Gözdəymə həqiqətdirmi? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 2-09-2015, 01:31 | Şərh sayı: (0) | Baxılıb: 793
Gözdəymə həqiqətdirmi
Bir çox insanların gözündə xüsusi bir təsir olduğu barədə gəzən söz-söhbətlərdə həqiqət varmı? Həzrət Peyğəmbərdən (s) bu barədə soruşulduqda, o buyurdu: «Qəzavü-qədəri qabaqlaya biləcək şey gözdəymədir»[1].
Yəqub peyğəmbər öz övladlarını məhz gözdəymədən qorumaq məqsədi ilə deyir: «Yəqub dedi: «Oğullarım! Misirə eyni bir qapıdan girməyin, ayrı-ayrı qapılardan daxil olun...»[2]. Həzrət Əli (ə) buyurur: «Peyğəmbər (s) Həsən (ə) və Hüseyn (ə) üçün gözdəymə duası hazırlamışdı»[3]. Həzrət «Nəhcül-bəlağə»də bir daha buyurur: «Gözdəymə, eləcə də onu aradan qaldırmaq üçün dua, həqiqətdir».
Amma İslamda gözdəymənin bir həqiqət kimi qəbul edilməsi kimsəyə əsas vermir ki, bu sahədə xürafat həddinə yetişsin. Bu sahədə dinin göstərişlərindən kənara çıxaraq, ifrata varmaq caiz deyil.
[1] «Məcməül-bəyan», 10-cı cild, səh. 341.
[2] «Yusif» surəsi, ayə 67.
[3] «Nurus-səqəleyn», 5-ci cild, səh. 400.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər