Hörmətsizliyin aqibəti |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 5-09-2015, 01:51 | Şərh sayı: (0) | Baxılıb: 471
Hörmətsizliyin aqibəti
"Pərvazi-ruh” kitabının müəllifi belə nəql edir: Bir neçə il bundan əvvəl Kərbəlaya ziyarətə getmişdim. Kərbəlada olduğum vaxt bir axşam yenə Həzrət Əbülfəzlin hərəmində ziyarət etməyə məşğul idim. Zərihin önündə iki cavanın mübahisə etdiyini gördüm. Onlardan biri nəsə demək istəyirdi ki, huşunu itirib yerə yıxıldı. Ziyarətə gələnlər yerə yıxılan cavan oğlanın başına toplaşdılar.Onun kimlərdən olduğunu biləndən sonra tayfa başçısına xəbər verdilər.
Tayfa başçısı dünya görmüş ağsaqqal bir kişi idi. O cavan oğlanın huşunu itirməzdən əvvəl nə etdiyini soruşdu. Baş verənləri yaxından müşahidə etdiyim üçün dedim: "Nə isə (Həzrət Əbülfəzlə) demək istəyirdi ki, yerə yıxıldı.”
Tayfa başçısı dedi: "Bu cavan oğlan Həzrət Əbülfəzlin qəzəibnə düçar olub. Çünki onun bədəni göyərmiş və sümükləri sınmışdır.
Həmin cavan oğlanı İmam Hüseynin (ə) hərəminə apardıq ki, bəlkə Allahın lütfü ilə şəfa tapa. O, iki gecə huşsuz halda İmam Hüseynin (ə) hərəmində qaldı. Əgər üçüncü gecəni də bu vəziyyətdə qalsaydı yəqin ki, ölümü qəti olacaqdır. Amma Allah-təalanın lütfü ilə birdən hərəkətə gəldi və uzandığı yerdən qalxıb oturdu. O yanındakılara dedi:
"Mənim ayaqlarımı kəndirlə bağlayın və Həzrət Əbülfəzlin hərəminə tərəf çəkib aparın.” Onlar oğlanın dediyi kimi də etdilər. Həzrət Əbülfəzlin hərəminə yaxınlaşanda dedi: "Filan məbləği dostuma və həmin miqdarda da kasıblara sədəqə verin.”
Dostları onun bu xahişinə əməl edəcəklərinə söz verdilər. Sonra o çox üzgün və qəlbi sınmış halda Həzrət Əbülfəzlin hərəminə daxil olub ərəb dilində o həzrətə belə xitab etdi: "Camaat içində bu cür abrımı aparacağını heç gözləməzdim.”
Elə bu vaxt tayfa başçısı şəfa tapmış bu cavanı qucaqlayıb öpdü.
Ara sakitləşəndən sonra həmin oğlanın yanına gedib soruşdum: Əvvəldən bu vaxta qədər baş verənlərin yaxından şahidi oldum. Amma bütün bunların nəyə görə baş verdiyinin səbəbini bilmək istərdim.
Cavan oğlan dedi: "Mənimlə birlikdə hərəmə daxil olan oğlana bir qədər borcum var idi. O həmin gün borcumu qaytarmağımı istəyirdi. Onun sözləri mənim xətrimə dəydi. Buna görə də dedim: "İndi ki belədir, mənim sənə heç bir qəpik də borcum yoxdur.” Dostum əsəbiləşibdedi: "Əgər düz deyirsənsə Həzrət Əbülfəzlə and iç.” Mən də utanmadan and içmək istəyirdim ki, nə baş verdiyini bilmədim. Bu axşama qədər bütün bədənim çox pis ağrıyırdı. Huşsuz halda olduğum vaxt İmam Hüseynin (ə) gəlişi üçün xüsusi mərasimə hazırlıq aparıldığını gördüm.
Nə baş verdiyini soruşanda, kimsə dedi: "Həzrət Əbülfəzl qardaşının görüşünə gəlir. Mən üzr istəmək üçün sürünə-sürünə oraya yaxınlaşanda Həzrət Əbülfəzlin başım üstə durduğunu gördüm. O həzrət ayağının ucu ilə mənə vurub dedi: "Qalx ayağa. Elə bir evə gəlmisən ki, ona təvəssül edən şəxs naümid qayıtmaz. Həmin vaxt artıq bədənimdə heç bir ağrının olmadığını hiss etdim.”
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər