Əmirəlmöminin-Əli (ə) bizi necə görmək istəyir? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 11-06-2015, 16:36 | Şərh sayı: (0) | Baxılıb: 684
Əmirəlmöminin-Əli (ə) bizi necə görmək istəyir?
Əli (ə) bu barədə buyurur:
Onların danışıqları düzgündür.Geyimləri orta həddədir.Yer üzərində təvazokarlıqla yol gedirlər(yerişləri təvazokar yerişdi).Dil günahlarından uzaqdırlar(ümumiyyətcə insanın qəlbinin təmizliyi onun dilinin təmizliyinə bağlıdır).Dillərinə ömür boyu ALLAH bəyənməyən söz gətirməzlər(dillərinə yiyə dururlar).ALLAH bəyənən sözü dillərindən salmazlar.Gözlərini haramdan yumarlar və (qəlblərinə) faydalı olan sözlərə qulaq asarlar.Gözlərinə haramı qadağan ediblər,qulaqlarına da haram söhbəti.Onlar harda faydalı elm tapsalar onu dinləyərlər (və ya ona baxarlar).Nəsihət edilməyi xoşlayırlar,faydalı söz danışılanda-moizə ediləndə moizə eşitməydən feyz alırlar.Əgər ALLAH onlara əcəl müəyyən etməsəydi,savabın şövgündən və əzabın qorxusundan ruhları bir an bədənlərində qalmazdı.Onlar dünyanın adamı deyil.Onlar dünyada-camaatla yaşayanda da fikirləri-qəlbləri ALLAHLADI.ALLAH onaların qəlbində böyüyüb-ALLAHI böyük görürlər deyə başqa şeyləri kiçik görürlər.
İnsan ALLAHIN böyüklüyünü tanıdıqca ALLAHDAN qeyri hər şey gözündə kiçilir və o zaman həmin insan rahat yaşayır.Din gəlib ALLAHIN böyüklüyünü insana xatırlatmağa.Biz ki hər gün namaz qılırıq,namazı hər zaman ALLAHU ƏKBƏR ilə başlayırıq,bu o deməkdir ki, ALLAH ən böyükdür və namaz insana ALLAHIN böyüklüyünü xatırladır.Gərək hər gün 5 dəfə namaz qılasan ki, yadında ola ALLAH ƏN BÖYÜKDÜ.1 söz demək istərdim ki,bu söz 1000 cür dərdin dərmanıdır:biz bir otaqda ibadət edək və ya hər hansı xeyir iş görək orda südəmər bir körpə olsun,o uşaq bizim fikrimizi cəlb etməyəcək,çünki biz onu kiçik görürük,amma həmin adamın böyüyü olanda savab işimizi istəyirik ki,o da görsün,çünki onu böyük görürük.Bu buna bənzəyir ki,insan təyyarəyə minəndə yerdə böyük gördüyü şeylər o qalxdıqca kiçilir,insanın da qalxması-ucalması üçün səcdəyə gedib deməlidir ki,İLAHİ zəyif-zəlil bəndənə rəhm et.Biz ALLAHIN böyüklüyünü anlasaq özümüz belə öz gözümüzdə kiçilərik o ki qaldı dünya malı.Dünyanı əldə edən insan əgər sevinərsə deməli,ALLAH onun gözündə dünyadan kiçikdir-bu isə böyük xəstəlikdir.
Hz.Əli (ə) buyurur ki,mən ALLAH yolunda qınayanın qınağından qorxmuram.Çünki camaatın nə dediyi mühüm deyil,əsas ALLAHIN dediyidir.ALLAH yanında düzəmsə bütün dünya mənə qarşı olarsa mənə təsir qoymamalıdır.
ALLAH bu təqvalı insanların sifətlərini tanıyıb,onaların buyurduqlarına əməl etməyi bizə qismət etsin İnşəllah!
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər