İmam Zamanla (ə.f) görüşənlər «Onuncu görüş» |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 17-05-2016, 13:39 | Şərh sayı: (0) | Baxılıb: 626
İmam Zamanla (ə.f) görüşənlər «Onuncu görüş»
"Cəfr”, "rəml” və kimya kimi elmlərə yiyələnən çox təqvalı arif mərhum Seyyid Məhəmməd Müşir (Məşhəddə yaşayırmış) deyir:
"Günlərin bir günü "cəfr” vasitəsilə mənə mə`lum oldu ki, həzrət İmam Zaman (ə) hal-hazırda İmam Rzanın (ə)-ın hərəmindədir. Dərhal, evdən çıxıb İmam Rza (ə)-ın hərəminə getdim. İçəri daxil olduqda başa düşdüm ki, zərihin (qəbir) kənarında oturan üç nəfərdən biri İmam Zaman (ə)-dır. Dayanıb gözlədim ki, ziyarətlərini bitirib ayağa dursunlar və mən də ona yaxınlaşıb qəlbimdən keçənləri bildirim.
Onlar bir qədər bir yerdə oldular və mən fikirləşdim ki, görəsən, onlardan hansı biri İmam Zaman (ə)-dır. Bu arada onlardan biri mənim diqqətimi özünə daha çox cəlb etdi və təxminən, əmin oldum ki, İmam Zaman (ə) onun özüdür. Təsadüfən, yanındakı iki nəfər şəxs ayağa qalxıb İmam Rza (ə)-ın qəbrinin baş tərəfinə getdilər. Diqqətimi cəlb edən və İmam Zaman (ə) olduğunu güman etdiyim həmin şəxs isə eləcə İmam Rza (ə)-ın qəbrinə tərəf əyləşib ziyarətnamə oxuyurdu. Onun halı olduqca yaxşı nəzərə çarpırdı. Elə mənim də halım çox yaxşı idi. Çünki, tək özüm fədası olduğum İmam Zaman (ə)-ı görə bilirdim.
Amma bir neçə dəqiqədən sonra biri tələm-tələsik mənim İmam Zaman (ə) güman etdiyim şəxsə yaxınlaşıb dedi: Həzrət Mehdi (ə) getdi. O da tez yerindən qalxıb onun ardınca getdi. Başa düşdüm ki, mən onlardan birini İmam Zaman (ə) hesab etməkdə yanılmışam. Mən də tələm-tələsik onların ardınca getdim. Amma onlar o qədər də iti getmir və mənim qaçmağıma baxmayaraq tez bir zamanda məndən uzaqlaşıb gözdən itdilər. Bundan sonra bir daha onları görmədim. Mən Seyyid Müşirə dedim: Necə ola bilir ki, siz hər yerə düz gedir, amma belə bir əhəmiyyətli məsələdə, yə`ni İmam Zamanı (ə) üç nəfərin arasından seçməkdə səhvə yol vermisiniz? Buyurdu: Hər yerdə ixtiyar bizim əlimizdə deyildir. Həmin gün bir dərs olaraq mənə başa saldılar ki, böyük səhvə yol verirəm və fədası olduğum İmam Zaman (ə)-a cəfr, rəml və bu kimi şeylərlə çatmaq olmaz. Bunun üçün nəfsimizi təmizləməli və mə`nən güclənməliyik ki, o həzrəti görməyə ləyaqətimiz çatsın.”
Mərhum Seyyid Müşir başqalarının malik olmadıqları yüksək mə`nəvi xüsusiyyətlərə malik idi. Onun saatı olmadığına baxmayaraq gecə yarısı nə vaxt onun qapısını döyüb saatı soruşsaydıq, vaxtı dəqiqəsinə qədər düz deyərdi.
Günlərin bir günü o və bir neçə tanınmış alim Məşhədin yaxınlığındakı bağa də`vət olunurlar. Mərhum Ağaxan Zəncani namaz qılarkən, birdən, Seyyid Müşir dayandığı yerdən hərəkət edib ona iqtida etməyə başlayır. Namazını qılıb qurtardıqdan sonra ondan nə üçün belə tələsik Molla Ağaxana iqtida etdiyini soruşurlar. O deyir: Gördüm ki, Molla Ağaxan namazda İmam Zaman (ə)-a iqtida edir. Mən də ona qoşularaq İmam Zaman (ə)-a iqtida etdim.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər