Islamda cinlər |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 1-02-2015, 01:17 | Şərh sayı: (0) | Baxılıb: 2310
Islamda cinlər
İslamda cin atəşdən yaradılmış, gözlə görülə bilməyən bir varlıqdır.
"Cinn” ərəbcə örtdü, gizlədi anlamına gələn
"cənnə” kəliməsindən alınmışdır. Adının bu anlamı İslam dinində
insanların idrakıyla onları anlamağın mümkünsüzlüyündən irəli gəlir.
"Cann” kəliməsidə cin sözü ilə eyni anlama uyğun gəlir. Və bu söz 2 anlamda işlədilir:
1. "İns" sözünün ziddi olaraq. İnsanlar tərəfindən duyulmayan ruhani varlıqların hamısına verilən addır. Bu ifadədə "cinn” sözü bütün ruhani varlıqlara aid edilə bilər. Mələklərədə həmçinin. Yəni hər mələk cindir ama hərcin mələk deyildir.
2.Ruhani varlıqların sadəcə bir qisminə yəni şeytanda törəmişlərə verilən addır.
İslamda bilinən ruhani varlıqlar 3 cürdür: Mələklər, şeytanlar və cinlər. İslam inancına görə mələklər sadəcə yaxşı işlər etdiyi halda, şeytanlar sadəcə pis şeylər edə bilər. Cinlər isə həm yaxşı, həm də pis işlər edə bilər. Buna görə də Cinlər yaxşı və pis olmaqla 2 yerə bölünür. (Müsəlman və kafir cinlər)
İslamın kitabı Quranda cinlərin atəşdən yaradıldıqlar və insanlarda çox çox öncə mövcud olmaları yazılar. Və bəzi cəhətlərinə görə insanlara bənzərlər; itadələri mövcuddur, yaxşılıq və pislik edə bilərlər, insanlar kimi yeyib içərlər, evlənə və çoxala bilərlər. Yəni doğular, böyüyər və ölərlər. Fəqət ömürləri insanınkına nisbətən daha uzun olar və onların zamanı insan zamanında çox böyükdür. İslam dinində bununla yanaşı müsəlam və kafir cinlərdə vardır.Lakin kafir cinlərin sayı daha çoxdur. Yəni eynilə insanlar kimi ibadət edənləri də vardır. Müsəlam cinlər yaxşı insanlarla birlikdə cənnəti görəcək, kafir cinlərsə pis insanlarla bərabər cəhənnəm atəşindən dadacaqlar. Quranda Muhəmmməd (s.ə) həm cinlər, həm də insanlar üçün peyğəmbər olaraq göndərilmişdir. "Mən cinləri və insanları yalnızca Mənə ibadət etsinlər deyə yaratdım” (Zariyat:56). İslam dinində şeytan da İman etməyən, rədd edən, asi çıxan bir cindir. Bunlarla yanaşı insanlardan fərqli cəhətləridə mövcuddur; müxtəlif şəkillərə girə bilər, çox qüvvətli olub bəzi işləri yerinə yetirə bilər və istədikləri zamanda gözlə görülə bilən formada ola bilər. Amma cinlərin gerçək simalarını Həzrətdən başqa kimsə görməmişdir. Onlar gerçək simalarını insanlara göstərməzlər (qadağa vardır) və ancaq şəkil dəyişərək qarşımıza çıxa bilərlər. Cinlərin çox böyük hərəkət surətləridə vardır.
Bir çox insanların inancının əksinə olaraq cinlər qeybi və ya gələcəyi görə bilməzlər. Eyni zamanda insanların fikirlərini də oxuya bilməzlər, hər insanın fikri və ya sözü ağızdan çıxmadıqca bu fikir ona məxsusdur. Peyğəmbərə gələn vəhyləridə Peyğəmbər tərəfindən açıqlanmadıqca bilməzdilər. Cinlər kafir insanlar olan falçılar və sehrbazlarla əlaqə qurarlar. Lakin onlar nədə o falçı heç vaxt gələcəyi deyə bilməz. Buna yalnızca Allah qadirdir. Amma cinlər bizim gizlin etdiyimiz və ya dediyimiz hər hansısa bir işdən xəbərdar olmalı mümkündür. Cinlərin pisindən insanlara zərər gəlməsidə mümkündür ancaq onlar Müsəlman şəxslərə yaxınlaşmağa qorxarlar. Quranın 72-ci surəsi cinlər haqqında olub Cin adlanan surədir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər