RSS
 

Login:
Şifrə:
» » İmam Zamanla (ə.f) görüşənlər «İkinci Görüş»

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






İmam Zamanla (ə.f) görüşənlər «İkinci Görüş»

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 12-05-2016, 18:42 | Şərh sayı: (0) | Baxılıb: 416

İmam Zamanla (ə.f) görüşənlər «İkinci Görüş»


İmam Zamanla (ə.f) görüşənlər «İkinci Görüş»Şükür olsun Allaha ki, bu günlər Qumun elmi hövzələrində təhsil alan tələbələrin və İmam Zaman (ə)-ın aşiqlərinin sayı xeyli artmış və bu şəhər sözün əsl mə`nasında o Həzrətin əsgərlərinin qərargahına çevrilmişdir. Lakin, İmam Zaman (ə)-ın göstərişi ilə Qumda "İmam Həsən Müctəba” adlı başqa bir məscid də tikilir ki, bu əhvalat belədir:
Həzrət Ayətullah hacı şeyx Lütfüllah Safi "On suala cavab” adlı kitabında (səh. 31) yazır: Bizim dövrümüzdə baş verən qeyri-adi əhvalatlardan biri də bu olmuşdur ki, qədim Qum-Tehran yolunun kənarında sağ tərəfdə baş sahədə Hacı Yədulla Rəcəbiyan "İmam Müctəba” adına çox gözəl və böyük bir məscid tikdirir. İndinin özündə də həmin məsciddə camaat namazları qılınır. Məscidlə əlaqəli olan bu əhvalatı 1357-ci hicri şəmsi (1978) ilinin tir ayını yeddisi (1398-ci hicri qəməri ilinin rəcəb ayının 22-si) çoxdan Tehranda yaşayan böyük alimlərdən olan cənab Əhməd Əsgəri Kermanşahinin özündən eşitdim. Əhvalatın canlı şahidi olan Kermanşahi onu bizə Hacı Yədulla Rəcəbiyanın evində bir neçə hörmətli şəxsin hüzurunda nəql edirdi:
"Təqribən iyirmi beş il bundan qabaq bir cümə axşamı sübh namazının duasını oxuyurdum ki, birdən qapı döyüldü. Eşiyə çıxdıqda qapının ağzında üç nəfər cavan oğlan gördüm. Onların hər üçü mexanik idi və bir yerdə maşınla gəlmişdilər. Məni görcək dedilər: Bu gün cümə axşamıdır. Xahiş edirik bizimlə birlikdə Cəmkəran məscidinə gedib, orada dua edək ki, bir hacətimiz vardır.
Onlar mənim dərslərimdə iştirak edər, gəlib namaz və Qur`an öyrənərdilər. Etdikləri xahişdən xəcalət çəkdim və başımı aşağı salıb dedim: Axı mən kiməm ki, gəlim sizinlə dua da edim. Amma onlar israr edərək onlarla getməyimi xahiş etdilər. Gördüm ki, onların xahişini qəbul etməsəm yaxşı alınmayacaq. Nəhayət, razılaşıb onlarla birlikdə Cəmkəran məscidinə yola düşdük.
O vaxtlar Qumun ətrafındakı Tehran yolu üstə indiki binalar yox idi. Gözə dəyən yalnız yolun sol tərəfindəki Qara Əlinin qəhvəxanası adlanan xarabalığa çevrilmiş bir karvansara idi. Yolumuza davam edirdik ki, birdən Hacı Rəcəbiyanın tikdirdiyi indiki "İmam Həsən Müctəba” məscidindən bir qədər yuxarıda maşınımız işdən düşdü. Onlar maşından düşdülər və kopotu açıb maşını tə`mir etməyə başladılar. Əliağa adlı cavanlardan birindən təharət üçün bir qədər su alıb kənara çəkildim. İndiki məscidin yerində çox gözəl, surəti ağ çatmaqaş bir seyyid gördüm. Əynində ağ əba, ayaqlarında sarı başmaq, başında isə xorasanlıların əmmaməsinə oxşar yaşıl əmmamə var idi. Əlindəki səkkiz metrlik nizə ilə məscidin yerində nə isə xətlər çəkirdi. Öz-özümə dedim: Bir buna bax, səhərin gözü açılmamış dost-düşmənin keçdiyi bir yerdə əlinə nizə alıb, nə işdir görür. (Əhməd Əsgəri özü bu sözlərindən peşman olduğu halda üzrxahlıq edərək deyir:) Ürəyimdə öz-özümə dedim: Ay zəmanə adamı, indi top-tüfəng, atom dövrüdür. Əlindəki nizə ilə nə etmək fikrin var?! Get dərsini oxu! Ayaqyoluna getmək istəyirdim ki, birdən məni səsləyib dedi: Ağa Əsgəri, ora olmaz, oranı mən xətləmişəm, ora məscidin yeridir.
Mən, onun məni haradan tanıdığını bilmədim və böyüyün sözünü eşidən uşaq tək "baş üstə” – deyib sözünə qulaq asdım. Sonra o mənə dedi: O təpənin arxasına keç. Mən onun dediyi kimi də etdim və öz-özümə dedim: Gedib ona üç sual verəcəyəm və sonra deyəcəyəm ki, ay seyyid, ay peyğəmbər övladı, get dərsini oxu. Vermək istədiyim suallar isə bunlar idi:
1. Məscidi cinlər üçün tikirsən, yoxsa mələklər? Qumdan iki fərsəx yol gəlib, qızmar günəşin altında məscidin lahiyyəsini çəkirsən? Olmaya, oxumamış me`mar olubsan?!
2. Hələ ki, burada məscid tikilməyib, nə üçün icazə vermirsən?
3. Tikəcəyin məsciddə cinlər namaz qılacaq, yoxsa mələklər?
Sualları hazırladım və ona tərəf yaxınlaşıb salam vermək istədim. Amma o məni qabaqlayıb birinci salam verdi və əlindəki nizəni yerə batırıb məni bağrına basdı. Onun əlləri olduqca ağ və yumşaq idi. Öz-özümə bunu da fikirləşdim ki, Tehranda seyyidlərdən kimsə şuluqluq etdiyi zaman, zarafatla "məgər bu gün çərşənbədirmi?” – dediyim sözləri ona da deyim. Amma hələ bir söz deməmiş təbəssümlə dedi: Bu gün çərşənbə yox, cümə axşamıdır və nəzərdə tutduğun sualları da buyur ver. Başa düşə bilmədim ki, mən bir söz deməmiş o mənim sual nəzərdə tutduğumu haradan bildi. Dedim: Ay seyyid, ay peyğəmbər övladı! Dərsi buraxıb, sübh tezdən nizə ilə bu yolun kənarında nə etmək fikriniz var? Bilmirsən ki, yaşadığımız dövr top-tüfəng dövrüdür və əlindəki nizə sənin dərdinə dəyməz? Axı dost var, düşmən var, get dərsini oxu! O, gülümsəyib başını aşağı saldı və sonra buyurdu: Burada məscidin lahiyyəsini çəkirəm. Dedim: Cinlər üçün, yoxsa mələklər üçün? Buyurdu: Adəm övladı üçün, bura abadlıq olacaqdır. Dedim: Deyin görüm, nə üçün məscid tikilməzdən əvvəl burada ayaqyoluna icazə vermədin?
Buyurdu: Həzrət Zəhranın (ə) əziz övladlarından biri burada şəhid olmuşdur. Gördüyün kimi, mən burada bir düzbucaqlı çəkmişəm. Sonra bir-bir işarə edərək buyurdu: Gördüyün bu yerdə mehrab olacaqdır, qan damcıları gördüyün bu yerdə isə mö`minlər dayanacaqlar. Bura isə Allah və Onun peyğəmbərinin düşmənlərinin sərildiyi yerdir, məscidin ayaqyolusu da elə burada olacaqdır. Sonra durduğu yerdən geri döndü və məni də özü ilə geri qaytarıb buyurdu: Bura isə Hüseyniyyə olacaqdır. Bunu deyərkən, ixtiyarsız gözlərindən yaş axdı. Məni də ağlamaq tutdu. Sonra buyurdu: Buranın arxası isə kitabxana olacaqdır. Sən kitabxananı kitablarla tə`min edə bilərsənmi? Dedim: Ey peyğəmbər övladı, bunun üç şərti var: Birinci şərti budur ki, o vaxt sağ olum. Buyurdu: İnşaallah. İkinci şərti budur ki, bura məscid olsun.Buyurdu: Bərəkəllah. Üçüncü şərti isə budur ki, göstərişinizi yerinə yetirmək üçün bacardığım qədər, hətta bir kitab belə olsa, bura gətirə biləm. Amma indi xahiş edirəm, get və bu fikri də birdəfəlik başından at. Bunu dedikdən sonra güldü və məni iki dəfə qucaqladı. Dedim: Axı demədin buranı kim tikəcək? Buyurdu: "Allahın əli qüdrəti onların əllərindən yuxarıdır.” Dedim: Ay seyyid, mən özüm bu qədər dərs oxumuşam, yə`ni, Allahın əlinin qüdrəti bütün əllərdən qüdrətlərdən üstün olduğunu yaxşı bilirəm. Buyurdu: Sən intizarda ol və məscid tikilib qurtardıqdan sonra onu tikənə mənim adımdan salam söyləyərsən. Bunu deyib yenə məni qucaqlayıb buyurdu: Allah köməyin olsun.
Geri qayıdanda, artıq maşının mühərriki işə düşmüşdü. Onlardan soruşdum: Nə olmuşdu? Dedilər: Filan məftilin altına bir kibrit çöpü qoyduq, sən gələn kimi işə düşdü. Dedilər: Orada kiminlə danışırdın? Dedim: Məgər əlində o boyda nizə tutan seyyidi görmədinizmi? Mən onunla danışırdım. Dedilər: Hansı seyyid? Geri qayıtdıqda, orada kimsəni görmədim. Həmin yer əlin içi kimi düz olmuşdu, oradakı çökəklik və təpəliklərdən heç bir əsər-əlamət də qalmamışdı. Geri dönüb maşında oturdum və kimsə ilə bir kəlmə söz danışmadım. Sonra birlikdə Həzrət Mə`sumənin (ə) ziyarətgahına yola düşdük, amma bilmədim zöhr və əsr namazlarını necə qıldım.
Nəhayət, gəlib Cəmkəran məscidinə çatdıq. Orada namaz qılıb sonra çörək yedik. Mən əsla özümdə deyildim və yoldaşlarım mənimlə danışsalar da mən onlara cavab verə bilmirdim. Cəmkəran məscidində bir tərəfimdə qoca bir kişi, o biri tərəfimdə isə cavan bir oğlan oturmuşdu. Ortada oturub nalə ilə zar-zar ağlayırdım. Cəmkəran Məscidin namazını qılıb salavat demək üçün səcdəyə getmək istəyirdim ki, birdən xoş ətir qoxusu gəldi və bir şəxs adımı çəkərək mənə salam verib yanımda oturdu. Onun səsi səhər çağı mənə nəsihət verən həmin seyyidin səsinə oxşayırdı.
Salavat demək üçün səcdəyə getdim, amma ürəyim Həzrətin yanında idi. Başımı səcdədən qaldırıb onun haralı olduğunu və məni haradan tanıdığını soruşmaq istəyirdim ki, gördüm o artıq yoxdur. Yanımdakı qoca kişi və cavan oğlandan mənimlə söhbət edən şəxsin hara getdiyini soruşdum. Amma onlar da bilmədilər. Birdən, elə bil göy başıma dolandı və mən başa düşdüm ki, həmin şəxs həzrət Mehdi (ə) imiş. Daha özümdən getdim və yoldaşlarım üzümə su vurub məni ayıltdılar. Onlar məndən nə baş verdiyini soruşsalar da, bir cavab vermədim. Nəhayət, namazlarımızı qılıb tez Tehrana qayıtdıq.
Çatdığım ilk gündə Tehranın böyük alimlərindən biri ilə görüşdüm və baş verənləri ona danışdım. Sonra o məndən həmin şəxsin xüsusiyyətlərini xəbər aldı. Mən də onu olduğu kimi vəsf etdim. O məni axıra qədər dinlədikdən sonra dedi: O, həzrətin özü olmuşdur. İndi isə intizarda olmaq lazımdır, əgər orada məscid tikilərsə, buna tam əmin ola bilərsən.
Bir neçə ay bundan əvvəl dostlarımızdan birinin atası vəfat etmişdi. Məsciddə mənimlə birgə olan yoldaşlarla onu Quma gətirərkən, həmin yerə çatdıqda, orada iki sütunun ucaldığını gördüm. Yoldaşlarımdan orada nə tikildiyini soruşdum. Onlar hacı Hüseyn Suhaninin oğullarının məscid tikdirdiklərini bildirdilər. Beləliklə, Quma çatıb cənazəni "Behişt bağı” adlanan qəbiristanlıqda dəfn etdik. Amma mən özümdə deyildim. Yoldaşlarıma dedim ki, siz gedib nahar edənə kimi mən də qayıdacağam. Tez taksiyə oturub Hacı Hüseynin oğullarının halva dükanına getdim və onlardan soruşdum: O məscidi sizmi tikdirirsiniz? Dedilər: Xeyr. Soruşdum: Onda bəs kim tikir? Dedilər: Hacı Yədulla Rəcəbiyan. Onlar elə Yədulla demişdilər ki, ürəyim çırpınmağa başladı. Onlar məni bu vəziyyətdə görüb dedilər: Ay qardaş, sənə nə oldu? Tez məni əyləşdirdilər. Tər başdan-ayağa bütün vücudumu bürümüşdü. Heyrət içində qalıb yalnız bunları deyə bildim. "Allahın əli bütün əllərdən yuxarıdır.” Başa düşdüm ki, bu həmin şəxs Hacı Yədullahdır, onu da mən o vaxta qədər nə görmüş, nə də tanıyırdım. Tehrana qayıtdıqdan sonra həmin alimin yanına getdim və bu əhvalatı da olduğu kimi ona nəql etdim. O da məni dinlədikdən sonra buyurdu: Qayıt ora, başına gələnlər həqiqət imiş.
Mən də dörd yüz cild kitab aldıqdan sonra Quma getdim və orada Hacı Yədullanın işlədiyi yunəyirmə karxanasını axtarıb tapdım. Karxanaya gedib qaravulçudan Hacı Yədullanı soruşdum. Dedi: Hacı evə getdi. Dedim: Xahiş edirəm, ona zəng vurub deyin ki, Tehrandan bir nəfər gəlib, sizinlə işi vardır. O da zəng etdi. Hacı telefonun dəstəyini götürdü və mən də nəzakətlə ona salam verib Tehrandan gəldiyimi, məscidin kitabxanasına dörd yüz cild kitab vəqf etmək istədiyimi bildirdim. Soruşdu: Kim bu işi sizə tapşırıb və bizi necə tanıyırsınız? Dedim: Qardaş, mən yalnız dörd yüz cild kitab vəqf etmək istəyirəm. Dedi: Biz bilməliyik onlar kimindirlər. Dedim: Bu telefon söhbəti deyil. Dedi: Gələn cümə axşamı sizi gözləyəcəyəm, kitabları gətirərsən evimizə. Evimiz isə "Şah dörd yolayrıcı”nda, Şükrullahi döngəsinin sol tərəfində, sol tərəfdən üçüncü qapıdır.
Tehrana qayıdıb kitabları qutulara yığdım və cümə axşamı dostlardan birinin maşını ilə onları Hacının evinə gətirdim. Hacı məni görcək dedi: Belə qəbul edə bilmərəm, gərək nə baş verdiyini danışasan. Mən də çarəsiz qalıb baş verənləri ona danışdım və kitabları təqdim edib həmin məscidə getdim. Orada İmam Zaman (ə)-ın namazını qılıb xeyli ağladım. Hacı Yədulla məscidin lahiyyəsini İmam Zamanın (ə) çəkdiyi kimi mənə göstərib dedi: Allah köməyin olsun, əhdinə vəfa etdin.
"İmam Həsən Müctəba məscidi”nin əhvalatı ixtisarla bundan ibarət idi. Amma yenə diqqətinizi Hacı Rəcəbiyanın nəql etdiyi başqa bir maraqlı əhvalata da yönəltmək istəyirik. Hacı Rəcəbiyan deyir:
Adət üzrə hər cümə axşamı işdən sonra məscidin usta və fəhlələrinin pullarını ödəyər və bir sıra əlavə xərcləri hesablayardım. Bir dəfə məscidin baş ustası fəhlələrin haqqını almaq üçün yanıma gəlib dedi: Bu gün bir nəfər seyyid gəlib bu əlli tüməni məscidə verdi. Dedim: Məscidin banisi kimsədən pul almır. O isə səsini qaldıraraq mənə dedi: Deyirəm al bunu!
Ustadan əlli tüməni aldım. Onun arxasında belə bir yazı var idi: «İmam Həsən Müctəba məscidinin tikilişinə xərclənəcək.» İki-üç gündən sonra mənə bir qadın müraciət etdi və özünün və iki yetiminin ağır vəziyyətindən gileyləndi. Əlimi cibimə salıb gördüm ki, pulum yoxdur. Evdən çıxanda da yadıma düşmədi ki, özümlə pul götürüm. Həmin əlli tüməni ona verib öz-özümə dedim: Sonra özüm yerinə qoyaram. Pulu qadına verəndən sonra ona ünvanımızı verib dedim ki, ehtiyacın olanda gəl həmişə kömək edərik. Qadın pulu alıb getdi, amma ünvanımızı bilsə də, bir daha müraciət etmədi. Amma sonradan bərk peşman oldum ki, gərək o pulu verməyəydim.
Növbəti cümə günü baş usta yanıma gəlib dedi: Bu həftə sizdən bir xahişim var, əgər qəbul edəcəyinizə söz versəniz, deyərdim. Dedim: Buyur, de. O bir daha dedi: Əvvəl söz verin ki, onu qəbul edəcəksiniz. Dedim: Usta, əgər öhdəsindən gələ bilsəm, qəbul edərəm. Dedi: Bilərsən. Dedim: Yaxşı, de. Daha neçə dəfə aramızda bu söz təkrar olandan sonra dedi: Seyyidin verdiyi o əlli tüməni səndən istəyirəm. Öz-özümə dedim: Usta dərdimi təzələdin. Çünki, o əlli tüməni o qadına verəndən sonra çox peşman idim və həmin əhvalatdan iki il sonraya qədər əlimə düşən hər əlli tümənə baxırdım ki, birdən həmin pul olar. Dedim: O gecə müxtəsər dedin, indi isə ətraflı danış görüm, nə olub? Dedi: O gün günortadan sonra, təxminən dördün yarısı olardı və hava da çox isti idi. İstinin qızmar çağında işimlə məşğul idim və yanımda iki-üç fəhlə də var idi. Birdən gördüm ki, məscidin qapılarının birindən nurani bir şəxs içəri daxil oldu. Zahiri görünüşü olduqca cazibəli idi. Rəftarından olduqca alicənablıq duyulur və vüqarlı, böyük şəxsiyyət olduğu mə`lum idi. Məscidə daxil olan andan daha əlim iş tutmadı, elə hey ona tamaşa etməyə başladım. O, bir qədər məscidin salonunda gəzdikdən sonra gəlib üzərində işlədiyim dayağın qarşısında dayandı. Sonra əlini əbasına aparıb, oradan pul çıxardı və mənə verib dedi: Usta, tut bu pulu, onu məscidinin banisinə verərsən. Dedim: Ağa, o kimsədən pul almır. Mən onu sizdən alsam da, ola bilsin, o almayıb narahat olsun. Birdən, onun üzünün rəngi dəyişdi və dedi: Sənə deyirəm al bu pulu, bunu götürər. Mən də bulaşıq əllərimlə tez pulu alıb cibimə qoydum. O isə daha çıxıb getdi. Öz-özümə dedim: Havanın bu isti çağında bu şəxs kim idi, belə? Fəhlələrdən Məşhədi Əlini tez yanıma çağırıb dedim: Get gör, o hara gedir? Kiminlə və nə ilə gəlmişdir? Məşhədi Əli getdi, amma beş dəqiqə keçdi gəlmədi, on dəqiqə keçdi, yenə gəlmədi. Axır onu səsləyib dedim ki, harda qaldın? Bəs niyə gəlmirsən? Dedi: Ağaya tamaşa edirəm. Dedim: Gəl daha. Gəlib dedi ki, o şəxs başını aşağı salıb getdi. Ondan soruşdum: O nə ilə gəlmişdi? Maşınla idimi? Dedi: Xeyr, heç bir minik vasitəsi yox idi və başını aşağı salıb eləcə getdi. Dedim: Onda bəs sən kimi gözləyirdin? Dedi: Dayanıb, ağaya tamaşa edirdim.
Hacı Rəcəbiyan deyir: Bax, bu idi əlli tümənin əhvalatı. Amma inanın ki, o əlli tümənin məscidin tikilişinə böyük tə`sir qoydu. Mən heç məscidi bu asanlıqla tikəcəyimə və tək başıma bu ərsəyə çatdıracağıma ümid etmirdim. Həmin əlli tümənin əlimə düşdüyü gündən həm məscidin tikilişinə, həm də şəxsi işlərimə böyük tə`siri oldu.”



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor