insan həyatında çox böyük təsirə malikdir, ola bilsin bu təsir mənfi yaxud müsbət olsun. Çünki bu insanın internetdən necə istifadə etməsinə bağlıdı. Necə deyiblər: Su çox incə və zərif bir şeydir amma çox içsən bədənə zərəri var.
İnternet də özü-özlüyündə çox böyük məlumatlarla dolu bir mediadır. İstədiyin bir çox şey haqda məlumat əldə edə bilərsən. Lakin təbiidir ki internetdən bu cür istifadə edənlər, sui istifadə edənlərə nisbət çox azdır. Bu isə yeni kəşf yox yeni bir bəla növünə çevrilir. Bir çox ailələr dağılır, oğul ataya ağ olur, qız anasına qışqırır, həyat yoldaşı ərindən gizli sosial şəbəkələrdə başqa oğlanlarla danışır, ər də arvadından geri qalmayıb iş yerində danışır.
İnternetin zərərləri
1. Çatlaşma
İnternetin insana çox mühüm təsir qoymasının ən mühüm səbəbi çatdır. Demək olar ki, internetin mənfi təsirlərindən danışdıqda əsas və ən mühümlərindən biri çatlaşmaqdır. Təbiidir ki, çatlaşmanı əgər tənqid edir və onun mənfi təsirlərə malik olduğunu deyiriksə, bu çatlaşmadan mənfi yolda istifadə edənlər üçündür. Bir çox insanlar var uzaqda olan dostları, qohumları yaxud ailə üzvləri ilə çat vasitəsi ilə görüntülü yaxud yazılı surətdə əlaqə saxlayırlar. Amma məsələ burasındadır ki, adətən çata daxil olanların əksəriyyəti yaxşı niyyətli deyil. Xüsusən də cavan oğlanlar, onlar əsasən çata əyləncə üçün daxil olurlar. Və təbii ki, bu əyləncə başqa oğlanlarla deyil ova düşən qızlarla olmalıdır. Amma qızlar oğlanlara nisbətən çata evlənməyə həyat yoldaşı tapmaq üçün daxil olurlar.
Çatla ehtiyatlı olmaq lazımdır. Çünki kim istəyər kiminsə ailəsinin dağılmasına səbəbkar olsun. Bunu ona görə deyirəm ki belə hadisələr az olmayıb. Çatda kiminləsə danışıb ərini evdə qoyub qaçanlar yaxud əksinə həyat yoldaşını boşayıb başqası ilə evlənənlər az olmayıb. Diqqətli olaq! Namus məsələsi çox önəmli və toxunulmaz bir şeydir. Axirətə qalmayan və elə bu dünyada əzabı verilən bir günahdır.
Bir cavan razıdır tanımadığı bir qızla saatlara çatlaşsın və həyatda ən mühüm dəyərə malik olan vaxtını xərcləsin və məlum deyil sonu necə olacaq. Bəzən məlum olur ki, əslində qız deyil oğlanla danışırmış ya qızın ailəsi varmış, yaxud da hər hansısa başqa bir səbəb üzündən ayrılırlar. Amma bu cavan razı deyil ki, 24 saatı ona bəxş edən Allaha bir neçə dəqiqəsini xərcləsin və Onun böyüklüyü önündə səcdə etsin. Əlinə bir kitab alıb yeni bir şey oxusun və elmini artırsın. Maraqlıdır belə insanlara namaz deyəndə deyirlər vaxtım yoxdur, alındıra bilmirəm. Bax bu cürdür insanın xasiyyəti.
Çatlaşmanın iki ailəyə gətirdiyi bəla:
Qadın, 36 yaş: "Bir neçə ildir ki, evliyəm. Yoldaşım axşam saat 6-da evə gəlir, kompüterin arxasına keçir və çatda söhbətə başlayır. Heç bir qadınla ciddi mənada söhbət etmədiyini söyləsə də, çata ayıracaq vaxtı hər gün bir az da artırır".
Kişi, 40 yaş: "Həyat yoldaşıma marağım ölüb. Buna görə bir ildən artıqdır çatda tanış olduğum bir qadınla söhbət edirəm. Onunla bütün dərdlərimi, problemlərimi rahat müzakirə edirəm. Elədiyimin səhv olduğunu bilsəm də, bunun qarşısını ala bilmirəm"
2. Porno və əxlaqsız saytlar
Porno və əxlaqsız saytalar internetin çox acınacaqlı və mənfi yönlərindəndir. Bu saytalara nəinki nəzarət olunmur bəlkə internetdə ən yaxşı surətdə himayə belə olunur. Hazırda internetdə minlərlə deyil bəlkə də milyonlarla porno və əxlaqsız saytlar var. Son statistikaya əsasən internetdən ən çox gəlir əldə edən saytlar da elə porno saytlarıdır.
Bəzi şirkətlərdə aparılmış tədqiqatlara əsasən kişi işçilər internetə ayırdıqları vaxtın 62%-ı porno saytlara baxmaqla keçirirlər. Belə işlərin aqibətinin necə olacağını isə özünüz təsəvvür edin. Bir unversitetin psixoloqlarının apardığı tədqiqatlarında məlum olub ki, uşaqlar adətən günortadan sonra, cavanlar və yeniyetmələr isə gecələr internetə daxil olurlar və əsasən porno və əxlaqsız saytlara gecə və gecə yarısı daxil olurlar. Eyni zamanda bu tipp insanların internetdən mənfi istifadə etməsi daha çoxdur.
Oxford unversitetinin psixoloqlarının apardığı tədqiqatlarda isə cavanların yüzdə 10%-i ən azı gündə bir dəfə porno və əxlaqsız saytalara daxil olurlar.
Kişilər əsasən iş yerlərində bu saytlara daxil olurlar və təbiidir ki, bu da ərlə-arvad arasında təsirsiz ötüşmür. Youtube-də bu saytlara baxmaq əvəzinə insan eliyə bilər əyləncəli, maraqlı, elmi, dini yaxud başqa faydalı videolara baxsın.
3. “Aslılıq” xəstəliyi
“Aslılıq” xəstəliyi yəni insanın bir şeyə çox bağlanması, ondan çox istifadə etməsi vaxtının çox hissəsini ona sərf etməsi və bir sözlə onsuz keçinə bilməməsidir. İnsanlarda asılılıq xəstəliyinin olması beynə narkotik və spirtli içkilər qədər dağıdıcı təsir göstərir. Belə şəxslərin beynində emosiya, qərar qəbul etmə və özünüidarəyə nəzarət edən zonayla əlaqə yaradan sinir tellərinin məhv olduğu aşkara çıxıb.
Beləliklə də, cəmiyyətimizdə hazırda tüğyan edən laqeyidliyin əsas səbəblərindən birinin səbəbi aydınlaşıb. Bu aslılıq xəstəlik yalnız internetə aid deyil
Aslılıq və seriyallar
Bu aslılıq xəstəliyi bir çox şeylərdə ola bilər. Onlardan biri internetdirsə biri də televizordur. Televizor dedikda əsas məqsəd onda verilən kinolar və kinoların da başı seriyallardır və məxsusən də türk seriyalları. Belə ki, ailə üzvləri səhər duranda işlərini elə proqramlaşdırırlar ki axşam “Fatmagülün suçu nə” seriyalını qaçırmasınlar və hətta imkan etsələr özətinə bir də təkrar baxsınlar. Maraqlıdır belə insanlar seriyala baxdıqları zaman seriyala baxma vaxtlarının heç boşa itirmirlər, çünki əgər “Fatmagül” də reklam olsa tez kanalı dəyişib başqa seriyala baxırlar. Bir sözlə kinoda reklam olsa da bunlar da reklam olmur. Bəs seriyalın sonunda nə olur? Məlumdur ki, seriyal ketdiyi müddətdə stress hissləri, əsəb hissləri və sair başqa mənfi hisslərlə seriyal başa çatır, amma bu insan hələ o təsirin altından çıxa bilmir. Psixoloqların dediklərinə əsasən seriyalların ən zərərli anlarından biri insanda “əsəb sistemlərinin” pozulmasıdır. Əlbəttə bu məsələnin fərdi hissəsidir. İctimai hissəsi isə ailəyə böyük zərbə vurur. Bir cümlədə qeyd edim özünüz nəticə alın. Bir seriyalda ki, sevişmə fraqmentlərinə ata bir kresloda, ana o birisi kresloda, oğul-qız isə divanda oturub bir yerdə baxırlarsa nəticə almaq elə də çətin olmur.
Aslılıq və internet
İnternetdən mənfi istifadə edən insanlarda yaranmış ən böyük və ən təsirli xəstəliklərdən biri də “aslılıq” xəstəliyidir.
Uorçesters Universitetinin tədqiqatçıları “internet asılılığı pozğunluğu” olan gənclərin beynini tədqiq ediblər.
Bunun nəticəsində emosiyaya, diqqətli olma və qərar qəbul etmə prosesinə cavabdeh olan sinir uclarını birləşdirən lifin – ağ maddənin zədələnməsi aşkar edilib.
Belə ki, internet qarşısında əyləşən şəxs saatlarının necə gəlib keçdiyini hiss belə etmir. Və bunsuz bir günün deyil bir neçə saatının keçməsinə belə razı deyil. Halbuki həyatda ona həyatı, həyatın gözəlliklərini, sağlamlıq nemətini və bir çox saya gəlməyəcək nemətləri verən Allahına və onun üçün gecəsini gündüzünə qatmış ata-anasına belə o vaxtı xərcləmir. Yaxud da o vaxtın heç yarısını belə internetin geniş qabiliyyətindən istifadə edib elmi, dini və.s tədqiqatlara xərcləmir.
İnternetin faydaları
İnternetin faydalarına yuxarıda dağınıq surətdə də olsa qısa işarələr etdik. Lakin indi internetin faydalı tərəflərini də bir neçə ünvanda nəzərinizə çatdırmaq istərdik. Məlum olduğu kimi internetin zərərli təfləri danəlmazdır, amma buna baxmayaraq faydalı tərəfləri də danılmazdır. Belə ki, insanların bir çox işlərinin rahatlanmasına səbəb olub. Tədqiqatçıların işlərini çox asanlaşdırıb.
1. İnternet nəhəng bir kitabxanadır: Ağla gələn hər mövzuda araşdırma edə bilər, qaynaqlar, kitablar, məqalələr tapa bilərsiniz.
2. İnternet bir media vasitəsidir: Qəzetlər, jurnallar, yazarlar, internet xəbər saytları, son dəqiqə xəbərləri əlinizin altındadır. Hətta radio dinləyə bilər, TV də izləyə bilərsiniz. Bashqa medialardan bir fərqi burasındadır ki, istifadəçilərinin sayının 50 milyona çatmasına radio üçün 38 il, televiziya üçün 13 il, internet üçün isə 4 il vaxt kifayət edib.
3. İnternet virtual bir bankdır: İnternet bankçılığıyla nəqd pul çəkmək və yatırtmaq xaricində az qala haradasa bütün bankçılıq əməliyyatlarını reallaşdıra bilərsiniz.
4. İnternet virtual bir dövlətdir: Dövlət saytları üzərindən bir çox rəsmi əməliyyat artıq internet üzərindən reallaşdırıla bilməkdədir. Məsələn, qanun pozuntusu cəzası ödəmək, məlumat əldə etmək, imtahan müraciəti etmək, uşağınızın qeydlərini öyrənmək v.s.
5. İnternet virtual bir mağazadır: Alver saytları vasitəsilə ağılınıza gələ biləcək az qala hər cür əşya və ya vəsait satın ala bilərsiniz.
6. İnternet bir paylaşma vasitəsidir: Öz fərdi saytınızı (blogunuzu) bir neçə dəqiqədə meydana gətirə bilər, yazı, şəkil, fayl kimi paylaşmaq istədiyiniz hər şeyi dünya səviyyəsində nəşr edə bilərsiniz. Bunları etmək üçün sayt açmaq şərt deyil, forumları, ictimai şəbəkələri və ya bunlara bənzər paylaşma saytlarını da bu məqsədlə istifadə edə bilərsiniz.
7. İnternet bir əyləncə vasitəsidir: Musiqi, film, video, karikatura, oyun, tv, radio və.s.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər